DÜDÜK

is.
1. Qarğıdan və s.-dən qayrılan, nəfəslə çalınan ən sadə çalğı aləti; ney.
Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə.
Sevgili bir çoban, on bir yaşında; Düdük çalar axar sular başında. H.Cavid.
Həftələrlə çöllərdə xəsillər (əkin) arasında tor quran quşçular bildirçin düdüyü (giyid) çalmaqla erkək bildirçini aldadıb tutardılar. H.Sarabski.

2. Zavod, fabrik, parovoz və s.-nin fit borusu.
Fəhlələrin istirahət günündə ulduzlar batmadan onları yuxudan qaldıran zavod düdüklərinin səsi gəlmirdi. M.S.Ordubadi.

// Ümumiyyətlə, borucuq, boru şəklində olan şey.
3. məc. Çox dar şalvar (paltar) haqqında.
4. köhn. Beşikdə uşağın sidiyini sirbincə axıdan borucuq.
5. məc. dan. isteh. İradəsiz, düşüncəsiz, tezaldanan, yelbeyin, boş adam haqqında (bəzən söyüş kimi işlənir).
Düdüklər! Yorulmadan çağırınız bizləri, Təqib edəcəyiz bir hərəkətlə sizləri. M.Müşfiq.

◊ Düdük vermək (gəlmək) – yalan vədlər verməklə başını tovlamaq.

Синонимы

  • DÜDÜK düdük bax tütək
  • DÜDÜK ney
DÜDƏMƏ
DÜDÜKÇALAN
OBASTAN VİKİ
Düdükçü
Düdükçü — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Düdükçü kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Kolatağ olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsində düdükçü nəslinə mənsub ailələr məskunlaşdığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düdükçü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Значение слова в других словарях

гусево́дство домча́ть дро́жечки цветому́зыка ве́ско выбра́сыватель корево́й нашёптывать осужде́ние посви́стывать сковоро́дный сло́жно стекля́рус три́жды штамп groundless thermotherapy лесничий мини-юбка неблагоустроенный обрубить объедаться подагрический слипаться чинар