Duopoliya

müəyyən mal və xidmət sahələrində aparıcı olan iki satıcının arasında qiymətlər, satış bazarı, kvotalar və digər işlər barədə heç bir razılığın olmadığı bazardır.
Dublikat
Dünya Bankları Qrupu, DB
OBASTAN VİKİ
Duopoliya
Duopoliya (yun. δύο duo (iki) + yun. πωλεῖν polein (satmaq)) — oliqopoliyanın bir növü. Duopoliyada iki şirkət bazar üzərində dominant və ya müstəsna nəzarətə malik olur. Sadə quruluşuna görə, oliqopoliyanın ən çox tədqiq olunmuş növüdür. Duopoliyalar fərdi istehlakçının seçiminin şirkətə təsir göstərə bilmədiyi rəqabət bazarında istehlakçılara satışı həyata keçirir. Duopoliyalar və oliqopoliyaların müəyyənedici xüsusiyyəti odur ki, satıcıların verdiyi qərarlar bir-birindən asılıdır. == İqtisadiyyatda duopoliya modelləri == İki əsas duopoliya modeli mövcuddur: Kurno modelində hər iki şirkət digərinin hasilatını təhmin edir və buna sabit bir miqdar kimi yanaşır. Buna əsaslanaraq, həmin şirkət öz istehsalını təşkil edir. Bertran modelində isə şirkətlərin apardığı oyunda onların hər biri qiymət azalmasına cavab olaraq digər şirkətin qiymətləri dəyişməyəcəyini güman edir.

Digər lüğətlərdə