DINQILTI
DIRMANDIRMAQ
OBASTAN VİKİ
Dırmanan dovşan
Dırmanan dovşanlar, və ya Yapon ağac dovşanı (lat. Pentalagus furnessi), (yap. 奄美野黒兎 —Pentalagus cinsinə və Leporidae fəsiləsinə aid növ. Mövcud ad amerikan antrapoloqu Vilyam Henri Fuernessin şərəfinə adlandırılıb (1866–1920). Dırmanan dovşanlar Yaponiyanın endemik canlısıdır. == Xariçi görünüş == Dırmanan dovşanlar yumşaq, tünd-qəhvəyi xəzə malikdirlər. Qulaqları qısa olub 4–5 sm uzunluğa malik olurlar. Qısa pəncəyə və uzun dırnaqlara malik olurlar. Dırmanan dovşanlar ümumən 40–53 sm uzunluğa malik olurlar. Quyruqlarının uzunluğu 2–3,5 sm təşkil edir.
Dırmanan qurbağalar
Oophaga - Ağacadırmananlar (Dendrobatidae) fəsiləsinin dırmanan qurbağalar (lat. Dendrobatinae) yarımfəsiləsinə aid cins. Uzunluqları 2—4 sm-dir. Barmaqlarının uçunda üçbuçaqşəkilli cüt dəri qalxancıq var. Əksər növlərinin ətraflarında üzmə pərdəsi yoxdur. 3 cinsi var. Cənubi Amerikanın şimal hissəsində və Mərkəzi Amerikada yayılmışdır. Başlıca olaraq meşələrdə, adətən su hövzələrinin sahillərində yaşayır. Dəri vəzilərinin zəhərli ifrazatından hindilər ox ucluqlarına sürtmək üçün istifadə edirlər.
İran dırmanan təlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. == Təsviri == Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
Cənubi Qafqaz dırmanantəlxəsi
Cənubi Qafqaz dırmanantəlxəsi (lat. Zamenis hohenackeri -Suilanıkimilər fəsiləsinə aid növ. == Statusu == Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bildiyi üçün NT kateqoriyasına daxil edilmişdir. Nadir, azsaylı ümumi arealı daxilində az öyrənilmiş növdür. == Qısa təsviri == Bədənin uzunluğu 750 mm, quyruğu bundan 4–5 dəfə qısa olan orta ölçülü ilandır. Üst tərəfdən bədən qəhvəyi-qonur, boz-qonur və ya açıq qəhvəyi rəngdə olub, bel boyu 2 sıra qəhvəyi-qonur və ya demək olar ki, qara, bəzi yerlərdə yayılan ləkələr uzanır. Bu ləkələr sırası bəzən bədənin önünə keçə bilir. Bədənin yanlarında nəzərə çarpan bir sıra tutqun ləkələr uzanır. Baş üst tərəfdən qara nöqtələrlə örtülüdür ki, bunlardan ən irisi təpə qalxancığın üzərində yerləşir. Peysər nahiyəsində 2 xarakterik tutqun ləkə var ki, bu ləkələr çəngəl şəklində birləşərək, ensiz tərəfləri irəli yönəlmiş olur.
Eskulap dırmanantəlxəsi
Eskulap dırmanantəlxəsi və ya Eskulap ilan — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Görünüşü == Uzunluğu 2 m təşkil edir (ən uzunu isə 2,25 m). Ümumi fonda sarı-boz-krem rənglərinin qarışığını təşkil edir. == Yayılması == Bu növ Şimal-qərbi İtaliyadan Qafqaza qədər olan ərazilərə yayılmışdır. Onlara Cənubi Moldova, Cənub-qərbi Ukrayna ərazilərdə görmək olar. Vaxtı ilə İran və Azərbaycanın cənub şərqində yayılmış Elaphe persica (Werner, 1913) yarımnövü hazırda Fars dırmanantəlxəsi adı ilə müstəqil növə çevrilmişdir. == Həyat tərzi == Onlar əsasən ön dağlıq ərazilərdə yayılırlar. Bəzən 2000 m yüksəkliyə qədər yayıla bilirlər. Onlara daha çox çay və fındıq kolları arasında olurlar. Xüsusi ilə açıq və insnların çox olduğu ərazilərdən qaçırlar.
Fars dırmanantəlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. == Təsviri == Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
Naxışlı dırmanantəlxə
Naxışlı dırmanantəlxə(lat. laphe dione) — Suilanıkimilər fəsiləsinə, Dırmanan təlxələr cinsinə aid növ. == Görünüşü == Uzunluğu 1,5 m, quyruğu isə bir qayda olaraq 17–30 sm olur. Boğaz nahiyəsində pulcuqları yumşaqdır. Boğaz nahiyələri bozumtul və ya sarı olur üzəri isə qırmızı naxışlarla örtülü olur. Üzəri bozultul rəngə çalır. Bəzən qara rəngdə olan nümayəndələri də olur. == Yayılması == Onlara Koreya, Monqolustan, Şimali Çin, Orta Asiya (Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan), Qazaxıstan), Rusiya (Sibir, Başqırdıstan, Orenburq vilayəti və Samara vilayəti), Ukrayna, Şimali İran, Əfqanıstan və Cənubi Qafqaz (Gürcüstan) ərazilərində yayılmışlar. Yarımnöv əmələ gətirmir. == Həyat tərzi == Naxışlı təlxələr bir çox şəraitlərə uyğunlaşa bilmişlər.
Pallas dırmanantəlxəsi
Pallas dırmanantəlxəsi (lat. Zamenis sauromates) — Suilanıkimilər fəsilsinə aid növ. == Təsviri == Bədəninin üst tərəfində 4 tutqun xallar sırası olur. Bel tərəf boyunca iri qəhvəyi-qonur qara romb və ya oval şəkilli xallar olur. Bu xallar qovuşaraq dalğavari zolaq əmələ gətirir. Bədənin yanlarında cavan fərdlərdə aydın nəzərə çarpır. Yetkin fərdlərdə isə ümumi əlvan fonda itir. Bədənin yanlarında yerləşən xüsusi pulcuqlar qırmızımtıl və ya narıncı rəngdə olur. Başın yanlarında tutqun zolaq yaşlı fərdlərdə gözün arxa kənarından ağızın küncünə qədər, cavan fərdlərdə isə sifətin yanlarından burun dəliklərindən başlayaraq gözün ön kənarına qədər aydın nəzərə çarpır. Üstdodaq qalxancıqları yaşlı fərdlərdə açıq- sarı olur.

Значение слова в других словарях

парнокопы́тный подкле́йка представле́ние футбо́льный чернокры́лый воско́вка грязелече́бный ке́сарь надса́д просека́ться радиофо́бия раздобы́ть возмездие Camilla dipping forthputting godforsaken laniary lightish make-up otic reptile unfitted well-sinker yellow-belly