DƏDƏ

разг.
I
сущ. папа (обычно в речи детей в отношении отца); отец
II
прил. отцовский. Dədə malı отцовское достояние
◊ dədəm (dədəsi) yerindədir годится в отцы кто кому (мне, тебе и т.д.); dədəsi də gəlsə ни в коем случае, никогда; dədəsini yandırmaq kimin давать жару, задать перцу, показать кузькину мать кому; vay, dədəm, vay! батюшки! (восклицание, выражающее страх, изумление); dədə malı kimi bölmək делить поровну
DƏCLƏNMƏK
DƏDƏ-BABA
OBASTAN VİKİ
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Dədə Qorqud
Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. == Təsviri == Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Dədə Saqi
Dədə Saqi (fars. دده سقي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (88 ailə).
Dədə Əfəndi
Dədə Əfəndi (9 yanvar 1778 – 29 noyabr 1846) — XIX əsr Türkiyə bəstəkarı. == Həyatı == Dədə Əfəndi 9 yanvar 1778–ci ildə İstanbulda doğulmuşdur. Lap gənc yaşlarından musiqini öyrənməyə başlamışdır. Yeniqapı Mövləbixanəsində 1001 gün oxuyaraq "Dədə" olmuşdur. İlk əsərlərini 16 yaşında yazan bəstəkar dövrünün böyük bəstəkarı olan III Səlimin diqqətini cəlb etmişdir. Padşah baş musiqiçi və müsahib kimi onu saraya gətirmişdir. Dədə Əfəndi Həccə getmiş, orada Xolera xəstəliyinə tutularaq 30 noyabr 1846-cı ildə orada vəfat etmişdir. Məkkədə Həzrəti Xədicənin ayaq tərəfində basdırılmışdır. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 və ya 1821, Ağkilsə – 7 mart 1926[…] və ya 1926, Ağkilsə, Yeni Bəyazid qəzası) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Dədə Qorqud (1975)
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi. == Məzmun == Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz". Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. == Film haqqında == Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir. Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
Dədə Qorqud (Saatlı)
Dədə Qorqud (əvvəlki adı: Bayramovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Bayramovka kənd inzibati-ərazi vahidi tərkibindəki Bayramovka kəndi Dədə Qorqud kəndi, Bayramovka kənd inzibati-ərazi vahidi Dədə Qorqud kənd-inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 2348 nəfərdir.
Dədə Qorqud (Suraxanı)
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Dədə Qorqud (dəqiqləşdirmə)
Dədə Qorqud — türk, altay və oğuz əfsanələrində, nağıllarda və xalq hekayələrində ozan. Kitabi Dədə Qorqud — Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI-XII əsrlər). Dədə Qorqud (film, 1975) — Azərbaycan istehsalı olan tammetrajlı bədii film. Dədə Qorqud (jurnal) — Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun jurnalı. Dədə Qorqud (heykəl) — Naxçıvan şəhərindəki Dədə Qorqud heykəli. Dədə Qorqud (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Dədə Qorqud (Suraxanı) — Azərbaycan Respublikasının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə.
Dədə Qorqud (heykəl)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Dədə Qorqud parkı
Dədə Qorqud parkı — Bakı şəhərində, Nərimanov rayonunda yerləşən park. ADA Universitetinin və Bakı zooparkının yanında yerləşir. == Haqqında == Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərman imzalamışdı. Daha sonra 2 aprel 2007-ci ildə İlham Əliyevin imzaladığı sərəncamla Nazirlər Kabinetinə həmin fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Aparılan tikinti işlərindən sonra Dədə Qorqud parkı 13 dekabr 2013-cü ildə açılıb. Açılış da İlham Əliyev də iştirak etmişdir.6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltaraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır.Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər.
Dədə Qorqud qəsəbəsi
Dədə Qorqud – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə yaşayış massivi olaraq da adlanır. == Təhsil == Qəsəbədə 960 şagird yeri olan məktəb binası tikilərək istifadəyə verilmişdir.
