DÜRDANƏ

is. [ ər. dürr və fars. danə]
1. İnci (mirvari) dənəsi; inci, mirvari.
// Klassik şeirdə: gözəlin dişlərinə işarə.
Güləndə dişlərin ağzında, ey can; Sədəf içindəki dürdanəmizdir. Xətayi.
Ağzın sədəf, dişlərindir dürdanə; Əcayib cəvahir, ləli sevmişəm. M.P.Vaqif.

2. məc. Çox əziz, sevgili, istəkli övlad mənasında.
Balamsan, bir danəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm sənə qurban; Sən ölmə, bir danəsən. (Bayatı).

3. məc. bax dürr.
Canlar tazələnir güftguyindən; Sözünün hər biri dürdanə gərək. Q.Zakir.
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın; Göz yaşı kimi incisi, dürdanəsi məndən. Ə.Vahid.

Этимология

  • DÜRDANƏ Dürr” və dənə (danə) sözlərindən əmələ gəlib. “Dürr dənəsi” deməkdir. Alın­ma sözdür: dürr” ərəb, danə isə fars mənşəlidir
DÜRCƏK
DÜRDANƏLƏNMƏK
OBASTAN VİKİ
Dürdanə Araslı
Dürdanə Araslı — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Araslı Dürdanə Həmid qızı 1939 –cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. D.H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon - elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D.H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. • Elmi məqalələrin sayı-170 • Beynəlxalq konfranslarda iştirakının sayı-50 • Xaricdə çıxmış elmi əsərlərinin sayı-88 • İxtiraların sayı-9 • Kadr hazırlığı- 3 fəlsəfə doktoru, 1 elmlər doktoru == Qrant və layihələrdə iştirakı == 1. NATO-nun əməkdaşlığa dəstək qrantı PST.CLGN 978434 2.
Dürdanə Balakişiyeva
Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru. == Həyatı == Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb. == Fəaliyyəti == Alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (ing.

Значение слова в других словарях

ай-я-я́й берёза деля́нка лисохво́ст сытненько теа́тр ха́тка ча́пать дамбострое́ние ржа со́нмище стаму́ха филе́ фотографи́роваться мережить computer language council estate energumen supercoil двух- лавсан меланезийка монголка охватить промокнуть