DURU

DURU I sif. Sulu, qatı olmayan. Dəsturov ərizələri və sair kağızları dəmir qələm və duru mürəkkəblə yazmaz idi (Ə.Haqverdiyev).

DURU II sif. Şəffaf, təmiz, bulanıq olmayan. Su elə duru idi ki, çayın dibindəki daşlar, sürü ilə qaçan balıqlar aydın görünürdü (İ.Şıxlı).

DURU III sif. Xalis. Yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür... (C.Məmmədquluzadə).

DÖVRƏ
DUVAQ
OBASTAN VİKİ
Altı duru, üstü quru (film, 1983)
Altı duru, üstü quru qısametrajlı sənədli süjeti rejissor Pərviz Cəfərov tərəfindən 1983-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Nizami adına parkın acınacaqlı vəziyyətindən bəhs edir. == Məzmunu == Film Nizami adına parkın acınacaqlı vəziyyətindən bəhs edir.
Duruca
Duruca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Duruca — Oğuz rayonu ərazisində dağ. Duruca — Qəbələ rayonu ərazisində çay. Duruca — Şəki rayonu ərazisində çay. Duruca — Qax rayonu ərazisində çay.
Duruq (Vərziqan)
Duruq (fars. دوريق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (51 ailə).
Durusu gölü
Durusu və ya Terkos (türk. Durusu Gölü; Terkos Gölü) — Türkiyədə, İstanbul şəhərindən 45 km şimal-qərbdə yerləşən su hövzəsi. Gölün maksimal dərinliyi 11 metr, eni 1–2 km, səthinin sahəsi isə 30,4 km²-dir. Göl suyunda 27 balıq növü mövcuddur. == Ümumi məlumat == Gölün sahil xətti son 1000 ildə çox dəyişilmiş və dəyişməyə davam edir. Durusu əvvəlcə Şərqi Frakyada strateji əhəmiyyətli bir yerdə yerləşən körfəz idi. Bu bölgə süquta uğramaqda olan Bizans imperiyasının son məntəqələrindən biri idi. Körfəzdə zaman-zaman Genuya dəniz quldurları sığınırdılar. Yaxınlıqda olan qalanın qalıqları buna sübutdur. Lakin çayın və dəniz axınlarının gətirdiyi allüvial qumun Durusu çayının deltasına toplanmasına səbəb oldu.
Hordeum durum
Adi arpa (lat. Hordeum vulgare) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
Marina Durunda
Marina Durunda (rus. Марина Сергеевна Дурунда; doğ.:12 iyun 1997, Sevastopol, Ukrayna) — Ukrayna əsilli Azərbaycan bədii gimnastıdır. Karyerası ərzində Ukrayna, Kipr və Azərbaycanın şərəfini qorumuşdur. 2015 Avropa Oyunlarının gümüş və 2015 Avropa Çempionatının bürünc medalçısıdır. 2013-cü ildən Azərbaycanın dəyişməz Çempionudur. 2015-ci ildə İlham Əliyevin sərəncamı ilə I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.Marina Durunda Azerisport.com idman saytının keçirdiyi "Ayın-idmançısı" mükafatının 6 qat qalibidir. Marina 2014-cü ildə fevral, mart və sentyabr, 2015-ci ildə isə mart, may və sentyabr aylarında saytın keçirdiyi səs vermədə oxucuların səsini qazanarağ bu uğuru əldə etmişdir. Marina Durunda 24 dekabr 2014-cü ildə Buta Palace-da növbəti mükafatına layiq görülmüşdür. O Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin ən yaxşıları mükafatı 2014" layiq görülmüşdür.Azərbaycanı 4 dəfə (2012, 2013, 2014, 2015) Avropa Çempionatında və 3 dəfə (2013, 2014, 2015) Dünya Çempionatında təmsil etmişdir. 2015 Dünya Çempionatında uğur qazanaraq Azərbaycanı 2016 Yay Olimpiya Oyunlarında təmsil etmək hüququ qazandı.
Murad Duruər
