DÖNƏ-DÖNƏ
DÖNMƏDƏN
OBASTAN VİKİ
Döngə (Vərziqan)
Döngə (fars. دنگاه‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (6 ailə).
Qaranlıq döngə
Qaranlıq döngə (çin. 黑暗的胡同) və ya Karate şantajı (fr. Chantage au karaté) — 1972-ci ildə Nq Vun və Vinq Sanq Vonq tərəfindən çəkilən Tayvan və Honkonq döyüş filmi.
Qaranlıq döngə (film, 1972)
Qaranlıq döngə (çin. 黑暗的胡同) və ya Karate şantajı (fr. Chantage au karaté) — 1972-ci ildə Nq Vun və Vinq Sanq Vonq tərəfindən çəkilən Tayvan və Honkonq döyüş filmi.
Yanlış döngə (film, 2003)
Yanlış döngə (ing. Wrong Turn) — 2003-cü ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi. == Məzmun == Kris iş ilə əlaqədər olaraq yola çıxır. Lakin nəqliyyatın sıxlığından işə gecikə bilər. Buna görədə kəsdirmə yol olan Qərbi Vircina meşəsi ilə getməli olur. Yol ilə gedərkən təsadüfən yolda təkəri partlamış maşınla toqquşur və öz maşınıda sıradan çıxır. Məlum olur ki, toqquşduğu maşın, sahibləri tərəfindən müvəqqəti tərk edilən bir qrup gəncindir. Kimlərki onlarda burada ilişib qalıblar. Meşənin ortasında qalan gənclər çıxış yolu axtarmağa başlayırlar. Elə hər şeydə bundan sonra başlayır.
Yanlış döngə 2: Ölümcül son (film, 2007)
Yanlış döngə 2: ölümcül son — 2007-ci ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "Yanlış döngə" film silsiləsinin davamı. Film 2007-ci ilin ən uğurlu qorxu filmlərindən biri seçilmişdir. == Məzmun == Burada da hadisələr yenə Qərbi Vircina ştatında cərəyan edir. Adrenalin bir verliş üzərində işləyən gənclər bu qorxulu meşəyə gələrək verlişi hazırlamaq qərarına gəlirlər. Amma onları gözləyən dəhşətlərdən hələki xəbərləri yoxdur. O vaxta qədərki dostlarindan birinin öldürülərək ətinin bişirildiyini görənə qədər. == Rollarda == Erica Leerhsen Henry Rollins Texas Battle Kimberly Caldwell == Film musiqisi == Filmin musiqilərini Ber Makreri bəstələyib.
Yanlış döngə 3: Ölümə tərk (film, 2009)
Yanlış döngə 3: ölümə tərk — 2009-cu ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "Yanlış döngə" film silsiləsinin davamı. == Məzmun == Əylənmək istəyən bir qrup gənc Vircina meşələrində düşərgə qururlar. Aleks müvəqqəti olaraq dostlarından ayrılır. Geri qayıdanda isə təsadüfən bir məxluqun rəfiqəsini öldürərək yediyinin şahidi olur və burda tək olmadıqlarını anlayır. Gecə vaxtı isə bir qrup məhbusla qarşılaşır. Kimlərki həbsxanalarını dəyəşərək başqa yerə köçörüləcəklərdi. Lakin qəzaya düşərək burda ilişiblər. Onlarında başında Nid adlı gənc polis var hansıki məhbuslara nəzarət edir. Aleks hər şeyi danışır. İlk dəfə ona inanmasalarda sonradan gözlərinin qarşısında bir məhbusun məxluq tərəfindən necə qaçırıldığını görəndə vəziyyət dəyişir.
Yanlış döngə 4: Qanlı başlanğıc (film, 2011)
Yanlış döngə 4: qanlı başlanğıc — 2011-ci ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "Yanlış döngə" film silsiləsinin davamı. == Məzmun == Gənclər soyuq və güclü qarlı bir havada gəzintiyə çıxırlar. Lakin gecə yollarını itirirlər. Birdən gözlərinə bir qaraltı dəyir və ora gedirlər. Bu bir vaxtlar qəribə görünüşlü və qeyri adi insanların saxlanıldığı xəstəxanadır. Soyuq havada gənclərin burada gecələmələrindən başqa bir yol yoxdur. Lakin bilmirlərki hələdə bəzi məxluqlar burdadı və onları böyük bir təhlükə gözləyir. Səhər dostarından biri yoxa çıxır. Onu axtaranda isə burda tək olmadıqlarını anlayırlar. Bu məxluqlar isə onların ora gəldiyi motosikletlərini yararsız hala salaraq oradan qaçmaqlarını da əngəlləyiblər.