Dədə Ömər Rövşəni
Dədə Əmir Rövşəni (1407, Osmanlı imperiyası – 1487, Təbriz) — türk mənşəli ələvi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri. == Həyat və fəaliyyəti == "Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir. Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Əmir Əli'dir, ləqədi Dədə, künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir: – demişdir. Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407–1417-ci illər arasını göstərib. Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur.
"Kitabi Dədə Qorqud" Kollokviumu
"Kitabi Dədə Qorqud" Kollokviumu — 1–3 iyul 1988-ci il tarixində SSRİ və Türkiyənin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş elmi tədbir. Kollokviumun təkilat komitəsinin rəhbərləri SSRİ Türkoloqlar Komitəsinin sədr müavini professor Tofiq Məlikli və İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Osman Fikri Sərtqaya olmuşdur. == Haqqında == Kollokviumu Azərbaycan Elmlər Akademyasının elmi katibi, akademik Bəkir Nəbiyev açmışdır. Üç gün davam edən kollokviumda professor Xalıq Koroğlu "Təpəgöz və polifem", professor Tofiq Hacıyev "Dədə Qorqud Kitabı dilinin iki sintaktik xüsusiyyətləri haqqında", professor Süleyman Əliyarlı "Kitabı Dədə Qoqud:tarixi-filoloji araşdırma təcrübəsi", professor Şamil Cəmşidov "Dədə Qorqud Kitabı haqqında", professor Tofiq Məlikli "Kitabı Dədə Qoqudda şeir mətinlərinin strukturu", professor Kamil Vəli Nərimanoğlu "Kitabı Dədə Qoqud şeirləri haqqında bir necə söz", professor Orxan Şaiq Gökyay "Dədə Qorqud Kitabı üzərinə", professor Bəhaəddin Ögəl "Dədə Qorqud Kitabının əski və yazılı qaynaqları haqqında", professor Əhməd Bican Ərcilasun ""Dədə Qorqud Kitabı ilə Oğuz Dastanı arasındakı əlaqələr", professor Tuncər Gülənsoy "Dədə Qorqud Hekayələrinin Anadolu və Rumelində izləri", professor Osman Fikri Sərtqaya "Dədə Qorqud Kitabındaki bəzi şeir parçalarının heca vəzni və məzumə türü açısından yenidən oxunması", professor Fikrət Türkmən "Dədə Qorqud hekayələrinin Anadolu və Rumelində yaşayan qolları", professor Saim Sakaoğlu "Bamsı Beyrək hekayəsindəki qiyafət dəyişdirmə motivi ilə digər motivlərin Anadolu nağıllarında görülməsi" mövzusunda çıxış etmiş və bu çıxışlar ətrafında olduqca geniş, maraqlı müzakirələr aparılmışdır.Altı il sonra, 1994-cü ildə bu məruzələr "Türk Dili Araşdırmaları Yıllığı"nın özəl sayınıda çap olunmuşdur. 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultaydan sonra ilk dəfə idi ki, Türkiyədən bir heyət Bakiya gəlir və orada Azərbaycan türkləri ilə birlikdə elmi konfrans keçirirdilər. Bu Türkiyə alimlərinin Bakıya, Azərbaycana ilk gəlişləriydi. Bakı səfəri onlar üçün " xəyal deyil, xəyal ötəsi" bir şeydi. "Kitabi Dədə Qorqud" kollokviumu Türkiyədə, özəlliklə də Azərbaycanda qorqudşünaslıq elminin inkişafina qüvvətli təkan vermişdir. 1988-ci ildən sonra "Dədə Qorqud ensiklopediyası"nın, onlarla maraqlı kitabın, yüzlərlə məqalənin nəşr olunması, dastanın 1300 illiyinin beynəlxalq səviyyədə qeyd edilməsi, "Dədə Qorqud" elmi jurnalının nəşri bunun sübutudur. "Kitabi Dədə Qorqud" Kollokviumunun 10 illiyi 1998-ci ildə Türkiyənin Konya şəhərində, 20 illiyi isə 2009-cu ildə Bakıda Slavyan Universitetinin təşəbbüsü ilə geniş şəkildə qeyd olunmuşdur.
