DÜRMƏK

is.
1. Bükülmüş, dürmələnmiş şey; bağlama.
2. İçinə yağ, pendir və s. qoyulub (və ya bunlarsız) lülə şəklində bükülmüş lavaş, yuxa. Yuxanın arasına pendir qoyub dürmək düzəltmək. Yağ dürməyi. Pendir dürməyi. – İt yuxa yemək bilər, dürmək tutmaq bilməz. ( Ata. sözü ).
Bir neçəsi kənarda oturub çörək dürməyi yeyir. C.Məmmədquluzadə.
Səkinə həyətin ortasında [Mayanı] saxladı, arasına yumurta və yağ bükdüyü dürməyi meşin heybənin küncünə qoydu. M.İbrahimov.
Kimisi yaxmac qayırır, … kimisi yağla şorun qatışığından dürmək eləyib Qəmərin stəkanının yanına qoyurdu. Ə.Vəliyev.

3. Əllə xörək yeyəndə birdəfədə ağıza qoyulan xörək. Bir-iki dürmək yedi, dayandı.
□ Dürmək vurmaq – əllə xörəyi dürməkləyib yemək. Xörəyə dürmək vurmaq.

Etimologiya

  • DÜRMƏK Burmaq sözünün təhrifi ilə bağlıdır. İçinə pendir qoyub burulmuş (bü­kül­müş) lavaşa deyirlər. “Buterbrod” mənasına yaxın anlamda işlədilən bu söz qab
DÜRLÜ-DÜRLÜ
DÜRMƏKLƏMƏ
OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.

Digər lüğətlərdə

ёрнически оча́г подере́вный посы́лочный пропе́рчивание пустозво́нно развя́зно ретроспе́кция товарове́дение трасси́рующий бутафо́рская велеречи́вость заржа́вленный одноголо́сие пая́сничество гонобить рано чуга -esce self-rule великолепно интегрировать кинематика пенсне старославянский