döyüş

is. combat m, bataille f, lutte f ; hava ~ü combat aérien ; əlbəyaxa ~ un corps à corps m, combat m corps à corps

döyüntü
döyüşçü
OBASTAN VİKİ
Dzirav çölündə döyüş
Dzirav çölündə döyüş — 371-ci ildə Sasani və Roma arasında baş vermiş döyüş. Nəticədə Albaniya Otena (Uti), Sakasena, Kambisena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Döyüş Bayrağı
Döyüş bayrağı — quruda olarkən bir ölkənin hərbi qüvvələri tərəfindən istifadə olunan milli bayrağın bir növü. Dəniz ekvivalenti dəniz bayrağıdır. Hazırda az sayda ölkə müvafiq müharibə bayraqlarına sahibdir və əksəriyyəti bu məqsədlə dövlət bayraqlarını və ya standart milli bayraqlarını istifadə etməyi üstün tuturlar. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan sәkkizguşәli ulduz yerləşib.
Döyüş Sambosu
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Döyüş arabası
Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası. Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır. Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır. Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir.
Döyüş baltası
Döyüş baltası ənənəvi olaraq müharibələrdə istifadə edilən balta növüdür. Əksəriyyəti yüngül olub və bir əllə tutmaq üçündür, daha ağır olanları isə iki əl ilə istifadə edilməsi üçündür. Onların çəkisi 0,5 kq ilə 3 kq arasında dəyişir.
Döyüş droidləri
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir. Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil. Astromech droid — Vukipediya saytında.
Döyüş filmi
Döyüş filmi — Film janrlarından biridir. Döyüş filmlərinin səciyyəvi xüsusiyyəti süjet xətti boyu kaskadyor hərəkətlərinin, savaşların, maşın partlayışlarının və s. olmasıdır. İndiki vaxtda filmlərdə, həqiqi səhnələr əldə etmək üçün kompüter texnologiyasından faydalanılır. Əsasən, filmlərdə təhlükəli səhnələrin çəkilişində, aktyor və ya aktrisa yerinə dublyordan istifadə edilir.
Döyüş oyunları
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Döyüş raketi
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama. Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s. Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Döyüş sənəti
Şərq döyüş növlərinin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, Yaponiyada, Koreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.
Döyüş topu
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Döyüş əməliyyatları
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. А — Бюро военных комиссаров / [под общ.
Döyüş əməliyyatı
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. А — Бюро военных комиссаров / [под общ.
Qaydasız döyüş
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Təkbətək döyüş
Təkbətək döyüş - iki fərd arasında vuruşma, çarpışma, dava. Təhlükəli hallarda özünü və yaxınlarını qorumaq üçün insanların istifadə etdikləri üsul. Təkbətək döyüş 4 cürə ola bilər: Hərbi döyüş; İdman döyüşü; Təkbətək döyüşün Şərqi növləri; Qarışıq üsullar ilə döyüş. Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s. Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır.
Ölümcül döyüş
Ölümcül döyüş (ing. Mortal Combat) – 1995-ci ildə rejissor Pol Uilyam Skott Anderson tərəfindən döyüş janrında çəkilən filmdir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Xarici Dünyanın İmperatoru olan Şao Kannın Dünyanı ələ keçirməsi üçün Böyük Tanrılar tərəfindən yaradılan "Ölümcül döyüş" turnirində bir-birinin ardınca 10 turniri qazanması lazımdır. Bu səbəbdən cadugər Şanq Tsunqun gücündən istifadə edir. İmperator "Ölümcül döyüş" turnirinin doqquzunu qazanır. Şanq Tsunq turnir üçün dünya ölkələrdə yaşayan ən yaxşı döyüşçülər axtarır. Bu səbəbdən Şanq Tsunq döyüşçüləri aldadaraq və ya onların intiqam duyğularından istifadə edərək, turnirə qatılmağa vadar edir. Şimşək tanrısı olan Reydenin vəzifəsi isə Dünyanı İmperatorun dəstəsindən qorumaqdır. Şanq Tsunq və Çen "Ölümcül döyüş" turnirində qarşılaşırlar.
Əlbəyaxa döyüş
Əlbəyaxa döyüş — Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s. Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. Boks yarışından bir fraqment İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur. Həmçinin müxtəlif qoruyucu ləvazimatlar istifadə olunur (əlcəklər, boksda və karatedə kapalar, qılıncoynatmada dəbilqə, maskalar). İdman təkbətək döyüşlərinin əsas növləri — boks, qılıncoynatma (rapira, qılınc), sərbəst güləş, klassik güləş, sambo, kikboksinq və s).
