DUYMAQ

f.
1. Hiss etmək, hiss üzvlərinin biri vasitəsilə qavramaq.
Ləhzə həvəsindən uymaz idim; Günüzlə gecəni duymaz idim. Xətayi.
[Qarışqalar] evlərinin möhkəm olmayacağını duyub, quru divarları dağıdırlar və təzədən palçıq gətirib, divar qalxızmağa və tağ vurmağa başlayırlar. H.Zərdabi.
[Əhməd:] Zənn edirəm ki, ürəyimin döyünməsini Gülnaz da duyur və eşidirdi. T.Ş.Simurq.

2. Sezmək, anlamaq, başa düşmək, ürəyinə dammaq.
[İskəndər:] Hey, Zeynəb, vallah, fəndini duymuşam! Qonağın yolunda bu qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzu da diriltsin? C.Məmmədquluzadə.
Səlim bəy ortalıqdakı dolaşıq vəziyyəti duydu və ayağa qalxaraq əlini pristavın yıldızlı umuzuna qoyaraq dedi… H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DUYMAQ sezmək — anlamaq
  • DUYMAQ qavramaq
  • DUYMAQ 1. DUYMAQ, BİLMƏK, HİSS ETMƏK 2. duymaq bax sezmək
DUYMA
DUYUXMA
OBASTAN VİKİ
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.

Digər lüğətlərdə