DOLDURMAQ

f.
1. Boş şeyi dolu etmək, bir şeyin içinə doluncaya qədər şey qoymaq (tökmək), dolu hala gətirmək. Kisəni unla doldurmaq. Vedrəni su ilə doldurmaq. Topu hava ilə doldurmaq. Anbarı odunla doldurmaq.
– Qurban … küpəni götürüb endi həyətə, arxdan küpəni doldurub gətirdi, ləyənə su tökdü… C.Məmmədquluzadə.
…İnəkləri sağıb üçqulplu qazanı doldurduq. A.Divanbəyoğlu.
Diyar kişi çubuğuna tənbəki doldurmağa başladı. Ə.Məmmədxanlı.

// Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil etmək. Məqaləsini sitatlarla doldurmuşdur.
[Şair Ərəstun:] …Bu başlıqların altını zəngin şeir misraları ilə doldurmaq lazımdır. S.Rəhimov.

// Bir şeyi bir qabın və s.-nin içinə qoymaq, tökmək. Paltarları çamadana doldur. Bu almaları yerdən yığıb tabağa doldur.
// Yükləmək, qoymaq. Dolu kisələri maşına doldurdular. Vaqonları yüklə doldurmaq.
– Allaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq.

// Kütlə halında bir yerə yığmaq, toplamaq, bir yerdə cəmləşdirmək, bir yerə daxil etmək, salmaq.
Qarovulçular adamları kameralara doldurdular. Mir Cəlal.

// məc. Yayılmaq, tutmaq, çulğalamaq, bürümək; yayılaraq bürümək. Duman dərəni doldurmuşdur. Güllərin ətri otağı doldurmuşdur.
– Ağlayan arvad-uşağın səsi küçəni doldurmuşdu. M.S.Ordubadi.
…Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cür nəğmələr oxuyub meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu.

// Kütlə halında bir yerə daxil olmaq, doluşmaq, yerlərin hamısını tutmaq. Tamaşaçılar zalı doldurmuşdular.
2. Tamamilə yerinə yetirmək, həyata keçirmək, ödəmək. Planı doldurmaq.
– Tahir trestlərinin hamıdan qabaqda getdiyini və bir neçə gün əvvəl illik planı doldurduqlarını söylədi. M.Hüseyn.

3. Anketin, blankın və s.-nin boş qoyulmuş yerlərinə lazım olan şeyləri yazmaq. Anket doldurmaq. Poçt blankını doldurmaq.
4. Tüfəng, tapança və b. odlu silahlara barıt, güllə və s. qoyub atılmağa hazırlamaq.
Şirəli çiynindəki tüfəngi doldurdu… M.Hüseyn.
İndi tüfəngini doldur, hazır qoy; Özün də diqqətli, ehtiyatlı ol. M.Rzaquluzadə.
Həmzə ilə Qədir də … Çayqırağı tərəfi nişan alaraq atır, biri alman topçu tüfəngini, ikincisi isə mauzerini doldurur, boşaldırdılar. Ə.Əbülhəsən.

5. Dənizə, gölə, bataqlığa və s.-yə daş, torpaq və s. tökməklə quru hala gətirmək, qurutmaq. Bataqlıqları doldurmaq. Sahilin dayaz yerlərini doldurdular.
// Çuxur bir yerə daş, torpaq və s. töküb onu düzləndirmək. Çalanı doldurmaq. Xəndəyi doldurmaq. Quyunu doldurmaq.
6. Əskik olan şeyi tamamlamaq, bir şeyin kəsirini tamam etmək.
Qızın qohum-əqrəbaları hərə bir cürə pay gətirib, qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. R.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOLDURMAQ tökmək — yükləmək
  • DOLDURMAQ yığmaq — toplamaq
  • DOLDURMAQ yaymaq — tutmaq — çulğalamaq — bürümək
  • DOLDURMAQ tıxmaq — bərkitmək — basmaq
DOLDURMA
DOLDURTMA

Digər lüğətlərdə

каба́чник нигро́л опола́скиваться печо́ринство по-евре́йски подшу́чивание пошлёпать пустопоро́жний теого́ния бри́твенный пе́чка расклассифици́ровать сдви́жка штиблета journey-cake pun sweater girl tea-strainer thin plate word долевой опростоволоситься поднакопить связать фильтрат