DÜNYA

is. [ ər. ]
1. Bir küll olaraq maddənin bütün formalarının məcmusu; kainat. Dünyanın əmələ gəlməsi.
2. Yer kürəsi, yer üzü, aləm. Dünyanın qitələri. Dünyanı dolaşmaq. Dünyada elə bir qüvvə yoxdur ki, bizə qalib gəlsin.
– Bütün dünyanı gəzsən, yenə də belə at tapa bilməzsən. Koroğlu”.
Dünyada gözəl çoxdu; İlqar birinən gərək. Sarı Aşıq.
Əsrlər uzunu Azərbaycan qızlarının toxuduğu al-əlvan xalılar dünyanın çox ölkələrində yayılmış və şöhrət tapmışdır. M.İbrahimov.

// Bizi əhatə edən aləm, bütün varlıq, bütün canlılar; mühit. Qaranlıq çökdü, bütün dünya sükuta qərq oldu.
– …Dünyada bəzi vaxt, bəlkə də çox vaxt, çox təəccüblü işlər ittifaq düşür… C.Məmmədquluzadə.
[Fitnə:] Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edər. A.Şaiq.

// Yer üzünü, dünyanın bütün xalqlarını əhatə edən və ya bütün dünya üçün əhəmiyyəti olan. Dünya müharibələri. Dünya tarixi. Dünya bazarı. Dünya hadisələri. Dünya rekordu.
– Bunlar çox zaman qapı qabağında görüşürlər, dünya müharibəsindən, qıtlıqdan, zülmdən, zalımdan söhbət edirlər. S.Rəhman.

// Dini təsəvvürlərə görə, əbədi sayılan “o dünyaya” (axirətə) müqabil olaraq müvəqqəti sayılan yaşadığımız aləm.
Bivəfa dünyada, dəhri-fənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi.
Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini; Çünki beşgünlük olur bülbülişeydadə fərəh. S.Ə.Şirvani.
[Dərviş:] Ey cavan, otuz ildir mən dünyadan əl çəkib, gözümü axirət qapısına dikmişdim. A.Divanbəyoğlu.

□ Dünya malı – fani sayılan bu dünyanın maddi nemətləri.
[Vəzir:] Əgər Abbas ilə Pərinin arasını vurdursan, səni dünya malından qəni eləyərəm. (Nağıl).
İstəmərəm bu dünyanın malını; Qovğasını, fitnəsini, alını. M.V.Vidadi.

3. məc. Müəyyən ictimai quruluş; mədəni və ictimai-tarixi əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit.
Gərək tazə üsul üzrə açılsın cümlə məktəblər; Gətirmək tazə üslubə gərəkdir köhnə dünyanı. S.Ə.Şirvani.
Yeni dünya quran insanlar hər şeydən qabaq namuslu, təmiz vicdanlı olmalıdırlar. Ə.Vəliyev.

// məc. Qayda, nizam, həyat quruluşu, həyat tərzi.
[Əsgər:] …Bu dünya belə gəlib belə getsə, bəs axırı nə olsun, onda işimiz necə olsun? Ü.Hacıbəyov.
[Həmzə] belə bir səfərə çıxmaq üçün cahan müharibəsinin kəsilməsini, dünyanın düzəlməsini səbirsizliklə gözləyirdi. Ə.Əbülhəsən.

4. məc. İnsanın müxtəlif şəkildə təzahür edən mənəvi aləmi, hissləri, təəssüratı, təsəvvürləri.
Gəncin əlini sıxarkən, elə bil, onun dünyası dəyişirdi. M.S.Ordubadi.
Hər ürəyin öz dünyası bir səadət arzular; Qanlar ilə yazılmışdır hər azadlıq dastanı. S.Vurğun.
Udub qızıl bayraq altda onun təmiz havasını; Ürəyimdə yaratmışam bəxtiyarlıq dünyasını. S.Rüstəm.
[Sarxan] bir an üçün xatirələr dünyasına atıldı. M.Hüseyn.

5. məc. Bütün insanlar, adamlar; el, xalq, camaat. Dünya yığılsa da, dediyindən əl çəkməz. Qışqırıq səsinə dünya töküldü, gəldi.
Bu nədir, dünyanı başına yığmısan! – Məftun kimidir kəndinə, dünyaları saymaz… H.Cavid.

// məc. İnsanların müəyyən fəaliyyət sahəsi, aləmi. Elm dünyası. Tibb dünyası.
Elm dünyasında yeni nə var? – Və lakin, bu arada çox az bir müddətin fasiləsində mətbuat dünyasında xeyli bir nəfəs genliyi əmələ gəldi. C.Məmmədquluzadə.
İndi siyasət dünyası tufanlı bir dərya halını almaqdadır. M.İbrahimov.

// İnsanların ictimai peşə, sənət, məişət və s. cəhətdən götürülən ayrıca təbəqəsi, qrupu, zümrəsi. Artistlər dünyası. Yazıçılar dünyası.
6. Çoxlu miqdarda pul, mal, dövlət və s. (bu mənada bəzən cəm şəklində işlənir). Əhməd baxıb gördü, heyvanlar bütün dünyanı gətiriblər.
Heyvanlardan çox razılıq elədi. (Nağıl).
Ol ki bir şişə şərabı ilə, dünyanı verib; Etiqadım budur, ol kəs genə məğbun eylər. S.Ə.Şirvani.

□ Dünya(lar) qədər – lap çox, son dərəcə çox, hədsiz. Dünyalar qədər xoşbəxtdir. O, anasını dünyalar qədər sevir.
– Aygün hələ soyunmamış toy paltarını; Hələ şaddır, bəxtiyardır dünyalar qədər. S.Vurğun.

Dünyaya (dünyalara) dəyər – çox qiymətli, dəyərli şey haqqında.
Gözəl olur bu yerlərin səhəri; Məncə, vardır dünyalara dəyəri. A.Şaiq.

// “Bir” sözü ilə: bir dünya – çoxlu, son dərəcə çox, külli, sonsuz. Bir dünya yeni kitab almışam. Tamaşada bir dünya adam var idi.
– Odur, şair oturmuş balaca miz dalında; Quş lələyi əlində, bir dünya xəyalında. B.Vahabzadə.

7. Dünyada, dünyasında şəklində – qətiyyən, heç, heç vaxt, əsla. Dünyasında belə şey ola bilməz. Dünyasında razı olmaz. Dünyasında elə adam deyil.
– Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Ə.Haqverdiyev.

8. Dünya(lar)ca şəklində – bax dünya(lar) qədər (dünya 6-cı mənada).
Mənim tək bircə qardaşım var, dünyalarca istərəm və əgər lazım olsa, onun yolunda özümü ölümə verərəm. C.Məmmədquluzadə.

◊ Dünya (bütün dünya) dağılsa (da)1) heç bir şeyə baxmayaraq, mütləq.
[Aslan bəy:] Bütün dünya dağılsa da, dediyini edəcək, gələcəyəm söylədisə, ölsə, qalsa, gələcək. C.Cabbarlı;

2) qətiyyən, heç bir vaxt, əsla. Dünya dağılsa da, demərəm.
– Bu dünya dağılsa da, sən qəlbimdəsən, ey şux; İlahəsən, dar gündə səni anmaq savabdır. Şəhriyar.

