DUMANLIQ

is.
1. Duman içində olan, duman qaplamış yer. Qurd dumanlıq sevər. ( Ata. sözü ).
// Duman, duman kütləsi.
Çulğamışdı hər tərəfi dumanlıq. A.Səhhət.

2. astr. Yerdən çox-çox uzaqlarda olan və işıqlı duman ləkələri şəklində görünən ulduz sistemləri.
Ulduzların dumanlıqlar adlanan və Qalaktikada tez-tez təsadüf olunan xüsusi qaz və toz hissəciklərindən əmələ gəldiyini fərz edənlər də vardır. R.Hüseynov.

3. məc. Qarışıqlıq; qaranlıq, aydın olmayan vəziyyət.
Düzdür, insan yaranmadım, baxtım belə yazılmışdır; Bu səbəbdən bağrım başı bir dumanlıq, bir də qışdır. S.Vurğun.

Синонимы

  • DUMANLIQ sislik
  • DUMANLIQ qarışıqlıq — qaranlıq
DUMANLI-ÇİSKİNLİ
DUMANLILIQ
OBASTAN VİKİ
Dumanlıq
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. === Növləri === ==== Planetar dumanlıqlar ==== Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. ==== Diffuz dumanlıqlar ==== Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. == Tarixi rəvayət və əfsanələr == Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Planetar dumanlıq
Planetar dumanlıq — ionlaşmış qaz örtüyündən və mərkəzi ulduzdan ibarət olan astronomik obyekt. == Xarici keçidlər == Ulduzlararası mühit və dumanlıqlar, Scientific.ru (rus.) Astroqalaktika saytı (rus.) Dumanlıqlar.
Yengəcəbənzər dumanlıq
Xərçəng dumanlığı Messier cisimlərindən biridir. NGC 1952, Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.

Значение слова в других словарях

басови́то изжа́рить Но́белевская пре́мия повала́ндаться позвуча́ть разогре́в виннока́менный гуса́ришка отступя́ парите́тный произво́льно щелочи́ть antiquated bluntly denturist lackadaisical legal murderous perroquet puzzlement self-maiming takeout visible speech неблагоустроенный неосновательный