düşük
düşüncəli
OBASTAN VİKİ
Düşüncə
Düşüncə — müqayisələr etmə, ayırma, birləşdirmə nəticəsində başa düşülən anlam. Aristotelə görə insanı heyvandan ayıran əsaslı fərq düşüncədir. Descarles "Düşünmək, var olmaqdır deyər". Kant'a görə "Düşünmək mühakimə etməkdir". Locke, düşünməyi ruhun öz üstünə yönələrək öz əməliyyatları haqqında məlumat əldə etməsi olaraq görər. Düşünmə müxtəlif şəkillərdə ortaya çıxar. Düşüncə tipik olmayan bir vəziyyəti dərhal qavrarsa buna zəka adı verilər. Düşüncə müəyyən problemləri hazırlayar, onu fikirlərlə ifadə edər, bunlar üzərində düşünməyə əsaslanan şərhlər etsə, buna da ağıl deyilir. Düşünmə-real obyektlərə yönəlsə konkret düşünmə, ideal obyektlərə yönəlsə mücərrəd düşünmə adını alır. Düşüncənin bəzi vəzifələri var.
Düşüncə (film, 1987)
== Məzmun == Bu film fəlsəfi pritçadır. Kinolent insanda mövcud olan iki başlanğıcın-xeyirlə şərin mübarizəsindən, xeyrin şər, təmiz mənəviyyatın xudbinlik üzərində qələbəsinin qanunauyğunluğundan danışır və tamaşaçını fəal həyat mövqeyi tutmağa, nikbin olmağa çağırır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nigar Nərimanbəyova Ssenari müəllifi: Ramazan Həsənov Quruluşçu rəssam: Nigar Nərimanbəyova Operator: Ziya Xəqani Cizgi rəssamı: Oleq Serebryannikov Musiqi redaktoru: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.
Çin otağı düşüncə eksperimenti
Çin otağı arqumenti — ağıllı və insana bənzəyən proqramın kompüteri idarə etməsinə baxmayaraq proqram vasitəsilə işləyən kompüterdə "ağıl", "dərketmə " və ya "şüur" olması fikrini təkzib edir. Arqumenti ilk dəfə filosof Con Sörl 1980-ci ildə Behavioral and Brain Sciences jurnalında nəşr olunan "Ağıllar, Beyinlər və Proqramlar" adlı məqaləsində irəli sürüb. Sonrakı illərdə eksperiment geniş müzakirə edilmişdir. Arqumentin mərkəzi nöqtəsi Çin otağı kimi bilinən düşüncə eksperimentidir.
Təhlükəli düşüncələr (film, 1995)
Təhlükəli Düşüncələr (ing. Dangerous Minds) — 1995-ci ildə rejissor John N. Smith tərəfindən çəkilmiş film. Film yazıçı LouAnne Johnsonun "My Posse Don't Do Homework" adlı avtobioqrafik hekayəsinin motivləri əsasında çəkilmişdir. == Məzmun == LouAnne Johnson ABŞ-nin dəniz piyada korpusu hissəsindəki xidmətini bitirir. Kaliforniya kolleclərindən birinə İngilis dili müəlliməsi olaraq işə qəbul olur. Onun tələbələri kasıb təbəqənin narazı yeniyetmələri olur,əksəriyyəti özlərini həyatın cəmiyyətə zidd obrazı olaraq görür,küçə dəstələrinə qoşulur və narkotiklərin dövriyyəsi ilə məşğul olurlar. Əvvəlcə LouAnne qəti olaraq dərs deməkdən imtina edir. Lakin sonra fikrindən daşınır. İkinci dərs günündə tələbələrini normal həyata qaytarmaq üçün maraqlı yola əl atar — onlara ABŞ-nin dəniz piyada korpusunda xidmət etdiyindən və karate haqqında danışır. == Film haqqında == Film yazıçı LouAnne Johnsonun "My Posse Don't Do Homework" adlı avtobioqrafik hekayəsinin motivləri əsasında çəkilmişdir.

Digər lüğətlərdə

задребезжа́ть квебра́ховый лапла́ндцы лобза́ться невыполни́мость новоприше́дшая отка́тчица плакиро́вщица сортопрока́тчик цирко́ний игроте́хник наса́живаться одома́шниться потяну́ть седла́ться си́плый цити́роваться памфлет парашют тавровая Brie coony Kara Bogaz Gol milky заделываться