DƏBİLQƏ
DƏCƏL
OBASTAN VİKİ
Dəbistan
Dəbistan (jurnal)
Dəbistan (jurnal)
"Dəbistan" jurnalı — ilk pedaqoji jurnal. == Haqqında məlumat == "Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edilirdi.Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadənin adı ilə bağlıdır. Jurnalın 1906-cı ildə 18 nömrəsi, 1907-ci ildə 7 nömrəsi, 1908-ci ildə isə 2 nömrəsi çıxmışdır."Dəbistan" məcmuəsinin başında belə bir bəyanat vardı: == Əməkdaşlar == Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər.Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur. == Jurnalda əks olunan mövzular == "Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Bunlardan əlavə bir çox tərcümələr və Osmanlı əsərləri dərc olunurdu, möhtərəm şəxslərin şəkilləri dərc olunurdu. Bir çox tarixi — təbiət, elmi, fənni, ədəbi və ictimai məlumat tapmaq mümkün idi. "Dəbistan"ın "Valideynə məxsus vərəqə"si də olmuşdur. == Jurnalın bağlanması == Maarifçi-demokratik səciyyəli "Dəbistan" jurnalı maddi çətinliklə üzləşəndə onun nəşrini davam etdirmək üçün jurnala xeyriyyəçi Zəkəriyyə bəy Aslanov da köməklik göstərənlər arasında olmuşdur.

Digər lüğətlərdə

-ятник- ассигно́вка обессмы́сление популя́рность приплю́снутый юна́ки вы́шибить дух генерализи́роваться наци́зм небу жа́рко помехоусто́йчивый стрёма убега́ть ушестеря́ть кобел burgee chinrest dumb well hip-bone jerkwater methodism закупорить обезжиривание обезуметь парламентарный