Dünya (gen dünya) başına daralmaq (dar olmaq) – böyük kədər, fəlakət üz vermək, son dərəcə pərişan olmaq, kədərlənmək.
Səni görən gözlər sənsiz dayanmaz; Gen dünya başına daralı, Sədəf! Aşıq Bağban.
Belə olardısa, Rüstəmin başına dünya daralardı! S.Rəhimov.

Dünya bir-birinə dəymək1) qarışıqlıq düşmək, vəlvələ düşmək, çaxnaşma düşmək;
2) sarsılmaq, ağlını itirmək.
Əkbərin gözü qızın gözlərinə sataşanda dünya bir-birinə dəydi. Mir Cəlal.

Dünya evi klas. – ömür, insan həyatı mənasında.
Tapmadı, Vahid, hələ heç kəs bu xəttin sahibin: “Qaldı bu dünya evi divanədən-divanəyə”. Ə.Vahid.

Dünya əhli – axirətə inanmayaraq bu dünyanın zövq və nemətlərindən istifadə edən adam.
Dünya görmək – həyat təcrübəsi qazanmaq, təcrübələnmək.
O, dünya görmüşdür… Bilir yağılar; Boransız, süngüsüz məhv olan deyil. S.Vurğun.
Qoca qartal dünya görüb. İ.Əfəndiyev.

Dünya gözəli – çox gözəl qız (qadın) haqqında; dilbər.
Dünya gözəli, qaçma bəşərdən. S.Vurğun.
[Fəxrəddin:] Cahanbanu bəyim bunu mənə güzəştə gedərdi.
Lakin bu dünya gözəlini qiymətdən düşürən onun şeytanlığıdır… M.S.Ordubadi.

Dünya işığı görmək – azadlığa çıxmaq, qapalı həyatdan azad olmaq.
Toy məclisindən savayı bir yer yoxdu ki, qızlar dünya işığını görə biləydi… R.Əfəndiyev.

Dünya işığı görməmək – azadlıqdan məhrum bir vəziyyətdə olmaq, qapalı həyat keçirmək. Keçmişdə qadınlar dünya işığı görməzdilər.
Dünya işığına həsrət qalmaq – bax dünya işığı görməmək.
Qadını dünya işığına həsrət qoyan çadra indi bizə arxaik bir şey kimi görünür… M.İbrahimov.

Dünya kədəri ədəb. – XVIII əsrin axırı və XIX əsrin əvvəlində Avropa ədəbiyyatında ifrat bədbinliyi və ümidsizliyi ifadə edən əhvali-ruhiyyə.
Dünya üzü – bax dünya 2-ci mənada. [Kərəm:] Bu dünya üzündə üç şey zay olmaz; Biri yaxşılıq, biri elm, biri nan. “Əsli və Kərəm”.
Bir də görsəm göz açıb, gər ol güli-rəna üzün; Görmək istərsəm, gözüm çıxsın əgər dünya üzün. S.Ə.Şirvani.

Dünyada durmaq – yaşamaq, var olmaq, baqi qalmaq, əbədi qalmaq.
Mən gedərsəmsə, məramım yenə dünyada durar. M.Ə.Sabir.

Dünyadan bixəbər – heç bir şeydən xəbəri olmayan, qafil, cahil.
Bunlar, bu mürtəce ünsürlər Azərbaycan xalqını elmsiz, savadsız, dünyadan bixəbər, bir sözlə, müstəmləkə xalqları kimi qul halına salmaq istəyirdilər. M.İbrahimov.

Dünyadan əl çəkmək – dünya işlərindən uzaqlaşmaq, həyatda olan işlərlə, hadisələrlə daha maraqlanmamaq.
Sən dünyadan əl çəkib məhkum etdin özünü. N.Rəfibəyli.

Dünyadan getmək – bax dünyadan köçmək.
Öldü eşqindən Nəsimi, iştə dünyadan gedir. Nəsimi.
Yarat, sən köçəndə ellər söyləsin; Dünyadan nə gözəl bir insan gedir. M.Rahim.

Dünyadan xəbərsiz – bax dünyadan bixəbər.
[Xavərə] elə gəldi ki, Kərimxanı, Xavəri və dünyadan xəbərsiz yatmış balaca Azadı gözaltı diqqətlə süzən qonağın qəlbi həsədlə, kinlə doludur. M.İbrahimov.
Bir çox kəndlər qartal yuvası kimi sarp qayaların arasında dünyadan xəbərsiz yaşayırdılar. S.Şamilov.

Dünyadan irtihal etmək kit. – bax dünyadan köçmək.
Dünyadan köçmək – ölmək, vəfat etmək.
Dostunu anarkən elə bu zaman; Əsrimin qızı da köçmüş dünyadan. M.Rahim.

Dünyanı almaq (tutmaq) – hər yeri əhatə etmək, qaplamaq, hər yerə yayılmaq. Sel dünyanı almışdır. İşıq dünyanı aldı.
– Bir zaman zülm tutdu dünyanı; Ucalır xalqın ərşə əfğanı. S.Ə.Şirvani.
Zəlzələ dünyanı tuta, bu çinarların halına təfavüt eləməz. Mir Cəlal.

Dünyanı başına dar etmək – son dərəcə kədərləndirmək, sarsıtmaq, çətin, çıxılmaz vəziyyətə salmaq.
Bu qiyam dünyanı xainlərin başına dar edəcəkdir. M.İbrahimov.

Dünyanı başına götürmək – bərk çığırmaq, bağırmaq, qışqırmaq, fəryad qoparmaq, səsküy salmaq.
Dünyanı başına vurmaq (çalmaq) – sarsıtmaq, çox ağır təsir etmək, son dərəcə kədərləndirmək.
Elə san dünyanı çaldı başıma; Aman, ana, dur, gör ağlayan kimdir? Aşıq Əmrah.

Dünyanın dərdi – hamının qayğısı, hamının dərdi, fikri.
[Süleyman Əsgərə:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ü.Hacıbəyov.

Dünyaya (dünyalara) sığmaz yaxud sığmayan – son dərəcə məsud, xoşbəxt adam haqqında.
Genə dünyalara sığmaz, nə olubdur, Seyyid? Xoş baxıbdır üzünə, yoxsa genə yarı bu gün. S.Ə.Şirvani.

Dünyaya əlvida demək (etmək) tənt. – ölmək.
Dünyaya gələn – doğulan, törəyən, meydana gələn, vücuda gələn.
[Rizvan:] Hər dünyaya gələn bir dəfə dünyadan gedəcək. Ə.Haqverdiyev.

Dünyaya gəlmək – doğulmaq, anadan olmaq, törəmək, vücuda gəlmək, meydana gəlmək.
Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar? S.Ə.Şirvani.
Əziz balalar, nə yaxşı vaxtda siz dünyayə gəlmişsiniz. N.Nərimanov.
Ey bu gün dünyaya gələn körpələr; Göz açın, yurdumuz nə tamaşadır! S.Vurğun.

