DURĞUNLUQ

is.
1. Durğun şeyin halı; hərəkətsizlik, hərəkət etməmə.
[Turxan bəy:] Hər duruşunda, hər baxışında bir durğunluq var. H.Cavid.
İndi [Qısanın] simasında intihara qərar vermiş kimi, küt bir durğunluq vardı. Mir Cəlal.

2. məc. İctimai həyatda, mədəniyyətdə, təsərrüfatda və s. -də inkişafsızlıq, hərəkətsizlik. C. Məmmədquluzadə fikri durğunluq, gerilik, cəhalət tüstüsünün xalq üçün yaratdığı qorxudan həyəcanlı danışaraq əlac etməyə çağırırdı. M.İbrahimov.
Cəfər Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir durğunluq əmələ gəldi. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DURĞUNLUQ hərəkətsizlik — dəyişməzlik

Antonimlər (əks mənalı sözlər)

  • DURĞUNLUQ DURĞUNLUQ – İNKİŞAF Cəfər Cabbarlının vəfatından sonra səhnədə və dramaturgiyada bir durğunluq əmələ gəldi (S
DURĞUN₂
DURĞUZMA
OBASTAN VİKİ
Durğunluq dövrü
Durğunluq dövrü (rus. Период застоя) — SSRİ tarixində L.İ.Brejnevin hakimiyyətə gəlməsindən (1964) Sov.İKP-in XVII qurultayına (fevral 1986), daha dəqiq — 1987-ci ilin yanvar plenumuna qədər olan dövrü əhatə edən, ondan sonra cəmiyyətin bütün sferalarında keçirilən irimiqyaslı islahatlarla nəticələnən siyasi ifadə. == Durğunluq dövründə mədəniyyət == === Ədəbiyyat === Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi Konstantin Simonov qalır, o "Dirilər və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur" (1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar" 1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur. Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğunluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq illərində sovet mətbuatı artıq Aleksandr Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet rəhbərliyini olduqca əsəbiləşdirirdi.
Durğunluq dönəmi Osmanlı sədrəzəmləri
Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı — Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579-1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır.
Durğunluq dövrü Osmanlı sədrəzəmləri
Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı — Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579-1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır.

Digər lüğətlərdə

верши́нка дегази́ровать меблира́шки нефтегазодобыва́ющий оргте́хника подоко́нье вы́скочить кровото́к невроло́гия перламу́тровка подъе́хать пряди́льня распека́ть теплотво́рный bat-minded beneaped creese curler non-halation penality smogout vineyard кринка одушевляться почивший