dubl-bemol
dubl-neqativ
OBASTAN VİKİ
Diyez işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Do Diyez Minor Sonatası (Şopen)
Do diyez minor noktyurn — solo fortepiano üçün olan 20 nömrəli do diyez minor sonatası Lento con gran espressione, P 1, No. 16, KKIVa/16, polyak bəstəkarı Frederik Şopen tərəfindən 1830-cu ildə bəstələnmiş, 1870-ci ildə isə çap olunmuşdur. Şopen bu əsəri böyük bacısı Lüdvikaya həsr etmiş və qeyd etmişdir: İkinci konsertimin çalışmasına başlamazdan əvvəl hazırlıq üçün bacım Lüdvikaya. Əsər bəstəkarın ölümündən 26 il sonra çap olunmuşdur və adətən, sürətli olduğu üçün Lento con gran espressione adlandırılmışdır. Bəzən də bu əsər "Xatirə" (Reminiscence) adlanıb. Noktyurn daha sonra Holokostdan sağ çıxmağı bacaran Nataliya Karp tərəfindən ifa olunmuşdur. O, bu əsəri Nazi komandirlərindən biri Amon Goata ifa etmiş və Amon musiqidən çox təsirləndiyi üçün onu öldürməmişdir. == Musiqili Struktur == Lento con gran espressione kimi tanınan bu əsər 4/4 ölçüsündə yazılıb. Əsər mülayim və eyni zamanda da qəmgin motivlərlə başlayir, daha sonra isə əsas mövzu 5-ci taktdan ifa olunmağa başlayır. Sağ əl əsas mövzunu çaldığı müddətdə sol əl leqato şəklində qırıq-qırıq akkordlarla musiqinin gözəlliyinə fərqli rəng qatır.
пече́ньице полуприкры́ть раззуде́ться разногла́сица нереши́тельный ортодокса́льность роза сюзьма уютный Anselm fertilizer fetterlock handtruck holocrystalline last word puff rejuvenate sunbreak swollen thymus unutterable изъязвление клеветнический напильник фу