Yaşayış binası (Nizami küçəsi döngə 4, ev 3)
Nizami küçəsi döngə 4, ev 3 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.
== Memarlıq xüsusiyyətləri ==
XIX əsrin əvvəllərində inşa edilmiş ev, fasad və planının həll edilməsinə görə, İsmət Qayıbov küçəsi, döngə 1, ev 3 yerləşən yaşayış binasını xatırladır. Evin interyeri fasadla müqayisədə daha zəngin həll edilmişdir. Otaq boyunca uzanan ləmlərin üstündə dayaz niş sırası keçir. Nişlər bir-birindən alebastr çəpərlər vasitəsiylə ayrılmışdır; otaqdakı buxarı da zəngin bəzədilmişdir.
== İstinadlar ==
== Ədəbiyyat ==
Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.