Yanlış döngə 5: Qan qohumluğu (film, 2012)
Yanlış döngə 5: qan qohumluğu — 2012-ci ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "Yanlış döngə" film silsiləsinin davamı. == Məzmun == Bir qrup gənc Vircinadakı bir şəhərə yola düşürlər. Onlar bu şəhərin tarixini bilirlər. İllər əvvəl bu şəhərdə insanların kütləvi öldürülməsi və bunun hələdə üstünün açılmamasından xəbərləri var. Lakin gənclik duyğusu onlara daha ətraflı fikirləşməyə mane olur. Amma onlar gəldikləri yerin nə dərəcə də təhlükəli olduğunu anlayanda isə artıq çox gecdi. Onların o varlıqların əllərindən xilas olub olmayacaqları sual altındadır.
Yanlış döngə 6: Son çarə (film, 2014)
Yanlış döngə 6: son çarə (ing. Wrong Turn 6: Last Resort) Amerika istehsalı olan və rejissor Valeri Milevin çəkdiyi qorxu/triller filmidir. Hazırda çəkilişlərin davam etdiyi film 2014-cü ilin oktyabr ayında nümayiş olunacaq. Bu film Yanlış Döngə filmlər seriyasının altıncı filmidir. == İstehsal == Verilən məlumata görə bu film üçün rejissor Deklan O'Breyn rejissor Valeri Milev ilə əvəz olunub. Filmin VOB/DVD versiyasının eləcədə altıncı seriasının 2014-cü ilin mart ayında Bolqarıstanda çıxarılması nəzərdə tutulub. == Məzmun == Qəfildən gizlin itmiş miras Deni və onun dostlarını unudulmuş Qərbi Viciniya dağlarındakı Hobb Springsə gətirir. O burada bir vaxtlar heç vaxt bimlədiyi itmiş uzaq qohumları haqqında məlumatlar öyrənir. Amma tezliklə o həmin qohumlarının tamam fərqli bir yaşam tərzi sürdüyünü də kəşf edəcək. Bu kəşf isə heç də yaxşı nətilcələnməyəcək.
Yaşayış binası (Nizami küçəsi döngə 4, ev 3)
Nizami küçəsi döngə 4, ev 3 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. == Memarlıq xüsusiyyətləri == XIX əsrin əvvəllərində inşa edilmiş ev, fasad və planının həll edilməsinə görə, İsmət Qayıbov küçəsi, döngə 1, ev 3 yerləşən yaşayış binasını xatırladır. Evin interyeri fasadla müqayisədə daha zəngin həll edilmişdir. Otaq boyunca uzanan ləmlərin üstündə dayaz niş sırası keçir. Nişlər bir-birindən alebastr çəpərlər vasitəsiylə ayrılmışdır; otaqdakı buxarı da zəngin bəzədilmişdir. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Yaşayış binası (İsmət Qayıbov küçəsi, döngə 1, ev 3)
İsmət Qayıbov küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. == Memarlıq xüsusiyyətləri == XIX əsrin əvvəllərində inşa edilmiş evin fasadı uzun ardıcıllığa malik olmaqla pəncərə yerləri ilə hissələrə bölünmüşdür. Pəncərə yerləri kiçik qabarıqlığa malik pilyastrlarla çərçivələnir. Pəncərə yerləri üstündəki atmalar oxvari tağ formasına malik olmaqla, timpanları fiqurlu kərpic hörgüsü ilə doldurulmuşdur. Hörgünün birinci sırası xeyli qabağa çıxan kəmər xüsusiyyəti daşımaqla fasadın həcmini qeyd edir və ona dəqiqlik gətirir.Ümumilikdə ev kifayət qədər hündür kürsü üzərində inşa edilmişdir. Kürsü fasad tərəfdən əla işlənsə də döşəmə altı üçün istifadə olunmamışdır. Fasadın əsas memarlıq həlli sakit düz divarlar və xeyli qabağa çıxan karnizin (incə işləməli taxta kronşteynlər üzərində) kontrastına əsaslanır.Memarın bu tikilidə yüksək bədii zövqlə tətbiq etdiyi müxtəlif hörgü tipləri fasadı əhəmiyyətli dərəcədə zənginləşdirən fakturadır. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана.