Döyüş başlığı
Döyüş başlığı xüsusi olaraq hazırlanmış olan daşıyıcı korpusda (məsələn, döyüş raketi, raket və ya torpedo) hədəfə daşınan partlayıcı, yandırıcı və ya zəhərli materialdan və sözügedən korpus hədəfə çatdıqdan sonra bu materialı işə salacaq olan tətikləmə mexanizmindən ibarət olan xüsusi döyüş mexanizmidir. Torpedalar ilk dəfə yaradıldıqları zaman təlim, sınaq və hərbi təlimlərdə istifadə olunmaqları üçün onların içərisinə müəyyən faydalı yük yerləşdirilər və bu faydalı yükə sülh başlığı deyilərdi. Sözügedən həmin torpedalar həqiqi hərbi əməliyyatlarda və müharibələrdə istifadə olunmağa başlandığı zaman onların adı döyüş başlığı olaraq dəyişdirilmiş və zaman keçdikcə sülh başlığı termini hərbi terminologiyadan tamamilə çıxmışdır. Müxtəlif döyüş başlıqları növləri aşağıda göstərilmişdir: Partlayıcı: Müvafiq ölçüdə bir partlayışdan istifadə edilərək hədəfi parçalamaq və partlayışın yaratdığı zərbə dalğasının təsiri ilə əsas hədəfin ətrafında yerləşmiş olan ikinci dərəcəli hədəfləri mümkün qədər zərərsizləşdirmək prinsipinə əsaslanır. Konvensional: Barıt, C4 və dinamit kimi molekulyar strukturda yüksək miqdarda istilik, işıq və şok enerjisinə malik olan kimyəvi maddələrdən istifadə edilərək istehsal olunan partlayıcı maddələr qrupudur. Təhrik növü (Hərəkət növü): Böyük bir zərbə dalğası yaradaraq partlayış sferasında olan materiallara qəfil və yüksək təzyiq tətbiq edilməsi yolu ilə hədəfi zərərsizləşdirməyə əsaslanan konvensional partlayıcılardırlar. Yaranmış olan istiliyin və işığın miqdarı digər növlərdən daha azdır. Terror təşkilatları tərəfindən müntəzəm formada istifadə edilən boru tipli bombalar təhrik növüdür. Parçalanma (dispersiya) növü: Müəyyən bir hərəkət tipli partlayıcı nüvənin ətrafında əsasən silindr və ya sfera formasında yerləşdirilmiş olan qəlpə hissəciklərindən istifadə etməklə, hədəfləri partlayış zonası daxilində deşərək zərərsizləşdirməyə yönəlmiş konvensional partlayıcı maddə növüdür. Bütün kaset bombaları bu tipdədirlər.
Döyüş-macəra oyunu
Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı. Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır. Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur. Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var.
Döyüş Ciu-citsusu
Ciu-Citsu idman növündən əsasən güləş və cüdo fəndlərindən istifadə olunmağına baxmayaraq Döyüş Ciu-Citsusunda ayaq və əl zərbələrində icazə verilir. Döyüş Ciu-Citsusunda əsasən karate, cüdo, boks kimi idman növlərindən istifadə edilir. Döyüş Ciu-Citsusunda kimono ilə yanaşı baş geyimi(kaska),ayaq qoruyucusu, jilet kimi qoruyuculardan istifadə edilir. Əvvəllər əsasən Braziliyada çox istifadə edilən bu döyüş növünün, müasir dövürdə bütün dünyada yarışları və təlimləri keçirilir. İdman Ciu-Citsusunda olduğu kimi Döyüş Ciu-Citsusundada dərəcələri fərqləndirmək üçün kəmərlər vardır.
Döyüş axtarış-xilasetmə
Döyüş axtarış-xilasetmə müharibə və ya münaqişə zamanı təhlükəli ərazidə müttəfiq heyəti xilas etmək üçün qısa mübarizə aparılmasıdır. Bu əməliyyatlarda əsasən Sikorski UH-60, Eurocopter Cougar kimi helikopterlərdən; C-130, CN-235 kimi hərbi nəqliyyat təyyarələridən istifadə edilərək, həmçinin hava qüvvələrinin dəstəyi ilə düşmən hücumunu dəf etməklə şəxsi heyətin xilas edilməsi əsas məqsəddir. Əvvəlcə əməliyyatda təhlükə altındakı heyətin yeri müəyyən edilir və sonrakı mərhələdə havadan və qurudan bölgəyə sızaraq heyətə kömək edilir. İlk yardım və tibbi yardım yanına çatılmış heyətin həyati funksiyalarını qiymətləndirdikdən sonra tətbiq olunur. Təhlükəsizlik təmin edildikdən sonra qrup və xilas edilmiş heyət ərazidən təxliyə edilir.
