DIRMAN

Törəmə kökü dırma sözüdür (müqayisə et: dırmandırmaş), ilkin kök isə dır kəlməsi olub və dırnaq, dırmıq, daraq sözləri ilə qohumdur. Dır kökü adır (ayır) sözünün ilk saiti itirməsi nəticəsində yaranmışdır, “diş, qol-qanad, şaxə” mənalarını əks etdirib (indi müstəqil işlədilmir). Dırmandırmaş sözləri bilvasitə dırnaq (caynaq) kəlməsi zəminində yaranıb: qədim mənası “dırnağın (caynağın) köməyi ilə yuxarı qalxmaq” deməkdir, əsasən, pişik və pişiyə bənzər heyvanlarla bağlı işlədilib. İndi mənası bir qədər genişlənib, təkcə dırnaqla yox, eyni zamanla əl və ayaqla iş görməyi də bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DIQQILI
DIRNAQ
OBASTAN VİKİ
Beynəlxalq İdman Dırmanması Federasiyası
Beynəlxalq İdman Dırmanması Federasiyası (ing. International Federation of Sport Climbing və ya ing.
Cənubi Qafqaz dırmanantəlxəsi
Cənubi Qafqaz dırmanantəlxəsi (lat. Zamenis hohenackeri -Suilanıkimilər fəsiləsinə aid növ. == Statusu == Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bildiyi üçün NT kateqoriyasına daxil edilmişdir. Nadir, azsaylı ümumi arealı daxilində az öyrənilmiş növdür. == Qısa təsviri == Bədənin uzunluğu 750 mm, quyruğu bundan 4–5 dəfə qısa olan orta ölçülü ilandır. Üst tərəfdən bədən qəhvəyi-qonur, boz-qonur və ya açıq qəhvəyi rəngdə olub, bel boyu 2 sıra qəhvəyi-qonur və ya demək olar ki, qara, bəzi yerlərdə yayılan ləkələr uzanır. Bu ləkələr sırası bəzən bədənin önünə keçə bilir. Bədənin yanlarında nəzərə çarpan bir sıra tutqun ləkələr uzanır. Baş üst tərəfdən qara nöqtələrlə örtülüdür ki, bunlardan ən irisi təpə qalxancığın üzərində yerləşir. Peysər nahiyəsində 2 xarakterik tutqun ləkə var ki, bu ləkələr çəngəl şəklində birləşərək, ensiz tərəfləri irəli yönəlmiş olur.
Dırmanan dovşan
Dırmanan dovşanlar, və ya Yapon ağac dovşanı (lat. Pentalagus furnessi), (yap. 奄美野黒兎 —Pentalagus cinsinə və Leporidae fəsiləsinə aid növ. Mövcud ad amerikan antrapoloqu Vilyam Henri Fuernessin şərəfinə adlandırılıb (1866–1920). Dırmanan dovşanlar Yaponiyanın endemik canlısıdır. == Xariçi görünüş == Dırmanan dovşanlar yumşaq, tünd-qəhvəyi xəzə malikdirlər. Qulaqları qısa olub 4–5 sm uzunluğa malik olurlar. Qısa pəncəyə və uzun dırnaqlara malik olurlar. Dırmanan dovşanlar ümumən 40–53 sm uzunluğa malik olurlar. Quyruqlarının uzunluğu 2–3,5 sm təşkil edir.
Dırmanan qurbağalar
Oophaga - Ağacadırmananlar (Dendrobatidae) fəsiləsinin dırmanan qurbağalar (lat. Dendrobatinae) yarımfəsiləsinə aid cins. Uzunluqları 2—4 sm-dir. Barmaqlarının uçunda üçbuçaqşəkilli cüt dəri qalxancıq var. Əksər növlərinin ətraflarında üzmə pərdəsi yoxdur. 3 cinsi var. Cənubi Amerikanın şimal hissəsində və Mərkəzi Amerikada yayılmışdır. Başlıca olaraq meşələrdə, adətən su hövzələrinin sahillərində yaşayır. Dəri vəzilərinin zəhərli ifrazatından hindilər ox ucluqlarına sürtmək üçün istifadə edirlər.
