DUD

is. [ fars. ] Əsil mənası “tüstü” olub, klassik şeirdə və folklorda çox vaxt “dudiah”, “dudi-dil” və s. tərkiblərində “ah, fəğan” mənasında işlənmişdir.
Dudi-ahindir, Xətayi, gögdə buludlar sənin; Durmayıb tök göz yaşın, kim əbri-baran devridir. Xətayi.
Başdan-ayağa nədir bu yanmaq; Dudi-dilə dəmbədəm boyanmaq? Füzuli.
Çəkdi dudiahimi ta çərxi çənbərbar tüfəng. M.P.Vaqif.
Zərrəcə gəlməzsən nəzarıma sən; Dudi-ahın mən dəhanə yetirrəm. Aşıq Pəri.

DUBLYORLUQ
DUDA

Digər lüğətlərdə