Döyüş baltası mədəniyyəti
Döyüş baltası mədəniyyəti (İngiliscə: Corded Ware; Almanca: Schnurkeramik; Fransızca: céramique cordée; Hollandca: touwbekercultuur), Avropada eramızdan əvvəl 2900-2350-ci illər arasında, son Neolit, Mis dövrü və erkən Tunc dövrünün arxeoloji mədəniyyətidir. Döyüş baltası mədəniyyəti qərbdə Reyn çayından şərqdə Volqaya qədər uzanan Şimali Avropa, Mərkəzi Avropa və Şərqi Avropanı əhatə edən geniş ərazini əhatə edirdi. Müxtəlif dairələr tərəfindən Döyüş baltası mədəniyyətinin insanlarının genetik olaraq Yamnaya mədəniyyətinin insanları ilə sıx əlaqədə olduğu və bunun şərqdən Avropanın ürəyinə böyük bir köçü sənədləşdirdiyi iddia edilir. Döyüş baltası mədəniyyətinin proto-german və proto-baltik-slavyan kimi Hind-Avropa dillərini yaydığı düşünülür. Mədəniyyət həmçinin proto-hind-iran dilində danışan sonrakı Sintaşta mədəniyyəti ilə genetik yaxınlıq göstərir. Şnurlu keramika mədəniyyəti (almanca: Schnurkeramik-Kultur, hollandca: touwbekercultuur, fransızca: ceramique cordée, ingiliscə: Corded Ware) ilk dəfə 1883-cü ildə alman arxeoloqu Fridrix Klopfleiş tərəfindən təqdim edilmişdir. Keramika üzərində tapılan ip çapına bənzəyən ornamentlər bu adın verilməsində mühüm rol oynamışdır. Bu mədəniyyətin alt mədəniyyəti olan Tək Qəbir mədəniyyəti termini müxtəlif artefaktlarla əyilmiş vəziyyətdə dəfn edilmiş fərdlərə tətbiq edilən tumulus dəfn ənənələrindən irəli gəlir. Mədəniyyətin digər bir alt mədəniyyəti olan döyüş baltası mədəniyyəti də kişi məzarlarında tapılan daş döyüş baltalarına görə belə adlandırılmışdır. Döyüş baltası mədəniyyəti Almaniya, Hollandiya, Danimarka, Polşa, Litva, Latviya, Estoniya, Belarusiya, Çexiya, Avstriya, Macarıstan, Slovakiya, İsveçrə, Rumıniyanın şimal-qərbində, Ukraynanın şimalında Rusiyanın Avropa hissəsində mövcud olmuşdur.
Dünkerk uğrunda döyüş
Dünkerk uğrunda döyüş (fr. Bataille de Dunkerque) — İkinci Dünya müharibəsi dövründə müttəfiqlər və Almaniya qüvvələri arasında 26 may - 4 iyun 1940 tarixlərində Vermaxtın Fransanın işğalı zamanı baş vermiş döyüş. Qəribə müharibə bitdikdən sonra 1940-cı il may ayının 10-da Fransa uğrunda həqiqi döyüş başladı. Şimalda alman ordusunun «B» qrupu Niderlandı ələ keçirərək cənub-şərqə Belçikaya doğru irəlilədi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. Bununla da Dünkerk ətrafında müttəfiq orduları ilə Üçüncü Reyx qoşunu arasında mayın 26-dan iyunun 4-ə qədər döyüş baş verdi. 1930-cu illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində uzunmüddətli fortifikasiya qurğuları sistemi tikildi. Bu istehkamlardan ibarət müdafiə sisitemi nazirin adı ilə Majino xətti adlandırıldı. Xətt 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilmişdi.
Hindi döyüş baltası
Hindi döyüş baltası (ing. tomahawk) — ənənəvi olaraq Şimali Amerikada yaşayan hindlilər tərəfindən müharibədə və məişət işlərinin görülməsində istifadə edilən balta. Tomahawk sözü ingilis dilinə XVII əsrdə Alqonkin dilindən keçmişdir. Zamanla döyüş silahı modernləşdirlmiş və geyim dəstinin yan ciblərinə taxılmaq üçün uyğunlaşdırılmışdır. Hindi döyüş baltasından əvvəllər hindilər istifadə etsə də, sonralar Yeni Dünyaya gələn Pilqremlərin nəsilləridə silahdan istifadə etməyə başlamışlar.