Eskulap dırmanantəlxəsi
Eskulap dırmanantəlxəsi və ya Eskulap ilan — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Görünüşü == Uzunluğu 2 m təşkil edir (ən uzunu isə 2,25 m). Ümumi fonda sarı-boz-krem rənglərinin qarışığını təşkil edir. == Yayılması == Bu növ Şimal-qərbi İtaliyadan Qafqaza qədər olan ərazilərə yayılmışdır. Onlara Cənubi Moldova, Cənub-qərbi Ukrayna ərazilərdə görmək olar. Vaxtı ilə İran və Azərbaycanın cənub şərqində yayılmış Elaphe persica (Werner, 1913) yarımnövü hazırda Fars dırmanantəlxəsi adı ilə müstəqil növə çevrilmişdir. == Həyat tərzi == Onlar əsasən ön dağlıq ərazilərdə yayılırlar. Bəzən 2000 m yüksəkliyə qədər yayıla bilirlər. Onlara daha çox çay və fındıq kolları arasında olurlar. Xüsusi ilə açıq və insnların çox olduğu ərazilərdən qaçırlar.
Fars dırmanantəlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. == Təsviri == Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
Naxışlı dırmanantəlxə
Naxışlı dırmanantəlxə(lat. laphe dione) — Suilanıkimilər fəsiləsinə, Dırmanan təlxələr cinsinə aid növ. == Görünüşü == Uzunluğu 1,5 m, quyruğu isə bir qayda olaraq 17–30 sm olur. Boğaz nahiyəsində pulcuqları yumşaqdır. Boğaz nahiyələri bozumtul və ya sarı olur üzəri isə qırmızı naxışlarla örtülü olur. Üzəri bozultul rəngə çalır. Bəzən qara rəngdə olan nümayəndələri də olur. == Yayılması == Onlara Koreya, Monqolustan, Şimali Çin, Orta Asiya (Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan), Qazaxıstan), Rusiya (Sibir, Başqırdıstan, Orenburq vilayəti və Samara vilayəti), Ukrayna, Şimali İran, Əfqanıstan və Cənubi Qafqaz (Gürcüstan) ərazilərində yayılmışlar. Yarımnöv əmələ gətirmir. == Həyat tərzi == Naxışlı təlxələr bir çox şəraitlərə uyğunlaşa bilmişlər.
Pallas dırmanantəlxəsi
Pallas dırmanantəlxəsi (lat. Zamenis sauromates) — Suilanıkimilər fəsilsinə aid növ. == Təsviri == Bədəninin üst tərəfində 4 tutqun xallar sırası olur. Bel tərəf boyunca iri qəhvəyi-qonur qara romb və ya oval şəkilli xallar olur. Bu xallar qovuşaraq dalğavari zolaq əmələ gətirir. Bədənin yanlarında cavan fərdlərdə aydın nəzərə çarpır. Yetkin fərdlərdə isə ümumi əlvan fonda itir. Bədənin yanlarında yerləşən xüsusi pulcuqlar qırmızımtıl və ya narıncı rəngdə olur. Başın yanlarında tutqun zolaq yaşlı fərdlərdə gözün arxa kənarından ağızın küncünə qədər, cavan fərdlərdə isə sifətin yanlarından burun dəliklərindən başlayaraq gözün ön kənarına qədər aydın nəzərə çarpır. Üstdodaq qalxancıqları yaşlı fərdlərdə açıq- sarı olur.
İdman Dırmanması üzrə Dünya kuboku 2014
İdman Dırmanması üzrə Dünya kuboku — 2014-cü il iyunun 22-23-də Bakıda keçiriləcəyi nəzərdə tutulan yarış. İdman Dırmanması üzrə Dünya kuboku Azərbaycanda ilk dəfə keçiriləcək. Yarış açıq havada - Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında baş tutacaq. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçiriləcək yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edəcək. Dünya kubokunu izləmək üçün Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) Prezidenti Marco Scolaris və onu müşayiət edən nümayəndə heyəti iyunun 20-də Azərbaycana gələcək. == İstinadlar == == Həmçinin bax == Beynəlxalq İdman Dırmanması Federasiyası Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası == Xarici keçidlər == "Bakıda İdman Dırmanması üzrə Dünya Kuboku yarışı keçiriləcək" (az.). avrofutbol.com. 20/6/2013 [13:50]. İstifadə tarixi: 2014-04-20.
İran dırmanan təlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. == Təsviri == Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
баты́рь змеи́ный иди́ллик реставри́рованный байда́рочный биокоммуникацио́нный кайфова́льщик на рыся́х пристыкова́ться шарф шихтова́ние штуфа Ancient Greek Colombo front bench hardenability ocean-lane oil-stock osteo- wainman weather-driven малодаровитый малость подмалевать ссыльнопоселенец