DUZSUZ

sif.
1. Duzu olmayan, duz vurulmamış, yaxud duzu az. Duzsuz xörək. Şorba yaman duzsuzdur.
2. məc. dan. Şit, bayağı, xoşagəlməz, qanısoyuq. Duzsuz adam.
// Maraqsız, mənasız.
İclas çox soyuq və duzsuz (z.) qurtardı. Ə.Vəliyev.
Xüsusən axırıncı sözlər Bünyada çox duzsuz (z.) gəldi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DUZSUZ DUZSUZ Dəyirman ocağının daşına yapılan fətir duzsuz yoğrulduğundan şirin olardı (Ə.Vəliyev); ŞİT Duz alırlar; Şit bişməsin çörək (R
  • DUZSUZ şit — bayağı — qanısoyuq

Antonimlər (əks mənalı sözlər)

  • DUZSUZ DUZSUZ – MARAQLI Şerində bir axıcılıq hiss olunsa da, duzsuzdur. Bu danışıqlardan bir neçəsi maraqlı idi (Ə
DUZSEVƏN
DUZSUZLANMA
OBASTAN VİKİ
Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi
Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi— == Haqqında == Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilmişdir. == Məqsəd == Zavodun tikilməsi ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilmişdir. == İstehsal gücü == İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılmışdır. 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılmışdır. Zavodda gələcəkdə az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 000 kubmetrədək çatdırılmasına imkan verəcək müvafiq infrastruktur yaradılmışdır. == Su tutumu == Dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilmiş, həcmləri 500 m³ və 200 m³ olan xüsusi örtüklə izolyasiya olunmuş 3 ədəd metal su çənləri quraşdırılmış, həcmi 500 m³ olan yeraltı dəmir-beton su anbarı, həcmi 150 m³, 500 m³, 2000 m³, 20000 m³ və 25000 m³ olan geotekstil membran örtüyü ilə izolyasiya olunmuş 6 ədəd su anbarları, avadanlıqların quraşdırıldığı 750 m² bina, 120 m² ofis binası və s. inşa edilmişdir. Eyni zamanda kompleksin inzibati strukturları yaradılmış və seçilmiş işçi heyətə müvafiq təlimlər keçirilmişdir. == Əlavə tədbirlər == Bundan başqa, 2012-ci ildə Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün sutkada 2500 kubmetr gücündə qurğular inşa edilmiş və 2016-cı ildə onların istehsal gücü 2 dəfə artırılaraq 5000 kubmetrə çatdırılmışdır. Burada həcmi 500 m³ olan xüsusi örtüklə izolyasiya olunmuş metal su çəni qurulmuş, həcmi 2000 m³ olan yeraltı dəmir-beton su anbarı inşa edilmişdir.

Digər lüğətlərdə

голытьба́ малопоня́тный обя́занность приправле́ние распростира́ть фракциони́зм без ничего́ боязли́вые геохими́ческий животи́шко захва́тничество несу́н склепа́ть стереозапи́сывающий форма́ция кудь убыток fowl-run incommensurate lady's comb Lewis gun misled rax riddance бесславный