DURSUN

var olsun, yaşasın; ölməsin.
DURMUŞ
DURSUNALI
OBASTAN VİKİ
Dursun
Dursun — Kişi adı. Dursun Hüseynov — tibb elmləri doktoru, professor. Dursun Əhmədov — Belorusiya SSR Volkovısk Şəhər Xald Deputatları Sovetinin deputatı.
Dursun Hümbətov
Dursun Hümbətov (tam adı: Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı); 10 mart 1930 – 9 sentyabr 1990, Bakı) — alim, pedaqoq. == Həyatı == Dursun Hümbətov 1930-cu il mart ayının 10-da Gürcüstan Respublikasının Marneuli rayonunun Qurdlar kəndində anadan olmuşdur. Onun ata babası Borçalı bəylərindən biri-Hümmət Şahzeynallı olmuşdur. Məhz bu səbəbdən Dursun Hümbətovun atası Oruc Hümbətov bəy oğlu kimi 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, 10 il müddətinə SSRİ-nin uzaq Arxangelsk vilayətinə, siyasi dustaqlar koloniyasına göndərilmişdir. === Təhsili === Dursun Hümbətov 1945-ci ildə səkkizillik kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra orta təhsilini Marneuli şəhərindəki Pedaqoji Texnikumda davam etdirmişdir. 1949-cu ildə isə texnikumu fərqlənmə diplomu ilə bitirərək V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. O, həm fakültənin həmkarlar təşkilatının sədri, həm institutun komsomol komitəsinin büro üzvü, həm də qrup nümayəndəsi idi. Hümbətov ikinci kursdan etibarən Stalin adına Dövlət təqaüdünə layiq görülmüşdür. Həmin dövrdə Dursun Hümbətovun elmi istedadı professor A.A.Abbaszadənin diqqətindən yayınmamışdır. A.A.Abbaszadənin rəhbərliyi altında D.Hümbətovun ilk elmi məqalələri və məruzələri institutda təşkil edilmiş müxtəlif elmi konfranslarda böyük əks-səda doğurmuşdur.
Dursun Hüseynov
Dursun Yaqub oğlu Hüseynov (1915, Vəndam, Qutqaşen rayonu – 2009) — tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, "Tərəqqi" medalı laureatı(17.06.2000) == Həyatı == Dursun Hüseynov 1915-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olub. ATU-nun farmakologiya kafedrasının professoru olmuşdur. 1990-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. == Əsərləri == Yeni dərman preparatları. Bakı, 1970. Ümumi və xüsusi reseptura Bakı, 1976. Dərman preparatları, I hissə. Bakı, 1983. Dərman preparatları, II hissə. Bakı, 1985.
Dursun Özbək
Dursun Aydın Özbek (25 mart 1950) — türk iş adamı və Türkiyənin "Qalatasaray F. K" çoxşaxəli idman klubunun 36-cı klub prezidenti. Qalatasaray Liseyini və İTU Maşın Mühəndisliyini bitirib. 1974-cü ildən bəri avtomobil sektorunda fəaliyyət göstərən Özbək, 1988-ci ildən bəri İstanbul və Ankarada Nippon və Point Hotel şəbəkələri, Antalyada isə Kimeros və Mabiçe otelləri ilə turizm sektorunda həm investor, həm də operator kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
Dursun Əhmədov
Dursun Əhməd oğlu Əhmədov (10 may 1929, Qaçağan – 23 yanvar 1980, Qaçağan, Marneuli rayonu) — Sovet İttifaqı Sosialist Əməyi Qəhrəmanı, 1950-1952-ci illərəd Belorusiya SSR Volkovısk Şəhər Xald Deputatları Sovetinin deputatı. == Həyatı == Dursun Əhməd oğlu Əhmədov Gürcüstan SSR Borçalı qəzasının Qaçağan kəndi dünyaya gəlmiş, uşaqlığı və ilk gənclik illərini Borçlıda yaşamaışdır. 1950-ci ildə Sovet İttifaqı Silahli Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış və həyatının 3 ili Belorusiya SSR-in Volkovısk şəhərində keçmişdir. 1953-ci ildən sonra Borçalıya. Qaçağan kəndi dönmüş və ömrünün sonuna qədər Qaçağan kəndində yaşamışdır. == Söykökü == == Fəaliyyəti == 1941-ci ildə Qaçağan kənd orta məktəbini bitirən yeniyetmə Dursun Əhmədov Qaçağan "Kommunizm" Kolxozunda əmık fəaliyyətinə başlamışdır. O, zəmətsevər və təşşəbüskar olduğunu üçün 1944-cü ildə manqa başçısı təyin edilir. 1949-1952-ci illərədə Belorusiya SSR Qrodnı vilayəti Volıkovısk rayonunda dislokasiya olunan SSRİ Silahlı Qüvvələri Quru Qoşunları 28-ci Ümumqoşun Ordusu 6-cı Qvardıya tank Diziyasında həqiqi hərbi xidmət keçmişdir. 1949-cu ildə D.Əhmədovun başçılıq etdiyi manqa "Trabzon" tütünü becərərk, yüksək məshuldarlıq əldə edir. Bu məsuldarlıq göztəricisi bütün Sovet İttifaqı üzrə birinci yerdə idi.
