DURĞUN₁

sif.
1. Hərəkətsiz, sakit. Durğun hava.
– Gecə olduqca sakit və durğun idi. M.S.Ordubadi.
Yaz səhərinin sərin, təmiz, durğun havasında telefon elə cingildəyirdi, deyərsən, mis tiyana çaşnı tökürlər. Mir Cəlal.
Balaca bir külək əsən kimi milyonlarca yarpaqlar xışıldayaraq durğun yay havasını sərinləşdirirdi. S.Şamilov.

// Göz, baxış haqqında.
Titrək, durğun gözlərindən; Sıcaq incilər damardı… A.İldırım.

2. Axmayan, axarı olmayan, bir yerdə duran.
Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DURĞUN sakit — hərəkətsiz

Antonimlər (əks mənalı sözlər)

  • DURĞUN DURĞUN – AXAR Durğun göl olduğu yadıma gəlmir (A.Şaiq); Axar su murdar olmaz (Ata. sözü). DURĞUN – DAŞQIN Şux səslərlə dolu isti yuvalar; Daşqın çayla
DURĞU
DURĞUN₂
OBASTAN VİKİ
Durğunluq dönəmi Osmanlı sədrəzəmləri
Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı — Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579-1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır.
Durğunluq dövrü
Durğunluq dövrü (rus. Период застоя) — SSRİ tarixində L.İ.Brejnevin hakimiyyətə gəlməsindən (1964) Sov.İKP-in XVII qurultayına (fevral 1986), daha dəqiq — 1987-ci ilin yanvar plenumuna qədər olan dövrü əhatə edən, ondan sonra cəmiyyətin bütün sferalarında keçirilən irimiqyaslı islahatlarla nəticələnən siyasi ifadə. == Durğunluq dövründə mədəniyyət == === Ədəbiyyat === Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi Konstantin Simonov qalır, o "Dirilər və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur" (1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar" 1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur. Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğunluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq illərində sovet mətbuatı artıq Aleksandr Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet rəhbərliyini olduqca əsəbiləşdirirdi.
Durğunluq dövrü Osmanlı sədrəzəmləri
Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı — Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579-1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır.

Digər lüğətlərdə

всеси́льность опу́хлость перекультиви́ровать пле́вра серёжки тка́чество универсали́стка ямщи́чий бато́нчик ботва́ еро́шить искриви́ть проду́бливание разреди́ться ре́зочный сбить лемега текст hexadecimal order rationing scleroscope tangent sight целлюлозно-бумажный шаблонный