Dədə Qorqud (film, 1975)
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi. == Məzmun == Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz". Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. == Film haqqında == Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir. Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
Dədə Qorqud oğuznamələri (teleserial)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqudun heykəli (Naxçıvan)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Dədə Şəmşir (film, 2002)
== Məzmun == Film kəlbəcərli məşhur aşıq Aşıq Şəmşirə həsr edilmişdir.
Hicri Dədə
Hicri Dədə (1881, Kərkük, Mosul vilayəti – 11 dekabr 1952, Kərkük) — “Kərkük” qəzetinin baş yazarı, təzkirəçi, şair. == Həyatı == Hicri Dədə 1877-ci ildə Kərkükün Çay məhəlləsində anadan olub. Onun əsl adı Mahmud, ləqəbi Hicridir. Atası Müridzadə Molla Əli, babası şair Naziri Dədədir. İlk təhsilini Kərkükdə Hacı Mustafa Qirdar mədrəsəsində Oçuşlu Molla Məhəmməd Əfəndidən alıb. Vaiz Molla Rza əfəndinin tələbəsi olub və bir müddət Kərkükün tanınmış ziyalılarından olan Əli Hikmət əfəndidən də bəhrələnmişdir. Həmçinin, Molla Qabilzadədən ədəbiyyat dərsləri alan Hicri Dədə boş vaxtlarında şeirlər də yazmışdır. 1912-ci ildə Piryadi məhəlləsində yerləşən məsciddə ərəbcə yazılan məscidin kitabını oxuyarkən yazdığı "Nemə lazım" şeirini söyləyir və mədrəsə təhsilini yarımçıq qoyaraq özünü şeir və ədəbiyyata həsr edir. Təxminən, 1920, 1922 ci illərdə ailə həyatı qurmuş və bu evlilikdən iki qız, iki oğul övladı dünyaya gəlmişdir. O, 1952-ci il 11 dekabrda vəfat etmişdir..
Kitabi-Dədə Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI–XII əsrlər). "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir.Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy". 2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. == Nüsxələr == Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XV əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı lama obrazı mauqlinin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.
Kitabi Dədə-Qorqud

Kitabi Dədə Qorqud

Münəccimbaşı Əhməd Dədə
Münəccimbaşı və ya Münəccimbaşı Dərviş Əhməd Dədə bin Lütfullah (Saloniki, XVII əsrin birinci yarısı – Məkkə, 27 fevral 1702) — Osmanlıda saray mənsubu, alim, təsəvvüf şairi və tarixçidir. Onun baş əsəri — "Cami əl-düval" dünya tarixi kitabıdır, Xəzər dənizinin cənub-qərbi sahili ətrafında qurulan orta əsr müsəlman sülalələrinin tarixi haqqında qiymətli məlumat verir. (Adərbaycan, Şirvan, Arran, Dərbənd) Türk ədəbiyyatında ondan Əhməd Lütfullah olaraq bəhs edilir. == Bioqrafiyası == Onun atası Lütfullah Konyanın Ereğli ilçəsindən idi, ancaq Əhməd XVII əsrin birinci yarısında Salonikidə doğulmuşdu (Encyclopaedia Britannicaya görə 1631-ci ildə). O, Kasımpaşa səmtindəki mövləvixanada təhsil almışdı və 15 ilini burada Şeyx Xəlil Dədənin nəzarətində keçirmişdi. Astronomiya və astrologiyanı öyrəndikdən sonra o, 1667/8-ci ildə münəccimbaşı vəzifəsinə gətirilmişdi. Münəccimbaşı Əhməd Dədə IV Mehmedin dövründə (1648-1687) sarayda önəmli şəxs idi. 1675/6-cı ildə IV Mehmed sarayın ən məhrəm çevrəsinə girişin ifadəsi kimi onu mühasib-i padişah vəzifəsinə gətirdi. IV Mehmedin 1687-ci ilin noyabr ayında hakimiyyətdən salınmasına qədər Münəccimbaşı vəzifədə qaldı. Daha sonra isə o, Misirə sürgün edildi.