Hamza Dursun
Hamza Dursun (11 fevral 1994) — Türkiyəli xizək yürüşçüsü. Hamza Dursun Türkiyəni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamza Dursun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Dursun 3:36.53 saniyəlik nəticəsi ilə 80 atlet arasında 71-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Molla Dursun
Molla Dursun, Şaumyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 5 km şimalda, Abaran çayının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Molla Dursun adlı şəxs tərəfindən salınmışdır, kəndi onun şərəfinə Molla Dursun adlandırmışlar. Kəndin adı 1920-ci ildə dəyişdirilərək Şaumyan (26-ların başçısı Stepan Şaumyanın şərəfinə) qoyulmuşdur. Monqol dilində mayla "tala", "əkin sahəsi" sözündən və Dursun şəxs adından ibarətdir. "Dursunun əkin sahəsi" mə’nasındadır. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İrandan buraya ermənilər köçürülmüşdür. Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 erməni yaşamışdır.
Sərdar Dursun
Serdar Dursun (19 oktyabr 1991, Hamburq) — Türk futbolçu. Almaniyada yetişmişdir. Hücumçu mövqeyində oynayır. Super Liqa komandalarından biri olan Fənərbaxçada oynayır. Almaniyada Sakaryadan bir Türk işçi ailəsində anadan olan Serdar Dursun, "Concordia Hamburq" infrastrukturunda futbol oynamağa başladı. Daha sonra "Hannover 96" komandasına köçdü. Burada oynadıqdan sonra iki mövsüm sonra "Hannover 96 II" heyətinə daxil edildi. Hannover 96 II-də rəsmi debütü Regionalliga Süd-də 6 Avqust 2010-cu ildə "SC Freiburg II"-yə qarşı keçirdi. Buradakı ilk mövsümündə mütəmadi olaraq ilk on birdə yer alır və yaxşı çıxış edirdi. Liqanı 5 qol və 6 asistlə tamamlayan futbolçu, xüsusən də, Türkiyədən bir çox transfer təklifləri aldı.
Turan Dursun
Şıx Dursun
Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıdıb. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır. Şıx Dursun kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Köndələnçayın (Arazın qolu) sahilində yerləşir.
Ahmet Dursun
Əhməd Dursun
Ahmet Dursun (25 yanvar 1978, Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — Türkiyənin keçmiş milli futbolçusudur. Futbola "SG Wattenscheid 09" da başlayan futbolçu karyerasına 1996-cı ildə " Kocaelispor" a keçərək Türkiyədə başlayıb. 1999–2003-cü illər arasında liqa çempionluğu qazandığı Beşiktaş, karyerası ilə zirvəyə çatdı. Çin və Azərbaycanda da futbol oynayan Dursun 2014-cü ildə peşəkar karyerasına son qoyub, 2016-cı ildə həvəskar kimi futbola qayıdıb və 2018-ci ildə doğma şəhəri "Tokatspor" da futbolu tərk edib. == Klub karyerası == === Almaniya və Kocaelispor === Almaniyada əmisi Kurtuluş Şahinin dəstəyi ilə futbola başlayan Ahmet Dursun, 1995-96 mövsümündə 2. Bundesliqa komandası SG Wattenscheid 09-da iştirak etdi. 20 aprel 1996-cı ildə 1. FSV Mainz 05-ə qarşı debüt etdi. İlk mövsümündə onun dörd oyun oynamaq şansı var idi. 1996–97 mövsümündə Mustafa Dənizlinin rəhbərliyi altında SG Wattenscheid 09 komandasından " Kocaelispor" a transfer olunub və bu müddət ərzində gənclərdən ibarət milli komandaya çağırılıb.
