DƏDƏLİ

sif. Atası olan, atalı.
Elədimi mən yetim; Sən dədəli, mən yetim; Özün murada yetdin; Dua elə, mən yetim. (Bayatı).

Синонимы

  • DƏDƏLİ dədəli bax atalı
  • DƏDƏLİ atalı
DƏDƏ-BABA
DƏDƏLİK
OBASTAN VİKİ
Dədəli
Dədəli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Dədəli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dədəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Dədəli (Talin) — Qərbi Azərbaycanın Talin mahalında kənd. Dədəli (körpü) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü.
Dədəli (Ağsu)
Dədəli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini XIX əsrin ortalarında ərəbdədəli tayfasına mənsub ailələr keçmış qışlaq yerində salmışlar. Sonralar toponimin tərkibindəki ərəb komponenti düşmüşdür.
Dədəli (Füzuli)
Dədəli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli оbası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. İran şahzadəsi Abbas mirzə Qоvanlı-Qacar 1805-ci ildə Dədəli оbasında оturaq etmiş, düşərgə salmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Baharın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk dəfə bir çocuq olaraq Araz çayını görən Abbas mirzə bu dəfə bir sərkərdə, bir komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı. Xudafərin körpüsünün üstündən ordu Arazın o tayına keçməyə başladı. Ordu, Qarabağın Dədəbəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas mirzə ordunun öndə gələn isimləri ilə bir yerdə durum dəyərləndirməsi yapdı.
Dədəli (Talin)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Dədəli (Talın)

Dədəli (Xaçmaz)
Dədəli — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli kəndi Xaçmaz rayonunun qədim kəndlərindən biridir. Məskunlaşma tarixi IX-X əsrə təsadüf edən bu kəndin adının mənası “sahibi olan yer” mənasında işlənir. Kəndin adının güman edilən digər mənası: Dədəli, Babalı – yəni köklü, tarixi çox olan kənd deməkdir. Digər rəvayətə görə güman edilir ki, "Dədəli" sözü "Dəhdəli" sözü ilə eynidir. "Dəh dəli" sözündəki "dəh" farscadan "on" deməkdir ki, bu da "on dəli" kimi izah olunur. Bunu da onunla əlaqələndirirlər ki, vaxtı ilə Koroğlunun "on dəlisi" bu ərazidə yaşayıb. Bəzi tarixçilər “Dəh dəli” ifadəsini fars dilindən tərcümədə “on döyüşkən igid” mənasında işləndiyini söyləmişlər. Rəvayətə görə Azərbaycan xanlarından olan Ləzgi Hacı Davud xan 1680-ci ildə bu kənddə anadan olmuşdur. Hacı Davud xan 1721-1728-ci illərdə böyük bir ərazinin xanı olmuşdur.
Dədəli bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dədəli körpüsü
Dədəli körpüsü — Şərur rayonu ərazisində, Arpaçay üzərində bir tağlı körpü. Ümumi uzunluğu 30 m, eni 4 m, mərkəzdə suyun səthindən hündürlüyü 12 m-dir. Körpünün sol tərəfinin özülü sahildəki sal daşın üstündə, sol tərəfinin özülü isə 2 m dərinlikdə qoyulmuşdur. Kənardan baxanda körpüdə monumentallıq hiss olunur. Orta əsr körpülərinin memarlıq üslubunda inşa olunmuş körpünün XIII əsrdə tikildiyi ehtimal edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 76.
Dədəli kəndi
Dədəli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Dədəli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dədəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Dədəli (Talin) — Qərbi Azərbaycanın Talin mahalında kənd. Dədəli (körpü) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü.

Значение слова в других словарях

-лец- кофеёчек переутоми́ться противополо́жно свежевы́рытый светло-голубо́й ску́сывание германофо́бство ипохондри́ческий размора́живание скульпту́ра стройотря́довка месть birdy corn binder danger arrow do in impudence profitableness spider syllogism unexciting берданка ветродвигатель пробочник