Dünyaya gəlmiş – doğulmuş, anadan olmuş, törəmiş.
Biçarə qadın bu hadisədən sonra, yeni dünyaya gəlmiş qız nəvəsini götürüb … qohumugilə köçür. S.S.Axundov.

Dünyaya gətirmək – törətmək, doğmaq, yaratmaq, vücuda gətirmək.
Biri məni bu dünyaya gətirmişdir məhəbbətlə; Öpüb-qucmuş, boyabaşa yetirmişdir məhəbbətlə. S.Vurğun.

Dünyaya gözlərini yummaq tənt. – ölmək.
Dünyaya səs salmaq – dünyanın hər yerində eşidilmək, məşhur olmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜNYA DÜNYA Dünya dedikləri – döyüş meydanı; Dənizlər qədərdir insanın qanı... (S.Vurğun); AÇUN (qəd.) Yenə ölgün sükuta batdı açun (C
  • DÜNYA kainat — aləm
  • DÜNYA el — xalq — camaat
DÜNÜGÜN
DÜNYA-ALƏM
OBASTAN VİKİ
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri , Venera , Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Antik dünya
Antik latınca anticius sözündən götürülmüşdür. Mənası qədim, köhnə olmaqdadır. İnsanlıq tarixinin başlanğıcından orta əsrlərə kimi davam edib (XV-XVI). Şumer mixi yazısının kəşf edilmiş ən köhnə yazı növü olduğuna görə, qeydə alınmış tarixin müddəti təxminən 5.000-5.500 ildir. Genetik dəlillərə görə isə, insanın ilk ortaya çıxışı təxminən 1,5 milyon il əvvəldir. Ayrıca, Homo Sapiensin Afrikanı təxminən 60.000 il əvvəl tərk etdiyinə dair inkişaf edən bir düşüncə və dəlillər vardır. == Antik dünyanın incələnməsi == Antik dünyanın incələməsindəki ən əsas problem, yalnız bir qisminin qeydə alınması və sənədləşdirilmiş olması və bu sənədləşdirilmiş qisimindən yalnız bir hissəsinin günümüzə çatmış olmasıdır. Antik dünyanın sonundan çox sonraya qədər savadlılıq hər hansı bir mədəniyyətə yaygınlaşmamıştır, beləcə tarixi yazma fürsətinə sahib olmuş insan sayı az idi. Yazılmış tarixlər belə yayılmamış, dağılamamıştır, çünki o dövrlərdə mətbəə maşını olmadığı üçün bir əsəri çoxaltmaqın tək yolu əl ilə surətini çıxartmatqdi.Antik Qərbin elm dərəcəsi ən yüksək olan Roma imperiyasının ən dahi və tanınmış alimlərinin əsərlərinin çoxu dövrümüzə gəlib çatmamışdır. Tarixçilərin antik dünyaya dair məlumat əldə etmələrinin iki ana yolu vardır; arxeologiya və əsas qaynaqların araşdırılması.
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Dünya (dəqiqləşdirmə)
Dünya aşağıdakıları ifadə edir: == Ümumi izahat == Dünya mövcud olan hər şeydir — Kainat. Dünya — Yer deyil. Dünya — dar mənada, düşüncəmizə görə uzaqlarda olan mövcudluq. Məsələn, paralel dünya, virtual dünya və s. Dünya — nəzəri surətdə kainatda mövcud olan həyatların məcmusu. Dünya — sosial anlamda insan cəmiyyəti, bəşəriyyət, ölkələrin cəmi . Mənəvi dünya — insanların birgəyaşayış qaydalarının mədəni hissəsi. Daxili dünya — insan psixikasının quruluşu. Dünya — araşdırmalara görə sözün etimologiyası "əsəbləşərkən şirniyyat yeyən xanım" mənasını daşıyır. == Adlanma == Dünya, Dünyaxanım — azərbaycan qadın adı.
Dünya Ağalarova
Dünya Ağalarova Əkbər qızı (12 dekabr 1906, Şamaxı - 15 avqust 1981) – Azərbaycanın ilk geolog qadını, professor (1965). == Haqqında == Dünya Ağalarova 12 dekabr 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Dünya Ağalarova 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirmişdir. Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim-paleontoloqlardandır. == Əmək fəaliyyəti == Dünya Ağalarova tələbə olduğu dövrdə-1930-cu ildə Azərbaycan Neft İnstitutunda mikrofauna üzrə laborant kimi işləməyə başlamışdır. 1949-1951-ci illərdə Ağalarova Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat Neft İnstitutunda və Neft Texnikumunda müəllim işləmişdir. 1951-1954-cü illərdə Dünya Ağalarova Türkmənistan Elmlər Akademiyası Geologiya İnstitutuna çalışmış və həmçinin orada paleontolgiya şöbəsinə rəhbərlik etməklə yanaşı, Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxumuşdur. O, 1954-cü ildə Bakıya qayıdır və neft çıxarılması üzrə AzETİ-də böyük elmi işçi işləyir. 1960-cı ildən ömrünün sonuna kimi stratiqrafiya laboratoriyasına rəhbərlik etmişdir. Onun məhsuldar qatın mikrofaunistik xarakteristikası üzrə tədqiqatları böyük əhəmiyyət daşıyırdı.
Dünya Bankı
Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. == Strukturları == == Əsas məqsədi == Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir.
Dünya Düzdür
Dünya Düzdür:21-ci əsrin qısa tarixi — Tomas L.Fridmanın 2005-ci ildə nəşr edilmiş, dünyanın qloballaşmasıyla bağlı yazdığı dünyaca məşhur kitabı. Kitabın adındakı məcaz dünyanın “oyun sahəsi” olaraq görülməsi və bu oyun sahəsinin içindəki bütün “oyunçuların” bərabər imkanlara malik olmasıdır. Kitab 2006-da “yenilənmiş və genişləmiş” tirajı ilə yenidən nəşr edilmiş, 2007-də isə “daha da yenilənmiş və genişlənmiş” tirajı ilə son halını almışdır. Yazıçı kitabda 2000-ci ildə internetin sürətlə yayılması ilə qloballaşmanın “oyun sahəsini” yenidən düzləşdirdiyini, bu dönəmdə dünyanın balaca bir yer halına gəldiyini və bütün dünya əhalisinin tək bir şirkət altında birləşərək işbirliyinə getməsi müddəasını irəli sürür. Fridman bu dəyişikliklərə qarşı çıxan cəmiyyətləri tənqid edir, bütün cəmiyyətlərin qaçınılmaz bir şəkildə bu dəyişikliklərlə ayaqlaşmaq məcburiyyətində olduqlarını, əks təqdirdə, geri qalacaqlarını iddia edir. == Məzmun == Fridmana görə, qloballaşma, əslində, 3 böyük mərhələdən ibarətdir. Qloballaşma 1.0 adlanan birinci mərhələ 1492-ci il Xristofor Kolumbla başlamış, 1800-cü illərə qədər dəvam etmiş və dünyanı Böyük Ölçüdən Orta Ölçüyə endirmişdir. Bu dönəmdəki dinamik qüvvə ölkələr idi və sual bu idi “Ölkəm qlobal rəqabətin harasındadır? 1800-cü illərdən 2000-ci illərə qədərki dövr isə Qloballaşma 2.0-ı əhatə edir. Qloballaşma 2.0 dünyanı Orta Ölçüdən Kiçik Ölçüyə gətirdi.
