DIRNAQ

is.
1. Barmaqların ucunun üst tərəfində sümük kimi maddədən ibarət örtü. Dırnaq tutmaq. Dırnaq şotkası (dırnaqları təmizləməyə məxsus kiçik şotka).
// At, inək kimi heyvanların ayaqlarının alt hissəsini əhatə edən bütöv və ya haça şəklində buynuz maddə.
[Balaxanım Dadaşa:] Hələ mən səni öz atımın dırnaqları altında tapdadanda tamaşa elə, Dadaş Lələşov! S.Rəhimov.
Dırnağilə bəzək vurub nəmli torpağa; Qoyun-quzu mələşərək qalxır yaylağa. S.Rüstəm.

2. Caynaq (quşlarda).
□ Dırnaq ilişdirmək (keçirmək) – tutmaq, çənginə keçirmək, yapışıb buraxmamaq.
3. dilç. « » və ya “ ” işarəsi olub, mətn daxilində vasitəsiz nitqi, sitatları, əsər adını, başlıqları, ayrı-ayrı sözləri, həmçinin şərti və ya əks mənada işlənən sözləri bildirmək üçün işlənir.
□ Dırnaq arasında (içində) – bax dırnaqarası.
Kobud dedim, kobudluq yerində xoşa gəlir; İşlədirəm bu sözü mən dırnaq arasında. S.Rüstəm.

◊ Dırnağı bərk olsun! – təzə alınan at üçün deyilən xeyirxahlıq ifadəsi.
Dırnağı qayım olsun! etnoqr. – təzə gəlin üçün edilən xeyir-dua.
…dırnağı da ola bilməz (deyil) – müqayisələrdə birinin digərindən çoxçox aşağı, dəyərsiz, ləyaqətsiz olduğunu bildirir.
[Vəli:] A balam, sən özünə artist deyirsən? Sən yüz il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən. Ə.Haqverdiyev.
Dırnağı ilə (çalışmaq və s.) – ağır zəhmət və çətinliklə.
Sən süngünlə, dırnağınla yer altından yol açarsan; Sən qaranlıq küçələrə gözlərindən nur saçarsan. S.Vurğun.

Dırnaq qədər – əsla, qətiyyən, heç.
[Mindilli:] Siz bu hadisələrə bir dırnaq qədər də fikir verməyin. S.Rəhman.

Dırnaq yeri axtarmaq – girəvə, bəhanə axtarmaq.
Dırnaq göstərməyən (sızmayan) – xəsis.
Dırnaq ovuca batmaq1) bilmədən özü öz işini korlamaq;
2) özünə güvənmək.
Ətlə dırnaq arasına girmək – bax ət.
Təpədən dırnağa (qədər) – bax təpə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DIRNAQ 1. DIRNAQ Gözlərinin yaşları, dırnaqları ilə dartıb dağıldıqları yanaqlarının qanı sifətləri uzunu axırdı (Ə
  • DIRNAQ caynaq

Omonimlər

  • DIRNAQ DIRNAQ I is. Əl və ayaq barmaqların bərk və iti ucu. Kim bilir, bayaqdan dırnaqlarını tutdurmağa getmişdi (C

