DÜYMƏ₁

is.
1. Paltarı ilməkləmək üçün (bəzən də yaraşıq üçün) sümükdən, metaldan və ya başqa materialdan qayrılan, adətən yuvarlaq şəkildə olan şey. Yaxa düyməsi. Cib düyməsi. Şalvar düyməsi.
– Əynində boz çuxa, belində kəmər; Çuxanın üstündə gümüş düymələr. B.Vahabzadə.

2. Qapının rəzəsi, cəftəsi, həncaməsi keçirilən başı deşik mıx. Cəftənin düyməsi çıxmışdır.
3. Mıxın yumru təpəsi. Mıxın düyməsi sınmışdır.
4. Qönçə, puçur, tumurcuq.
Ağacın düymələri zoğ atıban yarpaq açır; Sonra əlvan çiçəyi xeyli zərifanə gəlir. R.Əfəndiyev.

□ Düymə bağlamaq – ağaclarda ilk düymələr (tumurcuqlar) əmələ gəlmək. Ağaclar düymə bağlayıb.
– Təzə düymə bağlamışdı; Ağacların budaqları. M.Dilbazi.

5. Barmaqla basmaqla elektrik xəttindəki cərəyanı qapamaq, bağlamaq və müxtəlif mexanizmləri işə salmaq üçün mütəhərrik düyməcik; knopka.
Düyməni burursan; Efirdə səslər… B.Vahabzadə.
Ağıllı maşınlar yaranır; Düyməsini basırsan belə maşın müəllimin. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜYMƏ bağlama — calama
  • DÜYMƏ puçur — tumurcuq
  • DÜYMƏ ilgəkləmə — düyünləmə

Etimologiya

  • DÜYMƏ1 Düyün, düymə, düymək sözləri kökdaşdır. Düymə “bağlama vasitəsi”dir. Yəqin ki, yuxarıdakı kəlmələrin hamısı ilmək (yəni “bağlamaq”) sözü ilə qohum­dur
DÜYM
DÜYMƏ₂
OBASTAN VİKİ
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Düymə (geyim)
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Düymə hüceyrəsi
Bir düymə hüceyrəsi, saat batareyası və ya sikkə batareyası, ümumiyyətlə 5 ilə 25 mm arasında əyilmiş silindr şəklində olan kiçik bir tək hüceyrəli bir batareyadır. == Hüceyrə kimyasının xüsusiyyətləri == == Növ təyinatı == == Sağlamlıq problemləri == == Həmçinin bax == Batareya ölçülərinin siyahısı Batareya növlərinin siyahısı Batareyanın geri çevrilməsi Süni kardiostimulyator İmplantasiya edilə bilən kardioverter-defibrilator == İstinadlar == == Mənbələr == == Xarici linklər == Coin cell reference table Watch battery cross reference table "IEC 60086-2 Primary batteries – Part 2: Physical and electrical specifications" (PDF). 2013-11-02 tarixində orijinalından (PDF) arxivləşdirilib.(boşaltma xüsusiyyətləri daxildir) "DIRECTIVE 2006/66/EC OF THE EUROPEAN PARLIAMENT AND OF THE COUNCIL".
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Düymədimdik
Çovdarçı (lat. Charadrius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Bozca cinsinə 5 növ daxildir: Yaxalıqlı çovdarçı (Charadrius hiaticula Linn., 1758) Halqalı kiçik çovdarçı (Charadrius dubius Scop., 1786) Böyükdimdik çovdarçı (Charadrius leschenaultii Les., 1826) Xəzər çovdarçısı (Charadrius asiaticus Pall., 1773) Dəniz çovdarçısı (Charadrius alexandrinus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Düyməli döyüşkən
Radio düyməsi
Radio düyməsi (en. Radio button) – qrafik istifadəçi interfeysində: adətən, dialoq boksunun bölümündə parametrlərdən birinin seçilməsi vasitəsi; bu halda siyahıdakı parametrlərdən yalnız birini seçmək olar. Başqa seçim vasitəsi olan yoxlama bokslarında birdəfəyə bir neçə parametri aktivləşdirmək olar. Adi halda kiçik dairəcik şəklində olan radio düyməsini aktivləşdirdikdə dairəciyini içərisində nöqtə əmələ gəlir. Radio düyməsi radioaparatura düymələrinə bənzədiyinə görə belə adlandırılıb: hər hansı düymənin seçilməsi ondan qabaq seçilmiş düyməni "söndürür". == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

беспритяза́тельность зада́ток межвидово́й переобременённость эмалье́р брезгли́вец зашка́литься руднико́вый се́ренький строгова́тый шатер affluxion bottomry bousy cold-water feed up job lot Norma organza prompt-side shanty stud-bolt канцона назреть подкормить