Dünya Məktəbi
Dünya məktəbi — 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmış məktəb. Təsisçilər: Hamlet İsaxanlı və Nailə İsayevadır. == Fəaliyyəti == Məktəb müasir təlim tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Zəngin və rahat kitabxana, müasir kompüterlər, laboratoriyalar, işıqlı və geniş sinif otaqları, incəsənət studiyası, müasir işıq və səs sistemi olan yaraşıqlı konsert salonu, idman zalı, yeməkxana, həkim nəzarəti, şagirdlərin evdən məktəbə, məktəbdən evə hərəkətini təmin edən nəqliyyat xidməti, yüksək səviyyəli müəllim və inzibatçılar və s. məktəbi bənzərsiz təhsil ocağına çevirmişdir. "Dünya" məktəbində ibtidai və orta təhsillə yanaşı məktəbəqədər hazırlıq sinifləri də fəaliyyət göstərir. Təhsil həftəsi 5 günlükdür. Şənbə günü dərsdənkənar dərnəklər fəaliyyət göstərir, mədəni və əyləncəli görüşlər təşkil olunur. Şagirdlər saat 8/8.50-dən 15.20/16-ya qədər məktəbdə olurlar. 2009-cu il yanvar ayının 16-dan etibarən Dünya Məktəbi beynəlxalq statusu alaraq IB World School oldu.
Dünya TV
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. == Tarixçə == "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Dünya Telekanalı
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. == Tarixçə == "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Dünya Televiziyası
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. == Tarixçə == "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Dünya adaları
Dünya adaları (ərəb. جزر العالم‎) və ya The World — Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaq. Adalar sahildən 4 km aralıda yerləşir. Dünya adaları inzibati cəhətdən Dubay əmirliyi ərazisinə daxildir və Palma adalarının yaxınlığında salınmışdır. Adalar əsasən şelf dayazlığında yerləşən qumlardan təşkil olunmuşdur. The World layihəsinin təşəbbüskarı Nakheel şirkəti olmuşdur. Dünya adalarının yaradəlması ideyası vəliəhd və BƏƏ Müdafiə naziri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum olmuşdur. Gələcəkdə arxipelaqın sahəsini yeni adaların hesabına artırmaq düşünülür. == Təsviri == Arxipelaqın sahəsi 55 km² təşkil edir. Bu göstərici ilə süni adalar arasında birinci yeri tutur.
Dünya dilləri
Aşağıda dillər və dil qrupları ilə bağlı Vikipediyada olan və ya yaradılması vacib sayılan məqalələrin tam siyahısı verilib. Siyahıya ancaq insan dilləri daxil edilib (təbii, süni, jest və düzəltmə dillər də). Siyahıya heyvan dilləri və formal dillər (o cümlədən, kompüter dili və proqramlaşdırma dili) salınmayıb.
Dünya dini
Dünya dini — müxtəlif xalqlar arasında yayılmış din. Hal-hazırda bu termin bir neçə dinə aid edilir: Bəhailik, buddizm, islam və xristianlıq. Yəhudilik, hinduizm, konfusianlıq, daosizm, şintoizm çoxsaylı tərəfdarlarına baxmayaraq milli din sayılırlar.
Dünya hökuməti
Dünya hökuməti— bütün dünya üçün səlahiyyət tətbiq edən yeganə dövlət olmaqla bir qlobal bir hökumət də daxil olmaqla bütün bəşəriyyət üçün ortaq siyasi bir anlayışdır. Belə bir hökumət ya zorakı və məcburi dünya hökmranlığı, ya da dinc və könüllü transmilli birlik yolu ilə mövcud ola bilər. Dünyada icra, qanunverici, məhkəmə, hərbi və ya qlobal bir yurisdiksiyaya malik bir konstitusiya olmamışdır. Birləşmiş Millətlər Təşkilatı tez-tez məsləhətçi vəzifələri ilə məhdudlaşır və onlara səlahiyyət vermək əvəzinə mövcud milli hökumətlər arasında əməkdaşlığı artırmaq məqsədi daşıyır. == Mənbə == Ankerl, Guy. Global communication without universal civilization. INU societal research. 2000. ISBN 2-88155-004-5.
Dünya inqilabı
Dünya inqilabı — Karl Marks və Fridrix Engelsin kommunist inqilabının dövlət hakimiyyətinin proletariat tərəfindən zəbt edilməsi və ictimai münasibətlərin kökündən dəyişdirilməsinin vahid beynəlxalq prosesi olduğu ideya. == Engelsin əsaslandırması == Kommunist inqilabının yerli yox, dünyası nəzəri cəhətdən (F. Engels, "Kommunizm prinsipləri") onunla əsaslandırılır ki, kapitalist ölkələri dünya bazarı, dünya əmək bölgüsü ilə o qədər sıx bir-birinə qarışıblar, bir kapitalist ölkəsindəki böhran qaçılmaz olaraq digərlərində sinxron böhranlara səbəb olur, bütün kapitalist ölkələrində eyni zamanda inqilabi vəziyyət yaradır və nəticədə məhz dünya inqilabı baş verir.
Dünya iqtisadiyyatı
Dünya iqtisadiyyatı — beynəlxalq iqtisadi münasibətlər sistemi vasitəsilə beynəlxalq əmək bölgüsünün əsasında dünya ölkələrinin milli iqtisadiyyatlarını birləşdirən çoxmərhələli qlobal təsərrüfatçılıq sistemidir. Dünya miqyasında məhsuldar qüvvələrin sürətli inkişafı nəticəsində insan fəaliyyəti ölkədaxili çərçivədən ölkələrdaxili çərçivəsinə keçir, bütün ölkələri bütöv bir halda əhatə etməyə başlayır. Belə olan halda insanlar arasında meydana çıxan siyasi, iqtisadi, mədəni və s. əlaqələr, dövlətlər və regionlar arasında meydana çıxan yeni münasibətlərlə zənginləşir. Nəticədə insan fəaliyyəti mürəkkəbləşir, qarşılıqlı ziddiyyətlərlə zəngin olur. Bu ziddiyyətlərin həll edilməsi yolu isə bir ölkə daxilində baş verən ictimai istehsaldan yox, bütün planeti əhatə edən dünya istehsalından — beynəlxalq iqtisadiyyatdan keçir. == Dünya iqtisadiyyatının inkişaf mərhələləri == Dünya iqtisadiyyatının inkişafında bir neçə nəsil keçmişdir İstehsaldan əvvəlki istehsal mərhələsi — XVII əsrin sonları dünya iqtisadiyyatı, sənayedən əvvəlki istehsal mərhələsində beynəlxalq ticarətin meydana çıxması ilə meydana gəldi və XVII əsrin sonlarına qədər formalaşdı. XVIII əsrin əvvəlləri — XIX əsrin ortaları Artan kütləsi mütəmadi olaraq ölkələr arasında mübadilə olunan malların istehsalının daha da inkişafı ilə xarakterizə olunur; xarici ticarətin milli iqtisadiyyatın bir hissəsinə çevrilməsi; dünya bazarının yaranması — kapitalizmin ən yüksək nailiyyəti. XIX əsrin sonu — XX əsrin əvvəlləri məhz bu dövrdə genişmiqyaslı maşın istehsalına əsaslanan dünya iqtisadi sisteminin formalaşması başa çatdı. 20-ci illərin sonları — XX əsrin 80-ci illərinin ortaları.