Ahmet Haluk Dursun
Əhməd Haluk Dursun (türk. Ahmet Haluk Dursun; 1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van ili) — Türk tarixçisi və bürokratı. == Təhsili və akademik karyerası == Əhməd Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türkiyə Cümhuriyyətinin Yeni dövr və Tarix bölməsinindən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil fakültəsində işə başlayıb. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. == Vəzifələri == İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi.
Ertuğrul Dursun Önkuzu
Ertuğrul Dursun Önkuzu — Ankara Kişi Texniki Liseyində oxuyarkən solçu tələbələr tərəfindən işgəncə ilə öldürülən Ülküçülü tələbədir. Onun adına şeirlər və xalq mahnıları yazıldı. Yazıçı Emine Işınsu "Sancı" romanı ilə Dursun Önkuzunun həyatını izah etdi. Sənətçi Mustafa Yıldızdoğan şair Niyazi Yıldırım Gençosmanoğlunun "Önkuzu" şeirini bəstələyərək albomuna daxil etdi. 12 sentyabr çevriliş dövründən bəhs edən Lütfü Şehsuvaroğlunun " Kafes" kitabından tərtib edilmiş Kafes filmi Dursun Önkuzunun canlandırıldığı səhnələrdə yer alıb. Film 2 oktyabr 2015-ci ildə nümayiş olundu. == İstinadlar == Emine Işınsu: Sancı, 1977 (ISBN 975-437-044-3) Yeniden Milli Mücadele Dergisi, 18 aprel 972, Sayı 116.
Şeyx Dursun türbəsi
Şeyx Dursun türbəsi — Azərbaycanın Ağsu ərazisində yerləşən türbə. Şeyx Dursun türbəsi Ağsu şəhərindən 1 kilometr aralıda yerləşir. Bu ağ daşdan tikilmiş səkkiztərəfli piramida şəklində olan abidə gözəl sənətkarlıq nümunəsidir. Türbənin hər tərəfınin eni 1,6 metr, hündürlüyü 3 metrdir. Türbənin üstü tikintinin gövdəsinə uyğun olaraq səkkiztərəfli prizma şəklindədir. Abidə sadə üslubda, lakin çox böyük sənətkarlıqla inşa edilmişdir. Qapısı üç bütöv yonulmuş daşdan ibarətdir: iki yan portal və qapının üst hissəsi, ümumiyyətlə, türbə ağ daşdan tikilmişdir. Türbənin üzərindəki ikisətirlik gözəl xətlə bütöv bir daş lövhə üzərində həkk olunmuş kitabədən göründüyü kimi türbədə 1399-cu ilin yayında vəfat etmiş Əhməd Padarın oğlu Şeyx Dursun dəfn edilmişdir. Şamaxının Kalaxana kəndindəki məşhur «Yeddi günbəz»lərdə dəfn olunmuş şəxslər onun 32 nəslindəndir. Rus şərqşünası, akademik B.Domun fondunda Şamaxı şeyxləri haqqındakı arayışda deyilir ki, «Şeyx Dursunun nəsli Şirvan əhlindəndir.
Əhməd Haluk Dursun
Əhməd Haluk Dursun (türk. Ahmet Haluk Dursun; 1957, Hereke[d], Kocaeli ili – 19 avqust 2019, Ərciş, Van ili) — Türk tarixçisi və bürokratı. Əhməd Haluk Dursun Qalatasaray liseyini bitirib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türkiyə Cümhuriyyətinin Yeni dövr və Tarix bölməsinindən məzun olub. Bundan sonra Mərmərə Universiteti Atatürk Təhsil fakültəsində işə başlayıb. Mərmərə Universitetində müasir dövrün tarixi üzrə magistr və doktorluq dərəcələrinə yiyələnib. İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət A. Ş. Ümumi Müdir müşaviri olaraq Miniatürk Proyektinin hazırlanmasında vəzifə almış, Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Turing və Avtomobil Təşkilatının İdarə heyəti üzvlüyünə təyin edilmiş, 2005–2006-cı illər ilə 2011-ci illər tarixlərində eyni təşkilatda prezident Vekilliyi vəzifəsini icra etmişdi. 2007-ci ildə İstanbul İl Mədəniyyət və Turizm Müdir Köməkçisi vəzifəsini icra etmişdi. 2006–2012-ci illərdə Ayasofya Muzeyinin prezidenti, 2009–2011-ci illərdə Ayasofya Muzeyinin direktoru vəzifələrində çalışmışdır. 2012-ci ilin iyul ayından etibarən 2014-cü ilin ortalarına qədər Topqapı Sarayı Muzeyinin direktoru təyin edilmişdi.