Döngələr (teleserial, 2012)
"Döngələr" — Çoxseriyalı film. Filmi Carçı Film çəkmişdir. == Haqqında == Filmin rejissoru Cavid Təvəkküldür. "Döngələr"in iknici rejissoru Rövşən Ağayevdir. Ekran işində baş rolları əməkdar artist Eldəniz Rəsulov və Abbas Qəhrəmanov oynayıblar. Filmin ssenari müəllifi yazıçı-publisist, dramaturq Rafiq Səməndər, direktoru isə İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovdur. == Məzmun == Yarı detektiv və yarı melodram janrında olan filmdə 1988-1989-cu illərin hadisələri cərəyan edir. Filmdəki hadisələr maraqlı xətt üzrə cərəyan edir. == İstinadlar == == Mənbə == Cansail, Y. "Döngələr": [rejissoru Cavid Təvəkkül olan eyni adlı bədii televiziya filmi haqqında] //Mədəniyyət. — 2011.- 20 iyul.- S. 10.
Ömər Döngəloğlu
Ömər Döngəloğlu (türk. Ömer Döngeloğlu; d.1968 Zile, Tokat - 3 may 2020, İstanbul) — Türk ilahiyyatçı, yazıçı, proqram prodüseri və aparıcısı. Kanal 7-də aparıcısı olduğu dini verilişləri ilə tanınır. 2020-ci ildə Koronavirüs səbəbindən dünyasını dəyişib. == Həyatı == 1968-ci ildə Ziledə anadan olan Ömər Döngəloğlu ibtidai təhsilini Zile Altunyurt İbtidai məktəbində, orta təhsilini Zile İmam Hatip liseyində almışdır. Daha sonra Sakarya Universiteti İlahiyyat fakültəsini bitirib. Ərəb və ingilis dillərini yaxşı bilir.1986-1996-cı illər arasında məmləkəti Tokatda İmam-Hatip kimi işləməyə başladı. Uzun illər dövlət sektorunda müxtəlif inzibati vəzifələrdə çalışan Döngəloğlu illər boyu İslam tarixi və Siyer-i Nebi haqqında araşdırma aparmış, səyahət etmişdir. === Ölümü === 3 may 2020-ci ildə tutulduğu koronavirüs xəstəliyi səbəbi ilə müalicəsi aldığı Başakşehir Dövlət Xəstəxanasında vəfat etdi. Ömər Döngəloğlunun cənazəsi Ədirnəqapı şəhidliyində torpağa verildi.
Melisa Döngəl
Melisa Döngel' (18 sentyabr 1999, İstanbul) Bizim Hekayə dram serialında Deniz Çelik rolu ilə tanınan türk aktrisa və model'dir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır. == Həyatı və kariyerası == Melisa Döngel 18 sentyabr 1999-cu ildə anadan olmuşdur. Təhsilini Osman Yağmurdereli Rəssam'lıq Akademiya'sında bitirmişdir. O, aktyor'luq karyerasına 2014-cü ildə premyerası olan Elif serialı ilə başlamışdır. 2016-cı ildə "Hangimiz Sevmedik" serialında Sevtap obrazını canlandırmışdır. Həmin il “Arka Sokaklar” serialında Nil obrazını canlandırmışdır. 2018-ci ildə "Bizim Hikaye" dram serialında Deniz Çelik obrazını canlandırdığı obrazla rəğbət qazanmışdır. 2020-ci ildə FOX-da yayımlanmağa başlayan Sen Çal Kapımı serialında Ceren Başar obrazını canlandırmışdır. 2021-ci ildə Aşk Mantık İntikam serialında Çağla obrazını canlandırmışdır.

Значение слова в других словарях

балдахи́нный вразва́лочку Голго́фа заволоки́тить концентри́чно лисёнок опроме́тчивый отковыря́ть переформиро́вывать пови́ться спи́нка гондолье́р древесностру́жечный массажи́стка отса́дка подчи́стка помолоде́ть глубокий товарищ charmed forcing-bed forespeak lion-ant rationing sperling