Dünya irsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür. == Ümumdünya irsinin loqosu == Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir.
Dünya okeanı
Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi. Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi. Atlantik okean Hind okeanı Şimal Buzlu okean Sakit okean Cənub okeanıOkeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır. == Dünya okeanının öyrənilməsi == Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədi ilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsi ilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir.
Dünya pasportu
Dünya pasportu – 1954-cü ildə Qarri Devis tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olan Dünya Xidmət İdarəsi tərəfindən satılan səyahət sənədi. == Görünüş və qiymət == Dünya pasportu əsl milli pasporta və ya digər orijinal səyahət sənədinə bənzəyir. 1979-cu ildə Dünya pasportu 42 səhifədən ibarət bir sənəd idi. Qara göy örtüyü var idi. Mətnləri ingilis, fransız, ispan, rus, ərəb, çin və esperanto dilində idi. Tibbi tarixçə üçün beş səhifəlik bölmə və təşkilatın mənsubluğunun siyahısı üçün altı səhifəlik bir bölmə var idi. Həmin vaxt ödəniş haqqı 32 ABŞ dolları idi və daha iki il müddətinə yenilənə bilər üç illik Dünya pasportu almaq üçündə məbləğ ödənirdi.2017-ci ildən etibarən istifadə edilən versiya 2007-ci ilin yanvarında hazırlanıb. Bu versiyada, plastik filmlə örtülmüş təhlükəsizlik üçün basqın bir "ruh" fotosu var. Onun məlumat səhifəsi bir maşın oxunaqlı pasport şəklindədir və bir oxucuya oxumaq üçün imkan verən zonada ədədi kod çubuğuna malikdir. Lakin, MRZ "emitent" və "vətəndaşlıq" sahələrində etibarlı ISO 3166–1 alfa-3 kodu yerinə, "qeyri-standart" kod "WSA" istifadə edir.
Dünya tarixi
Dünya tarixi və ya insanlıq tarixi — bütövlükdə bəşər cəmiyyətinin inkişaf prosesi, bütün xalqların tarixində özünü göstərən qanunauyğunluqlar ilə səciyyələnir. Dünya tarixi prosesi bəşər cəmiyyətinin yaranması ilə başlayır və ümumi fərqləndirici xüsusiyyətlərdən asılı olaraq şərti olaraq xronoloji dövrlərə bölünürBəzən dünya tarixi ayrı-ayrı ölkələrin tarixinin və ya özünəməxsus və nisbətən qapalı mədəniyyətlərin tarixlərinin məcmusu kimi başa düşülür. Bəşər tarixinin inkişafı iki yolla həyata keçirilir: kəşflərin və tapıntıların tədricən artması, həmçinin maddi və mənəvi təkamül dövrünü təşkil edən keyfiyyətli sıçrayışlar və ya inqilablar yolu ilə. Kənd təsərrüfatı (Neolit) inqilabı sivilizasiyaların, məskunlaşmış icmaların inkişafına, yəni köçəri həyat tərzindən (maldarlıq və yığım) əkinçiliyə keçdi. Bu qədim sivilizasiyalarda biliklərin nəsildən-nəslə maddi daşıyıcılarda ötürülməsinə imkan verən yazı icad edilmişdir. Bu, müxtəlif sənətkarlıqların inkişafına, əmək bölgüsünə və cəmiyyətin təbəqələşməsinə təkan verdi. Səpələnmiş yaşayış məntəqələri həyatı dəstəkləyən mənbələr — münbit təbii suvarılan torpaqlar, su (çaylar və göllər) və heyvandarlıq üçün bol otlaqlar ətrafında cəmləşmişdir. Nəqliyyat vasitələrinin təkmilləşdirilməsi də buna kömək etdi. Qədim icmaların bu təbii inkişaf prosesləri, min illər boyu inkişaf edən qonşu icmalar arasındakı rəqabət və qarşıdurmalarla müşayiət olunan vəziyyət dövlətlərin və daha sonra super güclərin (imperiyaların) yaranmasına səbəb oldu. Qədim dövrün sonunda Roma İmperiyasının Avropada süqutu orta əsrlərin başlanğıcı oldu.
Dünya təsərrüfatı
Dünya ədəbiyyatı
Xalqın mənəvi aləmi onun yaradıcılıq dühasında, bədii zövq və qabiliyyətində, qiymətli sözündə, gülüşündə, zərbməsəllərində, əfsanə və nağıllarında özünü göstərir. Xaqlın söz xəzinəsi, folkloru həmişə yazılı ədəbiyyata qida verən mənbədir və bu mənbə əsasında qüdrətli milli ədəbiyyatlar yüksəlmiş, inkişaf etmişdir. Şərqdə də belə olmuşdur, Qərbdə də belədir; dünyanın bütün xalqlarının ədəbiyyatlarında söz sənətinin başlanğıcı folklordan gəlir. Dünya ədəbiyyatının ən maraqlı və ölməz qəhrəmanlarını da xalq zehniyyəti yaratmışdır; müxtəlif bədii əsərlərdə müxtəlif obrazların və qəhrəmanların səciyyəsində verilmiş ən maraqlı keyfiyyətlərin, cizgilərin, ehtirasların ilk boyaları folklordan alınmışdır; böyük ədib Maksim Qorkinin dediyi kimi, qısqanc Otello, iradəsiz Hamlet, əyyaş Don-Xuan kimi tipləri Şekspir və Bayrondan hələ çox əvvəl xalq yaratmışdır. Faust kimi məşhur qəhrəman yazılı ədəbiyyata folklordan gəlmişdir, Prometeyin ilk surəti xalqın yaratddığı mifologiya və folklordadır. Leyli, Məcnun, Fərhad, Fitnə, Koroğlu, Nəbi, Həcər, Molla Nəsrəddin, Bəhlul Danəndə, Əsli, Kərəm, Qərib kimi qəhrəmanların ilk bədii surətləri xalq tərəfindən ədəbiyyatda yaradılmışdır; dünya ədəbiyyatının ən böyük dastanlarının — "İliada" və "Odisseya"nı, "Kalevala"nı, "Ulenşpigel"i, "Roland haqqında