Cəməl döyüşü
Cəməl döyüşü (ərəb. موقعة الجمل‎) — dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin tərəfdarları ilə Aişə və onun tərəfdaşları Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın başçılıq etdiyi qrupla onun hakimiyyətinə qarşı baş vermiş döyüş. Döyüş 656-cı il dekabrın 8-də baş verir. Erkən İslam tarixinin çox hissəsi şifahi şəkildə ötürülürmüşdür. Raşidi xilafəti dövründən bu günə qədər kifayət qədər az sayda tarixi mənbələr gəlib çatmışdır. Başqalarının prinsipcə mövcud olub-olmadığı məlum deyil. Bu dövrə aid, eləcə də Əməvilər sülaləsinin sonrakı hakimiyyəti dövrünə aid dövrümüzə çatan sənədlər və yazılar əsasən üçüncü Abbasi xilafəti illərində yazılmışdır. Bunlardan əlavə, İslamın ilkin tarixi haqqında Məhəmməd peyğəmbərin hədislərində mühüm məlumatlar vardır. Onların inkişafı İslam tarixinin ilk üç əsrində mühüm elementdir. Müsəlmanların fəth illərində yazılmış Dəvə döyüşü dövrünün hadisələri haqqında yeganə tarixi mənbə şiə alimi Süleyman ibn Qeysin Kitab əl-Səqifəsidir - İslamın birinci əsrinə aid hədislər və tarixi hesabatlar toplusu.
Debaltsev döyüşü
Debaltsev döyüşü (rus. Бои в районе Дебальцева; ukr. Бої за Дебальцеве) — Debaltsev şəhəri uğrunda Ukrayna ordusu və rus meyilli qüvvələr arasında davam edən döyüş. Donbass müharibəsinin tərkib hissəsi olan Debaltsev döyüşü müharibənin əsas həll edici mərhələlərindən biri sayılır. Tərəflər Luqansk və Donetsk vilayətlərini bir-birinə birləşdirən strateji əhəmiyyətli şəhəri ələ keçirmək üçün 17 yanvar tarixindən etibarən döyüşməkdədir. Yanvar ayında üstünlük Ukrayna ordusu tərəfində olsa da 10 fevral tarixindən etibarən üstünlük rus meyilli qüvvələrin nəzarəti atlına keçməyə başlamışdır. 18 fevral tarixinə olan məlumat əsasən isə şəhərin 80% lik hissəsi rus meyilli qüvvələrin nəzarəti altındadır. Dinc əhali şəhərdən çıxarılıb. 18 fevral 22:00 (Bakı vaxtı ilə) tarixinə olan məlumata əsasən şəhər rusmeyilli qüvvələrin nəzarəti altına keçib.
Dumlupınar döyüşü
Dumlupınar döyüşü (yun. Μάχη του Τουμλού Μπουνάρ; türk. Dumlupınar (Meydan) Muharebesi və ya Başkumandanlık Meydan Muharebesi) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrinin son döyüşü kimi tarixə keçmişdir. Döyüş 1922-ci ilin avqust ayının 26-dan 30-na qədər Türkiyənin Kütahya ilinin Dumlupınar ilçəsində baş vermişdir. 1921-ci ilin avqust və sentyabr aylarında Sakarya çayı sahilində baş vermiş döyüşdən sonra yunanların general Anastasios Papulasın rəhbərliyi altındakı Kiçik Asiya Ordusu İzmitdən Əskişəhər və Qara Hisar-ı Sahib (indiki Afyonqarahisar) şəhərlərinə qədər uzanan müdafiə xəttinə doğru geri çəkildi. Yunanların şimal-cənub istiqamətində 700 km məsafədə uzanan müdafiə xətti keçilməz yüksəkliklərdən, təpələrdən ibarət idi. Bu da onların asanlıqla müdafiə oluna biləcəyini göstərirdi. Bu ərazidə yerləşən dəmiryol xətti yunanların əsas təchizat marşrutu idi. İzmirdə mövcud olan yunan qərargahı cəbhə ilə effektiv əlaqə qurulmasında və əməliyyatlara nəzarəti həyata keçirməkdə aciz idi. Sakarya döyüşünün uğursuz nəticəsinin ardınca, yunan komandanlığı strukturunda çoxlu dəyişikliklər baş verdi.
Dyenbyenfu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.
Dərbənd döyüşü
Dərbənd döyüşü — Dərbənd şəhərinin Narınqala adlı gücləndirilmış məntəqəsinə yiyələnmək məqsədilə həyata keçirilən əməliyyat. Qədim şəhər geosiyasi baxımdan olduqca əlverişli yerdə yerləşirdi. Şərqdən Xəzər dənizi, qərbindən isə Qafqaz dağları ilə əhatələndiyindən bir keçid rolunu oynayırdı. 1795-ci ildə Qacar dövlətinin başçısı Ağa Məhəmməd şah Qacar Azərbaycan xanlıqları və Kartli-Kaxetiya çarlığı üzərinə yürüş təşkil edir. 12 sentyabr 1795-ci ildə Tiflis şəhərini işğal edir. Rusiya tərəfi 1783-cü ilin Georgiyevsk müqaviləsini əsas gətirərək Azərbaycan xanlıqları üzərinə yürüşə çıxır. Bu yürüş üçün 1796-cı ildən Dağıstanın şimalındakı Qızılyardan güclü rus korpusu hazırlanır. İki piyada və iki kavaler briqadası şəxsən imperatriçanının şəxsi əmri ilə general-mayorlar: knyaz Pavel Dmitriyeviç Sisianov, Sergey Alekseyeviç Bulaqov, Aleksandr Mixayloviç Rimskiy, baron Leontiy Keinteviç Beginsen, qraf Stepan Apraksin və Matvey İvanoviç Platov təyin edilir. Ordu komandanlığı isə Valerian Zubova həvalə edilir. Sonra Zubov general İvan Dmitriyeviç Savelyevin izi ilə hərəkət edir.