Dursun Müsavat Dervişoğlu
Dursun Müsavat Dərvişoğlu (1 fevral 1960, Ankara) — İYİ Partiyanın ikinci sədri (2024-cü ildən), Türkiyə Böyük Millət Məclisi XXVII və XXVIII çağırışlarının millət vəkili, TBMM İYİ Partiya fraksiyasının sədri, sabiq sədr müavini, İYİ Partiyanın məhəll idarələrdən məsul sabiq sədr müavini, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin başqanı. == Həyatı == Dursun Müsavat Dərvişoğlu 1 fevral 1960 tarixində Ankara şəhərində Ordu ili Fatsa ilçəsindən olan ailədə anadan olmuşdur. İbtidai və orta təhsilini Fatsada, lisey təhsilini isə Ankara, Fatsa və Samsunda tamamlamışdır. Ali təhsilini Ankara İqtisadi və Ticari Elmlər Akademiyasının İdarəetmə (İşlətmə) fakültəsində idarəetmə ixtisası üzrə almışdır. 12 sentyabr 1980-ci il dövlət çevrilişi səbəbi ilə məcburi olaraq ali təhsilinə ara verən Müsavat Dərvişoğlu daha sonra elan olunan tələbə əfvlərindən yararlanmış və təhsilini Qazi Universiteti İqtisadi idarəetmə elmləri fakültəsində tamamlamışdır. 1991-ci ildən bəri İzmirdə yaşayır. Müsavat Dərvişoğlunun Azərbaycan Respublikasının sabiq Prezidenti Əbülfəz Elçibəy ilə tanışlığı var idi. Kutlu Savaş tərəfindən Susurluq qəzası üçün hazırlanan Susurluq Raportunda Mehmet Eymür ilə əlaqəli olduğu bildirilən Kocaeli Cinayət Təşkilatı başçısı Hadi Özcan Türkiyə Böyük Millət Məclisi Susurluq Komissiyasında verdiyi ifadədə Dərvişoğlunun Mehmet Eymürün adamı olduğunu iddia etmişdir. Vətən Partiyası lideri Doğu Pərinçək Müsavat Dərvişoğlunun ştatlı Milli Kəşfiyyat Təşkilatı agenti olduğunu və onun Pərinçəkə suiqəsd planladığını iddia etmişdir. Müsavat Dərvişoğlu isə bu iddiaları təkzib etmişdir.