nəğmələr"i, "Sid"i, "Nibelunqlar"ı, "Beovulf"u, böyük və kiçik "Edda"ları xalq yaradıcılığından və folklor qaynaqlarından ayrı təsəvvür etmək olmaz. Çox maraqlıdır ki, dünya ədəbiyyatında epik janrla birlikdə, ədəbiyyatın digər janr və formaları, o cümlədən satirik janrlar da həmişə folklordan qidalanmış, xalqın gülüşü və ya nifrəti, xalqın kəskin tənqidi və kinayəsi bədii əsərlərdə satiraya, yumora geniş imkanlar açmış, gülməli və məzəli hadisələr, hərəkətlər, gülməli tiplər, məzəli və müdrik misallar, tapmacalar, sual və cavablar, atalar sözləri və sairə xalqın şən qəhqəhəsinin ifadəsinə çevrilmiş, xalqın həyat hadisələrinə münasibətinin güzgüsü olmuşdur. Molla Nəsrəddinin məşhur lətifələri belə yaranmışdır; Mollanın adına istinadən verilən lətifələrin əksəriyyətinin yaradıcısı xalqdır, onları işləyən, cilalayan, variantlara salan xalqdır, zəmanəyə və dövrə görə lətifələrin bu və ya digər cəhətini kəskinləşdirən, qabarıq ifadə edən və yaşadan da xalqdır. == Ədəbiyyat == Yusifli-İshaqlı A. XVII əsr Qərbi Avropa ədəbiyyatı (ali məktəblər üçün dərslik). Bakı, 2012.
Dünya əhalisi
Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyamızda 10 milyard insan yaşayacaq. 2022-ci il noyabr ayında dünya əhalisi 8 milyardı keçmişdir. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1,8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur.
Köhnə dünya
Köhnə dünya — 1492-ci ildə Amerikanın kəşfinə qədər avropalılara məlum olan dünyanın üç hissəsinin — Avropa, Asiya və Afrikanın ümumi adıdır. Adətən Yeni dünyaya qarşı qoyulur. Başqa sözlə, Köhnə dünya Afro-Avrasiyadır. == Təsviri == Köhnə dünya Xristofor Kolumbun səyahətindən əvvəl avropalılara məlum olan torpaq hissələrindən ibarətdir: Avropa, Asiya, Afrika və ətraf adalar. Bu termin Amerika və Okeaniyanı nəzərdə tutan Yeni dünyaya qarşıdır. O dövrdə avropalılar Asiya və Afrikanın daxili ərazilərini fəal şəkildə tədqiq etməsələr də, onun mövcudluğu hətta Yaponiya və Cənubi Afrikada da məlum idi, buna görə də onlar həm də Köhnə Dünya hesab olunurlar. Antarktida nə Köhnə, nə də Yeni Dünya hesab olunur, çünki terminlər onun avropalılar tərəfindən kəşfindən əvvəldir. Bioloji nöqteyi-nəzərdən Köhnə dünya orqanizmlərinə Avrasiya və Afrikada, Yeni dünya orqanizmlərinə isə Amerikada rast gəlinir. Köhnə və Yeni dünyalar arasındakı fərq şərablara da aiddir: müvafiq olaraq, Avropa şərabları Köhnə dünya şərabları, Amerika və Okeaniyada istehsal olunan şərablar isə Yeni dünya şərabları kimi təsnif edilir. Arxeologiya və ümumi tarix kontekstində "Köhnə dünya" termini Tunc dövründən bəri mədəni təmasda olan, əsasən mülayim zonada ilk sivilizasiyaların paralel inkişafına səbəb olan dünyanın hissələrini əhatə edir.
"Azərbaycan" dünyanı gəzir (film, 1984)
"Azərbaycan" dünyanı gəzir — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır. == Məzmun == Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır.
1950-ci il basketbol üzrə dünya çempionatı
1950-ci il basketbol üzrə dünya çempionatı — Basketbol üzrə kişilərdən ibarət milli yığma komandalar arasında ilk dünya çempionatı. 1950-ci il 22 oktyabrdan 3 noyabradək Buenos-Ayresdə (Argentina) keçirilmişdir. == Tarixi == Basketbol üzrə kişilərdən ibarət milli yığma komandalar arasında dünya çempionatının keçirilməsi barədə Londonda 1948-ci il yay Olimpiya oyunları zamanı FİBA-nın konqresində qərar qəbul edilmişdir. Yalnız iki il sonra Argentinada 10 yığma komandanın iştirakı ilə ilk dünya çempionatı keçirilmiş, ev sahibi olan Argentina komandası bu çempionatda I yeri tutmuşdur. == Komandalar == Çempionatın iştirakçıları 1948-ci ildə FİBA-nın Dünya Konqresində müəyyənləşdirilmişdi. Qərara əsasən bu turnirdə çempionatın keçirildiyi ölkə — Argentinanın, 1948-ci il yay Olimpiya oyunlarının basketbol üzrə üç qalibinin (ABŞ, Fransa və Braziliya), basketbol üzrə 1949-cu il Avropa çempionatının qalibi olmuş Misir, basketbol üzrə Cənubi Amerika çempionatının iki ən yaxşı komandasının (Uruqvay və Çili), 1950-ci ilin yanvarında keçirilmiş Avropa təsnifat qrupunun iki ən fəal iştirakçısının (İtaliya və İspaniya) və təşkilatçı ölkələrin birgə qərarı ilə Ekvadorun kişilərdən ibarət yığma komandalarının iştirakı nəzərdə tutulmuşdur. İtaliya maliyyə problemləri ilə əlaqədar çempionatda iştirakdan imtina etdiyinə görə onu Avropa təsnifat turnirində üçüncü yeri tutmuş Yuqoslaviya əvəz etmişdir. Uruqvay siyasi səbəblərə görə təşkilatçı ölkələr tərəfindən yarışlara buraxılmamış və onu Perunun yığma komandası əvəz etmişdir. Avropa qitəsinin ən güclü komandalarından biri olan SSRİ yığması 1949-cu il Avropa çempionatında iştirak etmədiyinə görə dünya çempionatına dəvət olunmamışdır. İspaniya və Fransa yığmaları dünya birinciliyinin yarışa gecikdiklərinə görə açılış mərasimində iştirak etməmişlər.
1950 FİFA Dünya Kuboku
IV Dünya Çempionatı == Braziliya – 1950 == == Final mərhələsi == 24 iyun – 16 iyul 13 komanda 4 qrupda mübarizə apardıqdan sonra, qrup qalibləri final qrupuna yüksələrək mübarizəni dairəvi sistem ilə davam etdiriblər.
1952 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1952 — qadınlararası dünya çempionatlarının ilkidir. Turnir 1952-ci ildə avqust ayının 17-də başlamış, 29-da bitmişdir. Yarışlara SSRİ paytaxtı Moskva ilə ev sahibliyi etmişdir.
1954 FİFA Dünya Kuboku