Dərnə döyüşü
Dərnə döyüşü — 5 oktyabr 1911-ci il və 18 oktyabr 1912-ci il tarixlərində Tripoli müharibəsi əsnasında Dərnəyi ələ keçirmək istəyən italyanlar arasında gedən döyüş. İtalyan qoşunları 1 oktyabr 1911-ci ildə Tripolinin mühasirəsini elan etdikdən üç gün sonra şəhərə daxil olduqda, bir qrup italyan ilk donanması Birliyin önünə gələndə şəhər ağsaqqalları bir heyət göndərdi və admiraldan şəhəri bombalamamasını istədi. Admiral Presbitero, şəhərdəki Osmanlı qüvvələrinin təslim olduqları və Osmanlı qüvvələrinin təslim olmaq şərtilə bombardmanlardan imtina edəcəyini açıqlamışdı. Komandir Mustafa Kamal Atatürk 8 dekabr 1911-ci ildə Misir və Tunis vasitəsilə bir qrup könüllü zabitlə gizli şəkildə Liviyaya gəldi. Dekabrın 22-də o, komandanlığı altında könüllü hərbçilərlə birlikdə Tobruk döyüşündə italyan qoşunlarını məğlub etdi. Dənizə püskürən italyanlar, çimərlikdə lövbərlənmiş hərbi artilleriya dəstəyi sayəsində quruda qalmağı bacardılar. Liviyada ilk dəfə olaraq, İtaliya ordusu müharibədə kəşf və hava-yer hücumu üçün təyyarələrdən istifadə etdi. Baş qərargah rəisi vəzifəsinə irəli çəkilən Mustafa Kamal 16 yanvar 1912-ci ildə təyyarədən atılan bomba ilə sol gözündən yaralanmışdır. Bir ay xəstəxanada müalicə olunmasına baxmayaraq bomba yarası Mustafa Kamalın gözünə qalıcı ziyan vurdu. İtalyan qoşunları Sunini partizanlarının əksəriyyətinə qarşı müvəffəq ola bilmədi və hərbi artilleriya atəşi ilə qorunan sahil ərazisindən kənara çıxa bilmədi.
Dəvəboynu döyüşü
Dəvəboynu döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Ərzurum vilayətində baş tutan döyüş rusların qələbəsi ilə başa çatmışdır.
Ertzuhi döyüşü
Ertzuhi döyüşü — XII əsrdə Gürcüstan çarlığı ilə Böyük Səlcuqlu imperiyası arasında hal-hazırkı Gürcüstan Respublikasının şərqində yerləşən Ertzuhi yaşayış məskəninin yaxınlığında baş vermiş döyüş nəzərdə tutulur. Döyüş Gürcüstan çarı IV Davidin Böyük Səlcuqlu imperiyasının vassal dövləti olan Kaxetiya-Heretiya knyazlığına hücum edib, öz dövlətinə birləşdirməsindən sonra baş vermişdir. Böyük Səlcuqlu imperiyasının hökmdarı olan Sultan Börkiyaruq buna cavab olaraq, Gürcüstan çarlığı üzərinə yürüşə çıxmış və döyüş Gürcüstan Respublikasının şərqində yerləşən Ertzuhi yaşayış məskəninin yaxınlığında baş vermişdir. Böyük Səlcuqlu dövləti XI əsrin birinci yarısında yaranmışdır. Tədircən böyük coğrafiyda yerləşən əraziləri öz imperiyasına birləşdirən Səlcuq türkləri Cənubi Qafqaz dövlətlərini də özlərinə tabe etdilər. Bu dövlətlərin bəziləri birbaşa mərkəzə tabe edilsə də, bəzilərinin daxili müstəqilliyinə toxunulmadı və onlar yalnız vassal asılılığa salındılar. Kaxetiya-Heretiya çarlığı 1080-ci illərdən bəri Böyük Səlcuqlu imperiyasının vassal dövləti idi. Lakin 1104-cü ildə gürcü dövlət rəhbəri Kral IV David (1089-1125) Səlcuqlu dövlətindəki daxili çəkişmələrdən istifadə edərək Səlcuqlu vassalı olan Kaxetiya-Heretiya dövləti ərazisinə uğurlu yürüş etdi və krallığı öz knyazlığı (saeristavo) halına saldı. Kaxetiya-Heretiya kralı II Ağsartan gürcü zadəganları olan Baramisdze və Arşiani tərəfində əsir alındı və Kutaisiyə aparılaraq orada həbs edildi. Səlcuqlu sultanı Börkiyaruq (1092-1105) Kaxetiya və Heretiyanı yenidən nəzarət altına almaq üçün Gürcüstana böyük ordu göndərdi.
