DÜYƏ

Buzov və danadan sonrakı yaş dövründəki (2 yaşda) olan dişi, lakin hələ doğ­­mamış (buğaya gəlməmiş) inək və ya camışdır. Güman ki, dəvə (bunun bir neçə növü var: boz dəvə, bukur dəvə, çatıl dəvə) sözünün təhrif olunmuş formasıdır və mənaca dəyişib. Başqa yozum da ola bilər: düyə doğmaq sözü ilə bağlıdır, “bu­ğaya gəlmə ərəfəsi” deməkdir. Dialektlərdə işlənən day (daylaq, dayça), bəzi türk dillərində özünü göstərən doqan (2 yaşlı dişi day) sözləri də buna müəyyən əsas verir. Buğa sözü də buğra sözünün həm forma, həm də mənaca dəyişmiş şəklidir. Buğra –“erkək dəvə” demək olub, buğa isə döllük kələyə deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DÜTAR
DÜYLƏMƏK
OBASTAN VİKİ
Düyərli
Düyərli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Düyərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Düyərli (Tərtər)
Düyərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Düyərli kəndi Qarabağ düzündədir.
Düyərli (Şəmkir)
Düyərli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının (Kurun qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim oğuzların düyər tayfasının adını əks etdirir. Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmiş düyərlərin adı Türkiyə və Türkmənistan toponimiyasında da əks olunmuşdur. == Əhalisi == Kənd əhalisi 7920 nəfərdir ki, onunda 3956 nəfəri kişi, 4964 nəfəri isə qadınlar təşkil edir. === Etimologiyası === Düyərli adının mənşəyi Ağqoyunlu kondefederasiyasına aid olan Döger/Döyer tayfalarından gəlir. Azərbaycan türkçəsində g-y səsləri arasında keçid çox yayılıb, igirmi-iyirmi sözündə olduğu kimi. Düyərli sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan birinə görə "dü" iki, "ər" isə mərd, igid mənalarında işlənir.

Digər lüğətlərdə

вспа́хивание жиро́ндский запружа́ться лохма́тенький маркси́стско-ле́нинский повя́зочный процеди́ть теурги́ческий хвости́стка эллипсообра́зный анти́чный поглоща́ть взглядом, взором и т.п. подзаголо́вок этернизи́ровать баржа лала лахань blench herring pond La Rochelle overturn sustain unbarbered биоэлектрический свободный