DOĞRULTMAQ

f.
1. Gözlənilən ümidi doğruya çıxarmaq; verilən ada, göstərilən etibara və s.-yə layiq olduğunu göstərmək, sübut etmək, gerçəkləşdirmək. Göstərilən etimadı doğrultmaq.
// Bəraət qazandırmaq.
Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi. S.Hüseyn.
Maya haqqındakı ehkam Pərşanı bərk tutmuşdu.
Onu qızların nəzərində doğrultmaq istəyirdi. M.İbrahimov.

2. Belini dikəltmək, düz saxlamaq, düz qaldırmaq (çox vaxt “özünü” sözü ilə).
Kərim baba özünü bir də doğruldaraq: – Mənim atam da gözəl ovçu idi, – dedi. A.Şaiq.
Səfər kişi cəld ayağa qalxdı, özünü doğrultdu. Mir Cəlal.

3. Nişan almaq, tuşlamaq.
Bir daşa söykənib tüfəngimi doğrultdum. A.Şaiq.

// Yönəltmək. Arabanı yola doğrultmaq.
4. Əvəzini çıxartmaq (çox vaxt “özünü” sözü ilə). Qoyulan xərc özünü doğrultdu.

Антонимы

  • DOĞRULTMAQ DOĞRULTMAQ – GÜNAHLANDIRMAQ Yarməmmədi mühasiblikdən azad edək, hələlik qoyaq aşağı bir işdə özünü doğrultsun (M
DOĞRULTMA
DOĞRULUQ

Значение слова в других словарях

беляки́ взаимопо́мощь воспали́ться заморо́зка пристанодержа́тель пудлингова́ться селе́н удобопроизноси́мый бося́чка вы́тисниться гламу́р горсть ми́ло подкра́сить прома́зываться скре́щиваемость сре́зка клеврет bioorganic Cogas free goods Katy unreceivable осторожничать этиловый