Eyn Calut döyüşü
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت‎ maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi. Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı.
Farsal döyüşü
Farsal döyüşü (Pharsalos, Pharsala) — Yunanıstanın Larisa nomunun (Fessaliya) Farsal şəhəri yaxınlığında Yuli Sezarın vətəndaş müharibəsi gedişində E.ə. 48-ci il 6 iyunda Qay Yuli Sezarın 30 min piyada və 1–2 min süvaridən ibarət qoşunu ilə Qney Pompeyin başçılığı altında Roma senatının 30 min piyada və 3–4 min süvaridən ibarət qoşunları arasında baş verən həlledici döyüş. Tərəflərin döyüş qaydaları hərəsində 10 şerenqa olan üç xəttdən ibarət idi. Sezarın ordusunun sol cinahı ilə Pompey ordusunun sağ cinahı dik enişli sahili olan Enipay bulağına dirənmişdilər. Buna görə də rəqiblərin süvariləri bulaqdan əks tərəfdə cəmlənmişdilər. Pompeyin süvarilərinin zərbə imkanlarını nəzərə alaraq, Sezar üçüncü sıradan seçmə 6 koqorta çıxararaq onları, xüsusi ehtiyat kimi öz sağ cinahının arxasında yerləşdirdi, üçüncü xəttin qalan koqortaları ümumi rezervi təşkil edirdilər. Döyüşün əvvəlində Pompeyin süvariləri Sezarın süvarilərini sıxışdıra bildi, lakin onun xüsusi rezervi, sonra isə süvarilər tərəfindən əkshucuma məruz qaldı və qaçmağa başladı. Pompeyin süvarilərini təqib edən Sezarın piyada və süvariləri Pompeyin əsas qüvvələrinin arxasına çıxdı. Bu anda Sezar döyüşə əsas rezervi daxil etdi. Bu döyüşün taleyini həll etdi.
Folklend döyüşü
Folklend döyüşü (ing. Battle of the Falkland Islands) — Birinci dünya müharibəsi illərində Folklend adaları yaxınlığında 8 oktyabr 1914-cü ildə İngiltərə və Almaniya arasında baş verən dəniz döyüşdür. İngiltərə donanmasının kontr-admiralı Frederik Sterdi, Almaniya donanmasının vitse admiralı isə Maksimilian Fon Şpeye olmuşdur. Almaniya donanması İngiltərənin Folklend adalarında yerləşən Port-Stenli hərbi-dəniz bazasına 8 oktyabr 1914-cü il tarixində hücum edir. Lakin Almaniya donanması İngilis donanmasının güclü müqavimətinə rast gəlib geri çəkilirlər. Bu zaman İngilis hərbi qüvvələri Almaniya donanmasını təqib edərək onların hərbi gəmiləri kreyserlərini məhv edir. Kreyserlərdən yalnız "Drezden" və "Hospital gəmisi" gizlənə bilirlər. Folklend döyüşü İngiltərə donanmasının tab qələbəsi ilə başa çatır.
Fraaspa döyüşü (e.ə 36)
Fraaspa döyüşü və ya Fraaspa mühasirəsi - e.ə 36-cı ildə Roma sərkərdəsi Antoninin şərqə yürüyüşü zamanı Atropatena ilə Roma arasında baş vermiş bir döyüşdür. Bu döyüşdə Roma Atropatenaya qarşı yenilir və geri çəkilir. Bu qələbə sonrası Atropatena kralı Artabazd bayram keçirir. -Fraaspada mühasirəyə alınmış midiyalılar (atropatenalılar) düşərgə istehkamlarına basqın edərək ön xətdə dayanmış Roma döyüşçülərini qorxudub geri oturtmuşdular.
