DOĞRULUQ

is.
1. Düzgünlük, həqiqilik, düzlük; sədaqət, səmimiyyət.
Səy elə, sən də belə insan ol! Doğruluqda bu ada şayan ol! A.Səhhət.
[Vidadi:] Dünya dəyişilmiş, əhd, vəfa, sədaqət, doğruluq qalmamışdır. Çəmənzəminli.
Məhəbbət, doğruluq, cəsarət, ürək; Dil açıb danışır hər gül, hər çiçək. S.Vurğun.

2. Gerçəklik, səhihlik, düzgünlük, həqiqətə uyğunluq. Sözün doğruluğu. Xəbərin doğruluğu. Cavabın doğruluğu.
[Hacı Məhəmmədhaşıma:] Evinizə varid olandan sonra, mənim sözlərimdə doğruluq tapmasan qayıdarsan buraya, mən sənin pulunu özünə qaytararam. B.Talıblı.
Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü.
Cəfər gümanının doğruluğunu duyub lovğalandı. Çəmənzəminli.

Синонимы

  • DOĞRULUQ doğruluq bax 1. həqiqət, düzlük 1; 2. sədaqət
  • DOĞRULUQ gerçəklik — səhihlik — düzgünlük
  • DOĞRULUQ həqiqilik — düzlük — sədaqət — səmimiyyət

Антонимы

  • DOĞRULUQ DOĞRULUQ – ƏYRİLİK Doğruluğun dili belədir yalnız (S.Vurğun); Məncə, ona inanmaq olmaz, kimi dindirirsən əyriliyindən dad çəkir (M
DOĞRULTMAQ
DOĞRUSU

Значение слова в других словарях

возмужа́ние вы́пятиться вы́ткать наска́зывать опры́скать подбо́ристый подурне́вший покры́шка полнопра́вие тюкова́ться широкоро́тый видеоизображе́ние дели́ться домина́нта ма́терин помира́ть седми́ца та́борный эпидемия affinage flatly golden bell lawsuit spicule рычать