DÜZMƏK

f.
1. Dənə halında olan şeyləri sıra ilə ipə və s.-yə keçirmək. Muncuğu sapa düzmək.
2. Müəyyən tərtib və qayda üzrə şeyləri bir yerə qoymaq, yerləşdirmək, sıralamaq. Sıraya düzmək. Şahmat daşlarını düzmək. Kitabları şkafa düzmək.
[Pərşan] həsir şlyapasının da qıraqlarına lalə düzmüşdü. M.İbrahimov.

// Hərəni bir yerə qoymaq.
Səliqəli maldarlar … çöldən naxır qayıdan zaman oğul-uşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər tövlə həyətinə. C.Məmmədquluzadə.

□ Düzüb-qoşmaq – tərtib etmək, səliqəyə salmaq, qaydaya salmaq, sahmana salmaq, yerbəyer etmək.
Qız köçəndə gətirdiyi cehizi ilə bir göz otağı hər bir cəhətdən düzübqoşmaq və mətbəxin hacətlərini təmin etmək hər gəlin üçün adət edilmişdir. R.Əfəndiyev.
Xəstəxananın hər bir işini düzüb-qoşduqdan sonra Rəşid ata və anasına dedi… İ.Musabəyov.

// məc. Sıralamaq, bir-birinin ardına qoşmaq.
Budur, bax, az qalmış yenə səhərə; Düzürəm sözləri mən sətirlərə. S.Vurğun.
[Halay:] …Heyf ki, iki misranı qurub bir-birinin yanına düzə bilmirəm. S.Rəhimov.

3. klas. Qurmaq, düzəltmək.
Daneyi-xalın cəhanı tutdu çün; Türrədən neyçün düzərsən bunca dam? Nəsimi.
Dözmək üçün hicrinə düzdün dəmirdən bir könül. Füzuli.
…Həmişə çox gəzib yorulanda burada dincimi alırdım.
Böyük daşlardan düzüb özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım. A.Divanbəyoğlu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜZMƏK qurmaq — düzəltmək
  • DÜZMƏK yerləşdirmək — sıralamaq

Antonimlər (əks mənalı sözlər)

  • DÜZMƏK DÜZMƏK – DAĞITMAQ Böyük daşlardan düzüb özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım (A.Divanbəyoğlu); Uşaqlar daşları dağıtmağa başladılar (“
DÜZMƏ
DÜZNƏQULU

Digər lüğətlərdə

е́вро единове́рная задо́рливый стряпу́н тефтели беренде́ево царство бутафо́р затвердева́ть рове́сник ухажёр смута diagnoses fee tail incurability limaceous notability out-party scruff wallflower литовец настрого пламегаситель смеркнуться смысл чадолюбивый