DÖRDGÖZ


1. sif. Dördşəbəkəli, dördbölgülü, dörd gözü olan (ev, dükan, pəncərə və s.).
Dördgöz pəncərənin xəmirlənmiş kağızı qopur, küləkli qar içəriyə soxulur. S.Rəhimov.

2. is. məc. zar. Gözlük taxan, gözlük gəzdirən, gözlüklü (adam).
[Qədir:] Sənin xəbərin yoxdur, səni Gəlinsultan çoxdan o dördgözə veribdir, ey! Ə.Əbülhəsən.

□ Dördgöz etmək – ayıltmaq, xəbərdar etmək.
Çünki Zülmət dəstəsinin arasında olan Midhətin Dəmirova tərəfdar çıxması … Zülməti ayıldıb dördgöz etmişdi. S.Rəhimov.

Dördgöz olmaq – ayıq olmaq, sayıq olmaq, diqqətli olmaq; gözləmək, intizarda olmaq.
[Salman:] Məni götür oğulluğa, Rüstəm dayı, Pərşanı gözüm üstə saxlaram, – dedi və dördgöz olub Rüstəm kişiyə baxdı. M.İbrahimov.

DÖRDƏMƏL
DÖRDGÖZLÜ
OBASTAN VİKİ
Dördgözlər
Dördgözlər (lat. Anablepidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə

брошюрова́ние киломе́тр оса́дочный переве́шать сла́дкий универса́нтка восприи́мчивость одёжка перегора́ние радиоспе́ктр соро́га шерп гондола потерн agamogenesis bald-head dishonor god-fearing harelip monoxylous plasmolyze pyosis stock account thermography torpedo-netting