1954-cü ildə İsveçrədə keçirilən V Dünya Çempionatı. Həmin Dünya Çempionatında Almaniya milli komandası ilk dəfə çempion olmuşdur. Bir oyunda ən çox qol vurulması dabu çempionata aiddir. 1/4 finalda Avstriya ev sahibi İsveçrəyə 7:5 hesabı ilə qalib gəldi. == İsveçrə – 1954 == == Final Mərhələsi == 16 iyun – 4 iyul 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər. 26 oyun 943 000 tamaşaçı (orta hesabla hər oyunda 36 269) 140 qol (orta hesabla hər oyunda 5,38) Ən yaxşı futbolçu – Metyuz (İngiltərə) "Het-trik" (bir oyunda üç qol) – Koçiş (Macarıstan), Burxan (Türkiyə), Morlok (Qərbi Almaniya), Probst (Avstriya), Vaqner (Avstriya), Borxes (Uruvay), Xyuq (İsveçrə) "Poker" (bir oyunda dörd qol) – Koçiş (Macarıstan) Yubiley qolu: 400-cü qol Lefter (Türkiyə) Bombardir: Şandor Koçiş (Macarıstan) – 11 == Qrup mərhələsi == === Qrup 1 === === Qrup 2 === === Qrup 3 === === Qrup 4 === == Bütün oyunlar == Qeyd: Qrup mərhələsində xalları eyni olduğu üçün turnirin əsasnaməsinə görə Qərbi Almaniya-Türkiyə, İsveçrə-İtaliya əlavə oyunları keçirilmişdir.
1956 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1956 — qadınlararası dünya çempionatı yarışlarının sayca ikincisidir. Yarışlar 1956-cı ildə avqust ayının 30-u başlayıb sentyabrın 12-i başa çatmışdı. Turnir Fransada təşkil olunmuşdu. SSRİ-də İlk dünya çempionatındakı kimi oyunlar yalnız bir şəhərdə — Parisdə keçirilmişdi. == Komandalar == == Qrup mərhələsi == === "A" Qrupu === === "B" Qrupu === === "C" Qrupu === === "D" Qrupu === === "E" Qrupu === == II mərhələ == II mərhələ yarışlarda son mərhələ sayılır. Bu mərhələdə ölkələr iki qrupa bölünür. Birinci qrup əsas qrup sayılır və burada 1-ci 10-cu yer uğrunda mübarizə aparılır. İkinci qrupda isə qruplarda nəticə əldə edə bilməyən yeddi komanda yarışır. Bu mərhələnin əsas qrupunda doqquz matçın hamısında rəqiblərini məğlub edən SSRİ millisi ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü.
1958 FİFA Dünya Kuboku
VI Dünya Çempionatı == İsveç – 1958 == == Final Mərhələsi == 8-29 iyun 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər. 35 oyun 868 000 tamaşaçı (orta hesabla hər oyunda 24 800) 126 qol (orta hesabla hər oyunda 3,60) Ən yaxşı futbolçu – Didi (Braziliya) "Het-trik" (bir oyunda üç qol) – Fonten (Fransa), Pele (Braziliya) "Poker" (bir oyunda dörd qol) – Fonten (Fransa) Yubiley qolu: 500-cü qol Rann (Qərbi Almaniya) Bombardir: Jüst Fonten (Fransa) – 13 == Nəticələr == Qeyd: *Qrup mərhələsində xalları eyni olduğu üçün turnirin əsasnaməsinə görə Şimali İrlandiya-Çexoslovakiya, Uels-Macarıstan, SSRİ-İngiltərə əlavə oyunları keçirilmişdir.
1960 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1960 — qadınlararası dünya çempionatı yarışlarının üçüncüsüdür. Turnir 1960-cı il oktyabr ayının 29-u başlamış, noyabr ayının on dördündə başa çatmışdı. Bu baxımdan ilk iki çempionatdan daha çox sürmüşdü. Oyunlar Braziliyada keçirilmişdi. Qalib isə ardıcıl üçüncü dəfə SSRİ milli komandası olmuşdu.
1962 FİFA Dünya Kuboku
VII Dünya Çempionatı == Çili – 1962 == == Final Mərhələsi == 30 may – 17 iyun Çilidəki dünya çempionatı ikili təəssürat yaratdı. Bir tərəfdən Pele, Qarrinça, Puşkaş, Albert, Skobar, Masopust, Bobbi Çarlton, Rivera kimi istedadların oynaması mundiala rəng qatdı. Digər tərəfdən, kobudluq, dava-dalaş çox oldu. Turnirin gedişində ağır zədə alan oyunçuların sayı 20-dən çox oldu. Onlardan 12-i evə "əlavə ayağ2ın kpməyi ilə qayıtmalı oldu. Hətta FİFA mundial zamanı meydandakı vandalizmlə bağlı iclas da keçirdi. DÇ Dittbornun həyatı bahasına başa gəldi DÇ təşkilatçılığının Çiliyə həvalə olunması çoxları üçün sirr olaraq qaldı. Bu ölkənin yığması futbolda ciddi nailiyyətlər qazamamışdı. , iqtisadiyyatı da durğunluqda idi. Hətta Pinoçetin gəlişinə 11 il qalmış Çilidə siyasi vəziyyət stabil deyildi.
1962 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1962 — hələlik ilk və yeganə çempionatdır ki, özündən əvvəlki analoji turnirdən iki il sonra başlamışdı. 1962-ci ildə oktyabr ayının on üçündə Sovet Sosialist Respublikaları İttifaqında başqa bir deyimlə, SSRİ-də başlamışdı. Turnirin qapanış matçı isə adı çəkilən ayın iyirmi beşində olmuşdu. Turnirin qalibi böyük sensassiya ilə Yaponiya olmuşdu. Halbuki ev sahibi SSRİ millisi çempionatın açıq-aşkar fovariti sayılırdı. Bu baxımdan SSRİ-dən fərqli ölkənin çempion olduğu ilk dünya çempionatıdır.
1962 idman gimnastikası üzrə Dünya Çempionatı
15-ci idman gimnastikası üzrə Dünya Çempionatı 1962-ci ilin iyul ayının 3–8 tarixlərində Praqada (Çexoslovakiya) keçirilmişdir.
1966 FİFA Dünya Kuboku
FIFA Dünya Çempionatı 1966 — sayca səkkizinci dünya çempionatı olub, 11-30 iyul tarixlərində İngiltərədə keçirilmişdir. Finalda İngiltərə Qərbi Almaniyanı 4-2 məğlub edərək çempionatın qalibi olmuşdur. Bu qələbə İngiltərənin ilk dünya çempionatı qələbəsi olmaqla, çempionata ev sahibliyi edən və qalib olan üçüncü ölkə olmuşdur. İlk ikisi isə 1930-da Uruqvay və 1934-də İtaliya olmuşdu. Final oyunu Uembli stadionunda keçirilmiş və televiziyada ağ-qara yayımlanan sonuncu dünya çempionatı finalı olmuşdur. Həmçinin, bu oyun görüşün yan hakimi Tofiq Bəhramovun İngiltərənin xeyrinə saydığı mübahisəli qol qərarına görə tarixə düşmüşdür. Bu çempionat, oyunları stadionlarda izləyən tamaşaçıların sayı üzrə rekordu 1994-cü il ABŞ-dəki çempionatadək, 28 il qorumuşdur. == İngiltərə – 1966 == == Final Mərhələsi == 11 – 30 iyul 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər.