Etimologiya

  • DIRNAQ Bu sözlə qohum olan aşağıdakı kəlmələr mövcud olub: tırna(maq) (чесать), duş darağı (pipik; rusca: “гребень”), əl darağı (кисть руки), ayaq darağı (пе
DIRNAĞAOXŞAR
DIRNAQARASI
OBASTAN VİKİ
Dırnaq
Dırnaq — insanların (bir çox onurğalıların) ayaq və əllərinin uclarında mövcud olan bərk lövhəciklər. Qaşıma, soyma, cızma kimi funksiyaları var. Ayaq dırnaqları əl dırnaqlarına nisbətən daha ləng uzanır. Dırnaqların uzunma sürəti şəxsin orqanizmdən və yaşından asılı olaraq fərqlənə bilər. Uzanmış dırnaqların altında bakteriyaların inkişafı üçün əlverişli mühit yaranır. ABŞ-nin Florida ştatındakı Klivlend klinikasının dermatoloqu Tamar Lior öz araşdırmaları nəticəsində belə bir nəticəyə gəlmişdir ki, insanın dırnaqlarının rəngi vasitəsi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür. O dırnaqlardakı rəng dəyişikliklərinin bədəndəki hər hansı bir sağlamlıq problemi ilə əlaqədar olduğunu bildirmiş və rənglərə görə xəstəlikləri aşağıdakı kimi sıralamışır: Dırnaqlarda ağ rəng - Qara ciyərdə hepatit. Sarımtıl rəng - Ağciyərdə emfizema. Sarımtıl və azca qızartılı rəng - Diabet. Yarı ağ, yarı çəhrayı - Böyrək xəstəlikləri.
Dırnaq göbələyi
Tinea Unguium kimi də tanınan onikomikoz (Dırnaq Göbələyi) dırnağın göbələk infeksiyasıdır. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb ola bilər. Risk faktorlarına atletin ayağı, digər dırnaq xəstəlikləri, bu xəstəliyə məruz qalma, periferik damar xəstəliyi və zəif immun funksiyası daxildir. Diaqnoz ümumiyyətlə görünüşə görə və laboratoriya testləri ilə təsdiqlənir. Onikomikoz yetkin əhalinin təxminən 10 faizində baş verir, yaşlı insanlar daha tez-tez təsirlənir. Kişilər qadınlardan daha çox təsirlənir. Onikomikoz dırnaq xəstəliyinin təxminən yarısını təşkil edir. İlk dəfə 1853-cü ildə Georg Meissner tərəfindən göbələk infeksiyasının nəticəsi olduğu müəyyən edilmişdir.
Dırnaq işarəsi
Dırnaq işarəsi (“ ”) və ya (« ») – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi. == Dırnaqların əsas növləri == Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər: == Rusca yazıda istifadə edilən dırnaqlar == === Qoşa dırnaqlar === Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman «lapka»sından istifadə edilir. == Azərbaycanca yazıda istifadə edilən dırnaqlar == Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı "makina qoşa dırnaq işarəsi" və «yolka»dan da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmamışdır.
Dırnaq lakı
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dırnaq törpüsü
Dırnaq törpüsü, Savand və ya Sohan — yüngülcə dırnaqların kənarlarını yumşaltmaq və şəkilləndirmək üçün istifadə edilən vasitədir. Manikür və pedikürdə də istifadə edilir. == Mənbə == "A History of Nail Care" (ingilis). Nails Magazine. 2004. 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-07.
Dırnaq boyası
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Qaraquş (dırnaq mayası)
Qaraquş (lat. reduvial)- dırnaq büküşünün dərisinin cırılması. Adətən yan (lateral) büküşdə görünür, çünki bu yerdə dəri tez-tez mexaniki təsirə məruz qalır, lakin, arxa büküşdə də baş verə bilər. == Səbəblər == Əllərinizin dərisi nə qədər qurudursa, qaraquşun əmələ gəlmə ehtimalı da o qədər yüksəkdir. Quruluq səbəbdən çox incə dırnaq büküşü elastikliyi itirir və mexaniki təsir zamanı asanlıqla yırtılır. Əlbəttə, barmaqlara intensiv təsir həmçinin qaraquşun yaranmasının riskini artırır. Qaraquş altına infeksiya düşə bilər, hansı kı dırnaq büküşünün irinli iltihabına gətirib çıxara bilər. == Müalicə == Qaraquşlar manikürlü qayçı və ya dırnaqtutan ilə diqqətlə kəsilməlidir, sonra zədələnmiş dırnaq büküşünü dezinfeksiya maddələri ilə təmizlənməlidir. Qaraquşu qopartmaq lazım deyil, çünki tez-tez o zamanda dərinin böyük bir hissəsi ayrılır və yaranın yoluxma riskini artırır.
Asiya dırnaqsız samuru