Fransız döyüş gəmisi Iéna
Iéna, Fransız Dəniz Qüvvələri (Marine Nationale) üçün hazırlanmış yenilməz bir döyüş gəmisi idi. 1902-ci ildə tamamlanmış və Napalyonun qələbələrindən birinin adını daşıyan gəmi Aralıq dənizi eskadronuna təyin edilmiş və karyerası boyunca orada qalmış və tez-tez flaqman rolunu oynamışdır. İllik donanma manevrlərinə qatılmış və Aralıq dənizindəki Fransız limanlarına çox sayda ziyarət etmişdir. 1907-ci ildə, Iéna təmirə bağlandığı zaman, ehtimal edilir ki, köhnə Poudre B itələyici maddənin parçalanması nəticəsində yaranan partlayış nəticəsində 120 nəfər ölmüş və gəmi ciddi şəkildə zədələnmişdir. Ardından istintaq başladılmış və bunun ardınca yaşanan qalmaqal Dəniz Nazirini istefaya məcbur etdi. Onu təmir etmək mümkün olsa da, gəmi nə zamana, nə də xərcə dəyər deyildi. 1912-ci ildə qırıntılara satılmadan əvvəl 1909-cu ildə onun xilas edilmiş gövdəsi topçu hədəfi kimi istifadə edildi. 11 Fevral 1897-ci ildə Dəniz Naziri (Ministre de la Marine) Armand Besnard, Ali Dəniz Şurası (Conseil supérieur de la Marine) ilə məsləhətləşmələrdən sonra, maksimum 12.000 ton (11.810 uzun) yerdəyişmə ilə genişləndirilmiş Charlemagne sinif döyüş gəmisi üçün bir dizayn istədi, gövdənin bir neçə dəfə nüfuz etməsindən və nəticədə daşqından sonra sabitliyi və üzmə qabiliyyətini qoruya bilən bir zireh sxemi, xarici döyüş gəmilərinə bərabər silahlanma, 18 düyün (33 km / saat; 21 mil) sürət və minimum məsafə 4500 dəniz milinin (8,300 km; 5,200 mil). Dəniz İnşaatı Direktoru (Directeur du matérial) Jules Thibaudier, iki ay əvvəl təkmilləşdirilmiş Harvey zirehli ilə əvvəlcədən bir dizayn hazırlamışdı, lakin kəmər zirehinin su xətti üzərindəki hündürlüyünü artırmaq və 138,6 millimetr əvəz etmək üçün dəyişdirildi (5.5 in) 164.7 millimetr (6.5 in) silahlarla Charlemagnes silahları. Thibaudier, yenidən işlənmiş dizaynını 9 Fevralda təqdim etdi və 4 Martda inşaat şurası (Conseil des travaux) tərəfindən kiçik dəyişikliklərlə təsdiq edildi.
Füzuli döyüşləri
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.
Füzuli uğrunda döyüşlər
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.
Hadrut döyüşləri
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Hadrut döyüşü
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Hadrut uğrunda döyüşlər (2020)
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Halis döyüşü
Halis döyüşü və ya Tutulma döyüşü – 28 may, E.ə. 585-ci ildə Halis çayı (Hazırda Türkiyə ərazisində yerləşən Qızılirmaq çayı) sahilində Midiya və Lidiya qoşunları arasında baş vermiş döyüş. II Aliatt və Kiaksar arasında beş il davam edən sərt müharibənin son qarşılaşması olan bu döyüş, günəş tutulması üzündən yarımçıq dayandırılmışdır. Tərəflər döyüş zamanı günəşin tutulmasını pis əlamət kimi qəbul etmiş, tanrıların bu müharibəyə qarşı olduğunu düşünərək razılığa gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən Halis çayı Midiya və Lidiya arasında sərhəd kimi müəyyənləşdirilmişdir. Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə intiqam idi. Midyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə skiflər Kiaksarın oğlanlarından birini əsir götürərək özləri ilə birgə Lidiyanın paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də Aliatt skifləri qaytarmaqdan imtina etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya ərazisinə yürüş etmişdir.
Halyas döyüşü
Halyas döyüşü — 1877–1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Ərzurumun Halyas düzənliyində baş tutan döyüş Osmanlıların qələbəsi ilə başa çatmışdır.
Hastinqs döyüşü
Hastinqs vuruşu — 1066-cı ildə baş verən "Hastinqs" müharibəsi, İngiltərənin əsrlər boyunca Avropanın böyük gücü olmasını təmin etdi. 14 oktyabr 1066-cı ildə, Normandiya hersoqu Vilhelm, İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəldi. Kral Harold, gözünə dəyən bir oxla müharibədə öldürülür. Villiam, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. Döyüşün gedişatında Vilhelmin 3 atı ölmüşdür. Buna görə də ordusunda Vilhelmin öldüyü ilə bağlı şayiə yayılmağa başlamışdır. Buna görə də Vilhelm zirehini çıxarıb əsgərlərinin arasında atını dartıb sürüməyə məcbur olmuşdur.