1967 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1967 — Yaponiyanın ev sahibliyi altında təşkil edilən, oyunlarından çox qalmaqalları ilə yadda qalan bir turnir idi. Belə ki, turnirə öncədən on bir komandanın üç qrupa bölünərək qatılacağı gözlənilirdi. Amma ev sahibi Yaponiya Qərbi Almaniya və Şimali Koreya himnlərinin səslənməyəcəyini, bayraqlarının qaldırılmaycağını və ən nəhayət adlarının olduğu kimi qeyd edilməyəcəyini bildirmişdi. O zamanlar Sovet bloku olaraq bilinən ölkələrdən yeddisi Şimali Koreya, Çexoslovakiya, SSRİ, Qərbi Almaniya, Çin Xalq Respublikası, Polşa və Macarıstan öz milli komandalarının yarışda iştirakını qadağa etmişlər. Beləliklə sonda dörd komanda ilə asan mübarizəyə girən Yaponiya çətinlik çəkmədən ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü. Maraqlısı budur ki, turnirdə iştirak edən komandalardan yalnız Peru medal qazana bilməmişdi. Sonda hər dörd komanda 1968-ci ilin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.
1970 FİFA Dünya Kuboku
IX Dünya Çempionatı == Meksika – 1970 == == Final Mərhələsi == 31 may – 21 iyun 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər.
1970 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1970 — 1970-ci ildə Bolqarıstanda təşkil olunan turnir. Turnirin əksər oyunları Varna da təşkil olunmuşdu. Bu dünya çempionatına 16 komanda qatılmışdı. Həmçinin ilk və hələlik yeganə qadınlararası dünya çempionatı idi ki, özündən əvvəlki analoji yarışdan üç il sonra baş tutmuşdu. Qalib adına dördüncü dəfə SSRİ yığma komandası layiq görülmüşdü. Turnirdə ikinci və üçüncü yerləri isə uzaq şərqdən müvafiq olaraq Yaponiya və Şimali Koreya milliləri tutmuşlar.
1974 FİFA Dünya Kuboku
X Dünya Çempionatı == Qərbi Almaniya – 1974 == == Final Mərhələsi == 13 iyun – 7 iyul 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda növbəti qrup mərhələsinə yüksələrək mübarizəni dairəvi sistem üzrə davam etdirdikdən sonra, qrup qalibləri finalda, ikinci yeri tutan komandalar isə təsəlliverici finalda qarşılaşıblar.
1974 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1974 — ilk dəfə 20-dən artıq komandanın qatıldığı dünya çempionatı. Çempionat çərçivəsində 120 qarşılaşma oynanılmışdı. Turnir 1974-cü ilin oktyabr ayının 10-u başlamış, 27-i başa çatmışdı. Qalib adına isə üçüncü səfər Yaponiya layiq görülmüşdü.
1978 FİFA Dünya Kuboku
1978 FİFA Dünya Kuboku — XI Dünya Kuboku. == Final Mərhələsi == 1 – 25 iyun 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda növbəti qrup mərhələsinə yüksələrək mübarizəni dairəvi sistem üzrə davam etdirdikdən sonra, qrup qalibləri finalda, ikinci yeri tutan komandalar isə təsəlliverici finalda qarşılaşıblar.
1978 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1978 — 1978-ci ilin payızında dahaq dəqiq desək, avqustun 25-i və oktyabr 27-i aralığında Sovet Sosialist Respublikaları İttifaqında keçirilən turnir. Əvvəlki dünya çempionatlarından uzun davam etməsinə görə fərqlənirdi. İki ay davam edən turnirin qalibi Kuba olmuşdur. Yarışda iyirmi dörd komandanın iştirak edəcəyi gözlənilsə də Şimali Koreya son anda imtina etmə qərarı almışdı. Turnirin coğrafiyası da əvvəlkilərdən fərqli olmuşdu. Yarışlara hazırda Rusiya şəhərləri olan Volqoqrad və Leninqradla (indiki Sank-Peterburq) yanaşı müasir dövrümüzdə fərqli-fərqli ölkələrin paytaxtları olan Minsk və Riqa da ev sahibliyi etmişdi.
1994-cü il futbol üzrə dünya çempionatının final oyunu
FİFA Dünya Kuboku 1994 finalı — final oyunu 1994-cü ilin 17 iyulunda Pasadena, Amerika Birləşmiş Ştatları «Rouz Boul» stadionunda keçirilib. Finalda Braziliya və İtaliya qarşılaşıb.İlk dəfə olaraq dünya çempionatları tarixində final oyunu qolsuz bərabərliklə bitmiş və qalib oyun sonrası penaltilərə müəyyən edilmişdi. Penaltilərdə 3:2 hesabı ilə qalib gələn Braziliya yığması 4-cü dəfə dünya çempionu oldular. Qalibiyyəti onlar 1 mayda dünyasını dəyişmiş məşhur Formula 1 pilotu Ayrton Sennaya həsr etmişdilər.
1994 FİFA Dünya Kuboku
XV Dünya Çempionatı
1994 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1994 — 1994-cü ilin oktyabr ayında ikinci dəfə Braziliyada təşkil olunan turnir. Sonda Kubanın zəfər çaldığı on ikinci mundialda gümüş medalın sahibi ev sahibləri olmuşdur. Bürünc medalı isə SSRİ-nin dağılmasından sonra ilk dünya çempionatında iştirak edən Rusiya milli voleybol komandası olmuşdur. Turnirə həmçinin tarixdə ilk dəfə olaraq Azərbaycan milli komandası da qatılmışdır. Azərbaycan müstəqil olduqdan sonra komanda idman növlərində ilk dünya çempionatını və ən böyük idman yarışı məhz bu turnir olmuşdur. Turnirdə qazanılan onunculuq hələ də top, həmçinin komanda idman növlərindəki ən böyük uğurumuzdur.
1998 Ağır atletika üzrə Dünya Çempionatı
1998 Ağır atletika üzrə Dünya Çempionatı — 1998-ci il 10 noyabr və 15 noyabr aralığında Finlandiyanın Lahti şəhərində keçirilən dünya çempionatıdır.
1998 FİFA Dünya Kuboku
== Fransa – 1998 ==
1998 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1998 — 1998-ci ildə keçirilmiş voleybol dünya çempionatı. Turnir həmin il Qış Olimpiya Oyunlarını da keçirən Yaponiyada təşkil olunmuşdu. Qalib adına ardıcıl ikinci dəfə (ümumilikdə üçüncü dəfə) Şimali Amerikadan Kuba layiq görülmüşdü.

Digər lüğətlərdə

гештальтпсихоло́гия гра́бовый доправля́ть коагули́рованный постели́ться приостана́вливать скорота́ть сла́достный спусково́й фондообеспе́ченность жа́лобная книга иллюстрацио́нный квинтэссе́нция моно́кль псевдоиску́сство шифрогра́мма экспансиони́зм колтыногий ронд dedecorate night-terrors relegate shirttail кушетка эпицентр