Asiya dırnaqsız samuru və ya Şərq dırnaqsız samuru (lat. Aonyx cinerea) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. Samurlara aid olan ən kiçik növdür. Molyusk, xərçəng və digər su heyvanlaı ilə qidalanır. Manqrov meşələrində və şirinsulu bataqlıqlarda yaşayır. Əsasən İndoneziya, Cənubi Çin, Cənubi Hindistan və Filippin ərazilərində yayılmışlar.
Cənubi Amerika dırnaqlıları
Cənubi Amerika dırnaqlıları (lat. Meridiungulata) — plasentalı məməlilərə aid nəsli kəsilmiş heyvan dəstəüstü. Cənubi Amerikanın kaynazoy erasında cooğrafi izolyasiyası Cənubi Amerika dırnaqlıların nümayəndələri arsında əsaslı şəkildə təbəqələşmənin getməsinə səbəb oldu. Onlar arasında elə növlər var idi ki, müasir at, dəvə və kərgədanların hər birinə xas olan müəyyən xarici görünüşləri özündə əks elətdirirdi. Cənubi Amerika dırnaqlılarının ümumi əlaməti dişlərinin quruluşu və dırnaqlarının mövcudluğu olub. Bu heyvanlar otyeyən olub, yaşayış mühitindən asılı olaraq müxtəlif növ bitkilərlə qidalanıblar.
Dırnaqlar
Dırnaq — insanların (bir çox onurğalıların) ayaq və əllərinin uclarında mövcud olan bərk lövhəciklər. Qaşıma, soyma, cızma kimi funksiyaları var. Ayaq dırnaqları əl dırnaqlarına nisbətən daha ləng uzanır. Dırnaqların uzunma sürəti şəxsin orqanizmdən və yaşından asılı olaraq fərqlənə bilər. Uzanmış dırnaqların altında bakteriyaların inkişafı üçün əlverişli mühit yaranır. ABŞ-nin Florida ştatındakı Klivlend klinikasının dermatoloqu Tamar Lior öz araşdırmaları nəticəsində belə bir nəticəyə gəlmişdir ki, insanın dırnaqlarının rəngi vasitəsi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür. O dırnaqlardakı rəng dəyişikliklərinin bədəndəki hər hansı bir sağlamlıq problemi ilə əlaqədar olduğunu bildirmiş və rənglərə görə xəstəlikləri aşağıdakı kimi sıralamışır: Dırnaqlarda ağ rəng - Qara ciyərdə hepatit. Sarımtıl rəng - Ağciyərdə emfizema. Sarımtıl və azca qızartılı rəng - Diabet. Yarı ağ, yarı çəhrayı - Böyrək xəstəlikləri.
Dırnaqlılar
Dırnaqlılar (lat. Ungulata) — məməli heyvanların bir qrupu. 5 müasir dəstəni birləşdirir: təkdırnaqlılar, cütdırnaqlılar, xortumlular, sirenlər və damanlar). 1—5 barmaqlı ətraflarında dırnağın olması xarakterikdir. Antarktidadan başqa, bütün materiklərdə yayılmışdır (Avstraliya və Yeni Zelandiyaya gətirilmişdir). Əksəriyyəti bitkilərlə qidalanan, bir qismi isə hər cür qida yeyən heyvanlardır. Qədim dırnaqlılardan əmələ gəldiyi ehtimal olunur. Əksəriyyəti ov heyvanlarıdır. Qiymətli ev və təsərrüfat heyvanları olan at, buynuzlu heyvanlar, donuz, dəvə və maral da dırnaqlılara aiddir.
Dırnaqtutan
Dırnaqtutan — əl və ayaq dırnaqlarını düzəltmək üçün istifadə edilən alət. Dırnaqtutanlar adətən paslanmayan poladdan, həmçinin plastik və alüminiumdan hazırlanır.
Kap dırnaqsız samuru
Kap dırnaqsız samuru (lat. Aonyx capensis) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. == Xarici görünüş == Bədəninin uzunluğu 95 - 100 sm, quyruğu 55 sm təşkil edir. Barmaqları arasındakı pərdə balaca olmasına baxmayaraq yaxşı üzə və suya dala bilirlər. Onların dırnaqları olduqca qısa olur və ancaq arxa ətrafların ikinci və üçüncü barmaqlarında olur. xəzləri elə də sıx deyildir. Bu səbəbndən onlar elə də tez-tez ov obyektinə çevrilmirlər. == Yayılması == Cənubi Afrika, Efiopiya və Seneqalın lal axan sularında, sahillərdə, çay mənsəblərində yayılmışlar. == Həyat tərzi == Qida rasionunun əsasını yengəclər təşkil edir. Onlar asanlıqla yengəcin sərt olan qabığını qıra bilirlər.
Qədim dırnaqlılar
Qədim dırnaqlılar (lat. Condylarthra) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.

Digər lüğətlərdə

затво́рный итого́ мести́ непочти́тельно пантеисти́ческий панто́метр по-афга́нски позна́ние стиля́жничать хмурова́то хохла́тенький доска́бливаться могика́не непода́тливый обмя́ть бусорь ascariases callidity fit-out infundibula sturgeon witch-hazel издали пластичность хромота