Hattin döyüşü
Hattin döyüşü — 1187-ci ilin 4 iyul tarixində Tiberiya yaxınlığında yerləşən Hattin təpələrində baş vermiş döyüş. Döyüş Birinci səlib yürüşü zamanı yaradılmış Qüds krallığının kralı Luzuinyalı Qay və Əyyubilərin başçısı Səlahəddin Əyyubinin qoşunları arasında baş vermişdir. Taktiki gedişlərin düzgün seçilməməsi nəticəsində xaçlı qoşunu müharibənin gedişində ciddi itkilər vermiş və bundan istifadə edən Əyyubilər düşmən ordusunu mühasirəyə alaraq məhv etməyə başlamışdır. 17 min xaçlı əsgərinin ölümü və Qüds krallığının kralı Luzuinyalı Qayın əsir düşməsi ilə nəticələnən müharibədə Səlahəddin Əyyubinin qoşunu mütləq zəfər əldə etmişdir. Əyyubilərə qarşı aparılan döyüşdə Qüds krallığına Məbəd cəngavərləri, Malta cəngavərləri və Antakiya knyazlığı kimi birliklər yaxından köməklik göstərirdi. Antakya knyazları və Məbəd cəngavərləri tərəfindən ərazinin yerli müsəlman əhalisinə qarşı kütləvi talanların və qətillərin həyata keçirilməsi Səlahəddin Əyyubini narahat edirdi. Əyyubinin əsas hədəfi Qüds krallığının üzərinə hücuma keçib başda kral Luzuinyalı Qay olmaqla bütün səlibçiləri Fələstin torpaqlarında kənarlaşdırmaq idi. Bu məqsədlə Misir, Suriya və Əlcəzairdə yerləşən hərbi birləşmələrə və müsəlman döyüşçülərə xəbər göndərildi; göndərilən xəbərdə döyüşçülərdən xristian ordularına qarşı başladılacaq cihad hərkatında iştirak etmək tövsiyə olunurdu. Əyyubinin əsas hədəfi Qüds krallığı və onun əsas hərbi tərəfdaşı kimi çıxış edən Məbəd cəngavərlərinin hərbi birləşmələrini məhv etmək və beləlikdə şərqdə iki əsirə yaxın davam edən xristian ağalığına son vermək idi. Səlahəddin Əyyubi tərəfindən edilən çağırışdan sonra çox sayda süvari və piyada Şam şəhərinə gəldi.
Hava hücumundan müdafiə döyüşü
Hava hücumundan müdafiə döyüşü — təcavüzkar hava vasitələrinin səmərəliliyini azaltmaq və ya tamamilə yox etmək üçün görülən tədbirlərdir. Bu tədbirlər həm hava, həm də quru silah sistemlərini, müvafiq qəbuledici sistemləri, komanda və nəzarət tədbirlərini və passiv tədbirləri əhatə edir. Olduqları yerdən asılı olmayaraq dəniz, quru və hava qüvvələrini qorumaq olaraq anlaşılacağı kimi, ana vətənin müdafiəsi üçün də bir çox ölkələr tərəfindən istifadə olunmaqdadır. NATO hava vasitələri ilə edilən hava müdafiəsini qarşı hava müdafiəsi, dəniz və ya qurudan ediləni isə hava müdafiə savaşı olaraq adlandırmışdır. Raket ilə müdafiə hava hücumundan müdafiənin bir qolu olaraq qəbul edilir. Hava hücümundan müdafiə termini ilk dəfə, böyük ehtimalla, İngilislər tərəfindən Kral hava qüvvələrinin komandanlığı altında qurulan Böyük Britaniya hava müdafiəsi tərəfindən istifadə edilmişdir. Bununla yanaşı, Birləşmiş Krallıqda "anti-hava müdafiəsi (anti-aircraft)" termini də 1950-ci illərə qədər ümumi olaraq istifadə edilmiş və AA olaraq qısaldılmışdır. NATO Hava Müdafiə döyüşünü "dəniz üzərindəki bir gücün, havadan hədəfə çatan silahlar ilə təyyarə, gəmi, sualtı gəmi və ya qurudan edilən hücumdan qorunmaq üçün görülən tədbirlər" kimi izah etmişdir. Bəzi ordularda bütün qüvvələr ilə hava hücumundan müdafiə termini, ixtisası olmayan əsgərlər tərəfindən olunan müdafiə yerinə istifadə edilir. XX əsrin sonlarında istifadə edilən digər terminlər; GBAD (Ground Based Air Defence, Yerdən Hava Müdafiə), SHORAD (Şort Range Air Defence, Qısa Məsafəli Hava Müdafiə) və çiyindən atılan raketləri ehtiva edən MANPADS (Man Portable Air Defence Systems, İnsan İstifadəli Hava Müdafiə Sistemləri) olaraq göstərmək olar.
Hobbit: Beş ordunun döyüşü (film, 2014)
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.

Значение слова в других словарях