1. DÜŞÜNCƏ Düşüncələr yeni, duyğular yeni; Dəyişmiş dünyanın söhbeti, sazı (S.Vurğun); DƏRRAKƏ [Vaqif:] Bu dərrakənin sahibinə nə deyəsən? (Çəmənzəminli); ANLAQ Firudin: Azadi artıq anlaq və təsəvvürə malikdir (M.İbrahimov); İDRAK Hakimimülkün keyimiş idrakı vəziyyəti dərk edəcək halda deyildi (M.İbrahimov); QANACAQ Amma mənim qanacağıma görə, sizin kitabınızda olan məlumat məhz Avropa və Rusiya mənbəyindən əxz olunmuşdur (C.Məmmədquluzadə); ŞÜUR Alagöz bişmi itirir, onun.. şüuru dolaşırdı (S.Rəhimov).
2. DÜŞÜNCƏ, FİKİR, XƏYAL, ZEHİN Bəşərin vicdanı, eşqi, ürəyi, zehni, düşüncəsi, fikri, xəyalı.. (S.Vurğun).
3. düşüncə bax ağıl I