druidlər
drujinaçı 2021
OBASTAN VİKİ
Naxçıvan Bəy Drujinası
Naxçıvan Bəy Drujinası — Naxçıvan və İrəvan bəy ailələri nümayəndələrindən yaradılmış hərbi hissə. 1853-cü ilin sonlarında təşkil olunmuşdur. Drujinanın yaranmasının təşəbbüskarı və ilk komandiri o zaman podporuçik rütbəsini daşıyan sonuncu Naxçıvan xanı Ehsan xanın oğlu Kalbalı xan Naxçıvanski olmuşdur. 1854-cü ilin iyununda Krım müharibəsi dövründə Çingil yüksəkliklərində baş verən döyüşlərdə göstərdiyi rəşadətə görə Kalbalı xan 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. Həmin il imperator I Nikolay şəxsən Kalbalı xanın adına döyüş bayrağı göndərmişdir. Sonralar Osmanlılara qarşı bütün əməliyyatlarda irəvanlılar da bu drujinanın yüzlüklərində çıxış etmişdir. Qafqaz Hərbi-Tarix Muzeyinin “Bələdçi” kitabındakl məlumata görə 1874-cü ildə general-mayor rütbəsi almış Kalbalı xan Naxçıvanski qeyri-süvari nizami briqadasının komandiri təyin olunmuş və Naxçıvan bəy yüzlükləri bu bayraqla 1877-78-ci illər hərbi əməliyyatlarında iştirak etmişlər. Bayraq qumaşı (145x120 sm) dörkünç mavi qanovuz ipəyindəndir.

Digər lüğətlərdə