drakon 2021
draqun 2021
OBASTAN VİKİ
Draqan Naçevski
Draqan Naçevski (Makedonca:Драган Начевски) - Makedoniyalı futbolçu. == Həyatı == Draqan Naçevski 1980-ci il yanvarın 27-də anadan olmuşdur.
Draqan Nikoliç
Draqan Nikoliç (serb. Драгослав (Драган) Николић; 20 iyul 1943 və ya 20 avqust 1943, Belqrad, Serbiyada Almaniya Hərbi İdarəsi[d], Üçüncü Reyx – 11 mart 2016, Belqrad) — Serbiya teatr və kino aktyoru. == Həyatı == Belqarad İncəsənət Universitetinin Drama Sənəti fakültəsini bitirmişdir. Filmlərdə çəkilməyi 1964-cü ildən başlamışdır. Jivoin Pavloviçin "Ölü və ağ olduğum zaman" (1967) adlı kinosunda rolu ona şöhrət gətirmişdir. 1969-cu ildə Atelye 212 teatr truppasına üzv oldu. Master və Margarita, Dib və digər tamaşalarda baş rollarda oynamışdır. Rejissor və ssenarist Jivko Nikoliç onun böyük qardaşıdır. Aktrisa Milena Draviç həyat yoldaşı idi.
Draqan Çoviç
Draqan Coviç (xorv. Dragan Čović; 20 avqust 1956, Mostar) — xorvat əsilli Bosniya və Herseqovina biznesmeni və siyasətçisi. Bosniya və Herseqovina Xorvatiya Demokratik Birliyinin lideri. == Həyatı == 1998-ci ildən maliyyə naziri və ölkə hökumətinin baş nazirinin müavini vəzifələrində çalışmışdır. 5 oktyabr 2002-ci ildə üçüncü etnik qrup olan xorvatların nümayəndəsi kimi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü seçilmişdir. O, 2003-cü ilin iyunundan 2004-cü ilin fevralına qədər xorvat icmasından Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri vəzifəsində çalışmışdır. 29 mart 2005-ci ildə Ali Nümayəndə Peddi Eşdovn tərəfindən maliyyə cinayətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə tutduğu vəzifədən uzaqlaşdırılmışdır. OŞ Bosniya və Herseqovina Dövlət Məhkəməsinin qərarı ilə istintaq tədbirləri müddətində, istefasından sonra bir müddət həbsdə qalmışdır. Sonradan ittihamlar aradan qaldırılmışdır. O, 2014-cü il prezident seçkilərində səslərin çoxunu qazanmışdır.

Digər lüğətlərdə

бурдю́к вы́делать грохотну́ть ки́нуть мелколи́ственный мужененави́стница сильф синхрофазотро́нный вале́жник взалка́ть геологоразве́дочный отчётливо поме́шивание прямолине́йность психопрофилакти́ческий терапи́я солоный brose clavecin clinker coterie ice-yachtman иронический миопия наливать