DUALİZM
[alm. Dualismus; fr. Dualisme; ing. Dualism; lat. Dualis ten; osm. tr. süaniye; yun. dualisme] – bir-birindən müstəqil, bir-birilə əlaqəsi çıxmayan yaxud da qarşısında olan iki ideyanın varlığını qəbul edən görüş. Duo – iki deməkdir. Həm dini inanc sistemində [Xeyir və şər kimi], həm də fəlsəfi dünya- görüşdə [iki başlanğıc – aləmi Allahın yaratdığı görüş və aləmin təsadüfi yaranması görüşü] dualizm mövcuddur. Dualizm meta-fizikada varlıq və biliyin, ideya və təzahürün, bədən və ruhun, mən və mən olmayanın İkicilik-Seneviyye: Təbiətdə və ya hər hansı bir sistemin təməlində mütləq olaraq birbirinə icra olun-mayan iki prinsipin olduğunu qəbul eden görüştür. Dualizm mo-nizmin əksinə maddi və ruhi substansiyaları bərabər hüquqlu baş-lanğıclar hesab edən fəlsəfi təlim kimi də xarakterizə edilir. Dua-lizmin əsas motivi çox vaxt materializmi və idealizmi barışdırmaq cəhdidir. Son nəticədə şüuru materiyadan dualistcəsinə ayırmaq idealizmə gətirib çıxardır. Dualizm daha artıq dərəcədə Dekartın və Kantın fəlsəfəsi üçün səciyyəvidir.