DÜZƏLMƏK

f.
1. Düz və hamar şəklə düşmək; düzlənmək. Çuxur düzəldi.
2. Təşkil olunmaq, əmələ gəlmək, ibarət olmaq.
Müqim bəy … bir neçə nahiyədən düzələn qəzanın rəisi oldu. S.Rəhimov.
Həyətində yığıncaq düzəlmiş kəndli, Cavadı evinə dəvət etdi. Ə.Vəliyev.

// Tərtib olunmaq, qurulmaq.
[Birinci məclis] vaqe olur Mərcan bəyin otağında, otaq Avropa qaydasında düzəlmişdir. Ü.Hacıbəyov.

3. Qaydaya düşmək, nizama düşmək, yoluna düşmək, başa gəlmək. İşim düzəldi.
– Düzəlib işlərin əskik-gərəki; Millətin dərdinə dərman oldu. M.Ə.Sabir.
Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə, fel heç vaxt düzəlməz. C.Məmmədquluzadə.

// İslah olunmaq, yaxşılaşmaq. O, düzələn adam deyil.
– …Mahirənin həsrəti get-gedə artsa da, oğlanın ailə vəziyyəti düzəlməyirdi. M.Hüseyn.
[Göyüş dayı:] Özünü incitmə, düzələn deyil; Ağlını itirib, olub bir səfil. Z.Xəlil.

4. Dikəlmək, qalxmaq, şax durmaq, qəddini düzəltmək.
Qadın diksinmiş kimi, düzəlib şax durdu. Mir Cəlal.

5. Kökəlmək, ətə-cana gəlmək.
At gündən-günə tükünü tüləyir, sağrısı düzəlirdi. Ə.Vəliyev.

// Sağalmaq, yaxşılaşmaq. Xəstə idi, indi düzəlib.
6. Bir səmtə tərəf üz tutmaq, getməyə başlamaq, getmək (bu mənada adətən “yola”, “yoluna” və s. sözlərlə).
Qasım əmi ulağı minib və Pərinisəni tərkinə alıb düzəldi yola və şam vaxtı yavuqlaşdı kəndinə. C.Məmmədquluzadə.
Mehriban kinli bir nəzərlə [Zeynala] baxdı.
Yenə bir söz demədən yoluna düzəldi. S.Hüseyn.
Eldar doğrudan da beşcə dəqiqəyə çaqqalı soyub dərisini çantasına qoydu və biz yola düzəldik. M.Rzaquluzadə.

7. məc. dan. İşə girmək, bir vəzifə daşımağa başlamaq. İşə düzəlmək. Haraya düzəldin?

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜZƏLMƏK dikəlmək — qalxmaq
  • DÜZƏLMƏK nizamlanmaq
  • DÜZƏLMƏK qurulmaq

Antonimlər (əks mənalı sözlər)

  • DÜZƏLMƏK DÜZƏLMƏK – ƏYİLMƏK Döyüşdü gah əyildi; Gah dikəlib, düzəldi (B.Vahabzadə). DÜZƏLMƏK – POZULMAQ Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə, f
DÜZƏLMƏ
DÜZƏLTDİRİLMƏ

Digər lüğətlərdə

воспроизводи́тельный докле́ить забултыха́ться коммуни́ст ма́мушка маркетри́ одино́ко перегру́женный подкрои́ть семиба́лльный трайбали́зм ба́рсовый накопля́ться перегримиро́вавывание хо́ля либить atman fenestral outfitter ping-pong poke check vinculum голыш кульминационный энский