DÖRDKÜNC

sif. Dörd küncü olan, dördbucaqlı, dördguşəli, yaxud dördbucaq şəklində olan. Dördkünc bina.
– Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn.
Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış dördkünclü işləmələr var idi. M.İbrahimov.
Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın ortasında yenə də dördkünc kiçik bir hovuz vardı… Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖRDKÜNC DÖRDKÜNC(LÜ) Kərim dayı dönüb getmək istəyəndə “Azərbaycan qadını” yadına düşdü, çantadan çıxarıb ..
DÖRDKƏSİCİDİŞLİLƏR
DÖRDKÜNCLÜ
OBASTAN VİKİ
Dördkünc kombretum
Dördkünc kombretum (lat. Combretum quadrangulare) - kombretum cinsinə aid bitki növü.
Dördkünc Mərdəkan qalası
Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir. Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir. == Tarixi == Böyük Mərdəkan qəsri XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. == Memarlıq xüsusiyyətləri == Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. L. Mamikonovun fikrincə qüllənin bu qədər hündürlüyə malik olması onun zirvəsindəki meydançadan yalnız qəsr həyətinin deyil, eyni zamanda qəsrin xarici divarlarındankənarda yerləşən ərazinin də atəşə tutulmasına imkan verir.
Dördkünclü qala (Yuxarı Əskipara)
Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Adına Qüllə də deyirlər, Koroğlu qalası da. Coğas çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 metr təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyatində köməkçi binalar olub.

Digər lüğətlərdə

гипертони́ческий груда́стый иззу́бривать иониза́ция несогла́сие ну́кание откле́ить охря́ный завыша́ться люб несть числа припороши́ть редковоло́сый лоскать холод bathythermograph codling moth debt emotive outgoingness spawning ересь нерасположение обиталище приоткрывать