Dursun Müsavat Dərvişoğlu
Dursun Müsavat Dərvişoğlu (1 fevral 1960, Ankara) — İYİ Partiyanın ikinci sədri (2024-cü ildən), Türkiyə Böyük Millət Məclisi XXVII və XXVIII çağırışlarının millət vəkili, TBMM İYİ Partiya fraksiyasının sədri, sabiq sədr müavini, İYİ Partiyanın məhəll idarələrdən məsul sabiq sədr müavini, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin başqanı. == Həyatı == Dursun Müsavat Dərvişoğlu 1 fevral 1960 tarixində Ankara şəhərində Ordu ili Fatsa ilçəsindən olan ailədə anadan olmuşdur. İbtidai və orta təhsilini Fatsada, lisey təhsilini isə Ankara, Fatsa və Samsunda tamamlamışdır. Ali təhsilini Ankara İqtisadi və Ticari Elmlər Akademiyasının İdarəetmə (İşlətmə) fakültəsində idarəetmə ixtisası üzrə almışdır. 12 sentyabr 1980-ci il dövlət çevrilişi səbəbi ilə məcburi olaraq ali təhsilinə ara verən Müsavat Dərvişoğlu daha sonra elan olunan tələbə əfvlərindən yararlanmış və təhsilini Qazi Universiteti İqtisadi idarəetmə elmləri fakültəsində tamamlamışdır. 1991-ci ildən bəri İzmirdə yaşayır. Müsavat Dərvişoğlunun Azərbaycan Respublikasının sabiq Prezidenti Əbülfəz Elçibəy ilə tanışlığı var idi. Kutlu Savaş tərəfindən Susurluq qəzası üçün hazırlanan Susurluq Raportunda Mehmet Eymür ilə əlaqəli olduğu bildirilən Kocaeli Cinayət Təşkilatı başçısı Hadi Özcan Türkiyə Böyük Millət Məclisi Susurluq Komissiyasında verdiyi ifadədə Dərvişoğlunun Mehmet Eymürün adamı olduğunu iddia etmişdir. Vətən Partiyası lideri Doğu Pərinçək Müsavat Dərvişoğlunun ştatlı Milli Kəşfiyyat Təşkilatı agenti olduğunu və onun Pərinçəkə suiqəsd planladığını iddia etmişdir. Müsavat Dərvişoğlu isə bu iddiaları təkzib etmişdir.
Fərid Dursunov
Məmmədzəki Dursunzadə
Məmmədzəki Dursunzadə (17 oktyabr 1890, Axalsxi qəzası[d] – 28 yanvar 1937, Tbilisi) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Məmmədtağı Dursunzadə 1890-cı ilin 17 oktyabrında Axalsıx qəzasının Azğur kəndində anadan olmuş, Müəllimlər institutunun hüquq fakültəsini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən 1920–1925-ci illərdə təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdi. Sonradan təhsilini öz hesabına davam etdirmiş, Türkiyədən Almaniyaya getmişdir. Təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, qadın müəllimlər seminariyasında və yer quruluşu texnikumunda müəllimlik etmişdir. Afət adlı qızı olmuşdur. 1937-ci ilin 28 yanvarında doğma kəndinə getmiş, orada həbs olunaraq güllələnmişdir. Cümhuriyyət tələbələri Əşrəf Əliyev (mühəndis) "Студенты Республики" Hüseyn Cavidin qızı ailəsi ilə bağlı müsahibəsində bir çox mətləblərdən danışıb – Çox maraqlıdır + MÜSAHİBƏ ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ. HUMANİTAR ELMLƏR SERİYASI/THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY. HUMANITIES SERIES/НАУЧНЫЕ И ПЕДАГОГИЧЕСКИЕ ИЗВЕСТИЯ УНИВЕРСИТЕТА ОДЛАР ЮРДУ.СЕРИЯ ГУМАНИТАРНЫХ НАУК; ISSN 1682–9123, № 38; Bakı, 2013 Vazeh Asgarov. L’immigration des Azerbaïdjanais en France : histoire et perspectives. Histoire.
Seyfi Dursunoğlu
Seyfi Dursunoğlu (1 oktyabr 1932, Trabzon – 17 iyul 2020, İstanbul) — tanınmış səhnə adı Huysuz Virjin, türkiyəli ing. drag queen (dreq kvin), müğənni və aparıcıdır. 1970-ci illərdən 2000-ci illərə qədər davam edən əyləncə proqramları ilə Türkiyədə məşhur bir əyləncə simasına çevrilmişdi. Seyfi Dursunoğlu 1932-ci ildə Trabzonda anadan olub. Bir müddət Trabzonun Yenicuma rayonunda yaşayıb 1938-ci ildə ailəsi ilə birlikdə İstanbula gəlmişdir. Orta məktəbi bitirdikdən sonra İstanbul Universitetində İngilis dili Filologiyası fakültəsinə daxil olub. Atası müflis olandan sonra orada təhsilini yarımçıq qoyub hərbi xidmətə getməli olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Sosial Sığorta Müəssisəsində dövlət qulluqçusu kimi fəaliyyətə başladı və 18 il dövlət qulluqçusu işlədikdən sonra işini tərk etmişdir. 1970-ci ildə Huysuz Virjin kimi kiçik klublarda çıxış etməyə başladı. Şöhrəti ağızdan-ağıza yayıldıqca daha böyük klublardan təkliflər almağa başladı.
Zeynali Dursunov