Murad Duruər (türk. Murat Duruer; d. 15 yanvar 1988; Gərədə, Bolu, Türkiyə) — Türkiyə futbolçusu, Türkiyə Super Liqası komandalarından biri olan Gənclər birliyi komandasının yarımmüdafiəçisidir. Futbolçu Mustafa Duruərin ekiz qardaşıdır. == Futbolçu karyerası == === Klub komandaları karyerası === === İlk illəri === Ankaragücü komandasında qardaşı Mustafa Duruər ilə bərabər oynayan Murad, 2004-cü ildə müqavilə imzalayaraq digər peşəkar komandalarda oynamağa başladı. Ankaragücü komandası üçün ilk qarşılaşması 29 mart 2006-cı il tarixində Qalatasaraya qarşı olmuşdur. Bu oyun Murad Duruərin ilk Türkiyə Super Liqası qarşılaşması idi. 2005-ci ildən bu yana Murad Duruər Türkiyə Super Liqasında oynayıb və bir çox komandalara transfer olub. 2011-2012-ci il mövsümündə, liqada çətin günlər keçirtdi. Komanda heyəti Ankaradan Əskişəhərə transfer edilən zaman, Murad Duruər atası ilə birlikdə Türk iş adamı və Gənclər birliyi idman komandası prezidenti İlhan Cavcavı ziyarət etdi.
Nursel Duruel
Nursel Duruel — türk hekayə yazarı == Həyatı == 1941-ci ildə anadan olub. == Yaradıcılığı == Hekayələrində insanın müxtəlif həyat şərtləri içindəki davranışlarını, onun güclü və zəif tərəflərin qələmə aldı. İlk hekayələr kitabı 1982-ci ildə (“Marallar, anam və Almaniya”), ikinci kitabı isə 1992-ci ildə “Yazılı qaya” adıyla çap olunub.
Saccharum officinarum var. luteum-durum
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
Yarış durumu
Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq: int x; // Axın 1: while (!stop) { x++; … } // Axın 2: while (!stop) { if (x%2 == 0) System.out.println("x=" + x); … } Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir: 1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) { int cached_x = x; if (cached_x%2 == 0) System.out.println("x=" + cached_x); … } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Karam, G.M.; Buhr, R.J.A. (August 1990).
İsmail Haqqı Durusu
İsmail Haqqı (Durusu) (1871, Zincidərə, Kayseri — 1940, İstanbul), Mustafa Kamal və köməkçilərini Samsuna gətirən Bandırma Gəmisinin kaptanı. == Həyatı == 1871-ci ildə Kayserinin Zincidərə diyarında anadan oldu. Atası da onun kimi gəmi kapitanı olan Hacı Əhməd Əfəndidir. O, 1891-ci ildə Leyli Dəniz Ticarəti Məktəbini bitirdi. 24 mart 1892-ci ildə praktikant kapitan olaraq Kayseri gəmisinə təyin edildi. 1892–1893-cü illər arasında, Bahri Cedit (1892), Əli Saib Paşa (1893) və Dolmabağça (1892) gəmilərində üçüncü kapitanlıq vəzifəsini yerinə yetirdi. 1897–1907-ci illər arasında, Şərəf (1897), Mədinə (1897), Məkkə (1899), Saloniki (1900), Kaplan (1900), Sakarya (1901), Bahri Cedir (1905), Sakarya (1907) və Kaplan (1907) gəmilərində ikinci kapitanlıq vəzifəsini yerinə yetirdi. 1 aprel 1915-ci ildə kapitan kimi təyin olunduğu Doğan Gəmisi fırtına nəticəsində Mərmərə dənizində batdı. Osmanlı Seyr-i Sefain İdarəsi tərəfindən vəzifədən kənarlaşdırılıb sorğuya cəlb olundu və prosesin sonunda laqeydliyi olmadığı üzə çıxarıldı və vəzifəsinə geri döndü, Ankara gəmisində ikinci kapitanlıq vəzifəsini icra etdi. 1 may 1919-cu ildə Bandırma Gəmisinin Kapitanı oldu.

Значение слова в других словарях

бензопрово́д допа́йка моше́нница поостере́чься взбрык кивну́ть клу́мба неисполни́мый обезобра́женный подлеза́ние провозвеща́ться вёдро aelurophobia chord electron microscope fifties hatred hobbyhorse hush ship main sequence pinch hitter tryptic движимый обморочный утихнуть