Təvəkküli Dədə Saraylı
Təvəkküli Dədə Saraylı — boşnak əsilli Osmanlı şairi. Sarayevoda anadan olmuşdur. O, əsərlərini farsca yazmışdır, baxmayaraq ki, onun əsərləri qorunub saxlanılmamışdır. O, Mövləvi ordeninə mənsub olduğu üçün fars dilini məharətlə bilirdi.
Dədə Qorqud (film)
Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi. == Məzmun == Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır. Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz". Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur. == Film haqqında == Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir. Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
Cavid Dədəkişiyev
Cavid Gülbaba oğlu Dədəkişiyev (5 iyul 1988; Qaralar, İmişli rayonu, Azərbaycan – 2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Aprel döyüşləri şəhidi. == Həyatı == Cavid Dədəkişiyev 1988-ci ilin 5 iyul tarixində İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var idi. 2006-cı ildə İmişli rayonunda Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi almış, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə vəzifəsinə başlamışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Cavid Dədəkişiyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Cavid Dədəkişiyev 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Aprelin 11-i isə Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
DədəBaba
DədəBaba — Azərbaycanda fəaliyyət göstərən və əsasən, rok üslubunda ifa edən satirik qrup. == Qrup haqqında == DədəBaba qrupunun üzvləri 2015-ci ilin yayında bir araya gəlsə də, qrup rəsmi olaraq həmin ilin dekabrında fəaliyyətə başlamışdır. Qrupun mahnıları, əsasən, satirik xarakterli olmaqla cəmiyyətdə olan sosial problemlər haqqındadır.2018-ci ilin martında qrupun "Molotov kotleti" adlı ilk klipinin təqdimatı olmuşdur.27 may 2019-cu ildə qrupun "Buyurun, keçin, baxın" adlı 15 mahnıdan ibarət ilk albomunun təqdimatı keçirilib. Təqdimatdan sonrakı konsert zamanı qrup Niyaməddin Musayev ilə birlikdə müğənninin "Dünya sənin, dünya mənim" mahnısını ifa etmişdir.
Dədə Qorqud axtarışında (film, 2000)
Dədə Qorqud axtarışında — Film mifik şəxsiyyət Dədə Qorqudun tədqiq edilməsindən bəhs edir.
Dədə Qorqud oğuznamələri (film, 2000)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud oğuznamələri (filmlər silsiləsi, dəqiqləşdirmə)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dədə Qorqud Özəl Türk Liseyi
Dədə Qorqud Özəl Türk Liseyi — Bakıda Azərbaycan-Türkiyə özəl liseyi. 1993-cu ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində Sumqayıt özəl texniki liseyi kimi tədrisə başlayan lisey 1999-cu ildən Bakı şəhərində özəl ümumtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. 1997-ci ildən etibarən liseyi bitirmiş 353 məzunun 98,3 %-i ali məktəblərə qəbul olunmuşdur. Universitetlərə qəbul imtahanlarında yüksək nailiyyətə gorə Nizami rayonu üzrə reytinq cədvəlinə başçılıq edən liseyin məzunlarından 32-si qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, həmcinin 1999-cu ilin 5-ci qrup birincisi və 689 balla 2006-cı ilin 1-ci qrup üzrə birincisi məhz bu liseyin məzunları olmuşlar. Liseyin indiyədək yetişdirdiyi 353 məzununun sorağı Moskvadan və İstanbuldan, Londondan və Berlindən, Parisdən və Nyu-Yorkdan gəlir. Onlar məktəb sıraları arxasında qazandıqları bilik və bacarıqlarını dünyanın ən məşhur universitetlərində davam etdirir, məzun olanlar istehsal sahələrində, təhsilini davam etdirənlər yüksək təhsil gostəriciləri ilə vətənə xidmət edirlər. 2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Dədə Qorqud Özəl Türk Liseyi bağlanıb.

Digər lüğətlərdə

-ош-(а) а́ленький аляпова́тый аэронавигацио́нный брезгу́н гедонисти́ческий декорати́вно наму́чить пепто́нный провини́ться с э́тих пор двухпо́льный задари́ть отбе́ливание отреставри́ровать прокле́ивание укорени́ть abhorrent cornute enfold justifiably patent specification pneumatic drill sick-call кидаться