DÜYMƏK

f.
1. Kəndirin, ipin və s.-nin bir yerini ilmək halına salmaq; ilgəkləmək, düyünləmək, düyün halına salmaq. [Cahandar ağa] Yəhəri atın belinə qoydu.
Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu düydü. İ.Şıxlı.

2. məc. Bağlamaq, calamaq.
Bu sualları bir-birinin ucuna düyə-düyə (z.) Güldanə özünü kəndin girəcəyində gördü. Ə.Vəliyev.

◊ Qaşlarını düymək – bax qaşlarını düyünləmək (“düyünləmək”də).
Nəcəf qaşlarını düyüb kluba getdi. M.İbrahimov.

Yumruğunu düymək – bax yumruğunu düyünləmək (“düyünləmək”də).

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜYMƏK ilgəkləmək — düyünləmək
  • DÜYMƏK bağlamaq — calamaq
DÜYMƏÇƏLİ
DÜYMƏLƏMƏ

Digər lüğətlərdə

внутриве́нно главбу́х копьё ку́стик пища́ть поегози́ть разновысо́кий щитови́дный артист погоре́лого театра жа́хнуться забинтова́ть одура́ченье оскорби́тельность отогну́ть подцепле́ние соблазни́тельно сэнсэ́й тро́почка countermissile pianiste skip-bombing unapproving wough ничей титанистый