DƏFİNƏ

is. [ ər. ] Yer altında gizlədilmiş, yaxud gizli halda qalan xəzinə.
Heydərbaba, səndə dəfinələr var; Dağlar vədiəsi xəzinələr var… Şəhriyar.

// məc. Yeraltı sərvət mənasında.
Biz açdıq torpağın altında qalmış; Gün üzü görməmiş dəfinələri. S.Vurğun.
Çocuq açılmamış bir dəfinədir; İnsan dövlət üçün bir xəzinədir. M.Müşfiq.

Синонимы

  • DƏFİNƏ dəfinə bax xəzinə 1
  • DƏFİNƏ xəzinə — sərvət

Этимология

  • DƏFİNƏ Ərəbcə dəfn (basdırma) sözündəndir, mədfən sözü ilə qohumdur. “Yerə basdırılmış daş-qaş (xəzinə)” mənasını verir
DƏFƏTƏN
DƏFİNƏLİ
OBASTAN VİKİ
Axalqori dəfinəsi
Axalqori dəfinəsi — 1908-ci ildə Axalqori kəndi yaxınlığında (indiki Gürcüstanın Cənubi Osetiya Muxtar Vilayətiində) qəbirdə aşkar edilmiş dəfinə.Axalqori dəfinəsində e.ə. VI-V əsrlərə aid qızıl və tunc bəzək əşyaları, gümüş qablar, at yüyəni və s. tapılmışdır. Bəzək əyalarının əksəriyyəti yerli ustalar tərəfindən hazırlanmışdır, bəzilərinin Ön Asiyadan gətirildiyi ehtimal olunur.
Dəfinələr adası (roman)
Dəfinələr adası — Şotlandiyalı yazıçı Robert Louis Stevensonun məşhur macəra romanıdır. Bütün romanların bəlkə də ən çox müzakirə olunanıdır. Tropik adalar, X işarəli xəzinə xəritələri ilə tək gözü kor, bir əli qancalı, çiynində tutuquşu ilə yaddaşımızda canlandırdığımız dəniz döyüşçüsü anlayışları Dəfinələr Adası romanının böyük təsiri olmuşdur. == Haqqında == Kitabda İngiltərədə bir işçinin oğlu olan Jim Hawkins'in əlinə keçən bir xəzinə xəritəsi üzərinə çıxdığı xəzinə axtarışı mövzu edilir. Müəllif, əsəri 30 yaşında olarkən yazmağa başlamış və romançı kimi ilk müvəffəqiyyətini bu kitabla əldə etmişdir. İlk on beş bölüm 1881 də, müəllifin həyat yoldaşı və ögəyoğlu ilə birlikdə yaşadığı Şotlandiya yaylaqlarından biri olan Braemar'da yazıldı. Kitabı yazıçıya ögəy oğlu sifariş etmişdi. Ayrı bir kitab olaraq 1883-ci ildə çıxan bu əsər, daha əvvəl 1881-1882 illərdə bir uşaq jurnalında seriallar halında nəşr olunmuşdur. = Personajlar = Cim Hokins (Jim Hawkins) — kitabın əsas qəhərmanı. Əhvalatlar onun dili ilə danışılır.
Gədəbəy dəfinəsi
Gədəbəy dəfinəsi — 1956-cı ildə Gədəbəy rayonunun Xarxar kəndində tapılmış dəfinə.Təsərrüfat işləri zamanı aşkar edilmiş küpənin içərisində 139 gümüş sikkə, qadın bəzək əşyaları olmuşdur. Həmin ərazidə üzərində bitki və həndəsi naxışlarla bəzədilmiş iki gümüş nimçə də tapılmışdır. Sikkələr XVI əsrdə Səfəvi hökmdarı I Şah Təhmasibin adından Gəncə, Şamaxı, Təbriz, Ərciş, İrəvan, Van, Kaşan və Ərdəbildə zərb olunmuşdur. Sikkələrin çoxu eyni tiplidir. Azərbaycan Tarix Muzeyində saxlanılır.
Hadrut sikkə dəfinəsi
Hadrut sikkə dəfinəsi — Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsində aşkarlanan dəfinədə olan numizmatik materiallar. == Tapılma yeri və ümumi məlumat == Hadrut dəfinəsi Azərbaycan xanlıqlarının pul təsərrüfatını açıqlayır. 1939-cu ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində gümüş sikkələr dəfinəsi aşkarlanmışdır. Dəfinədəki 64 (altmış dörd) ədəd sikkə illi Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Dəfinədəki sikkələrin numizmatik təyinatı nəticəsində Azərbaycan xanlıqları (1185–1205 = 1771–1790-ci illərin Şamaxı, 1189–1206 =1775 – 1791-ci illərin Gəncə və 1209 = 1794-cü ilin Pənahabad) dövrünə aid gümüş abbasılardan ibarət olduğu müəyyən edilmişdir. == Səciyyəvi xüsusiyyətləri == Şamaxı xanlığı NF 34555. Şamaxı xanlığı. 1186 = 1772, gümüş abbası, 3,04 qGəncə xanlığı NF 34575. Gəncə xanlığı. 1189 = 1775, gümüş abbası, 2,98Qarabağ xanlığı NF 34580.
Lexuri dəfinəsi
Lexuri dəfinəsi (gürc. ლეხურის განძი) — 1947-ci ildə Gürcüstanda, Lexuri vadisində təsadüfən aşkar edilmiş qızıl sikkə dəfinəsi. Dəfinənin bir hissəsi salamat qalmışdır. Tərkibində Venesiya dukatları, Osmanlı sultaniləri və Səfəvi sikkələri var. Sultanilər Sultan I Süleyman, Səfəvi sikkələri isə I Təhmasib adına kəsilmişdir. Ən son 1548-1549-cu illərinə aiddir. Bu o deməkdir ki, dəfinə 1549-cu ildən sonra dəfn edilmişdir. Bu, Gürcüstanda Venesiya, Osmanlı və Səfəvi qızıl sikkələrinin peyda olması ilə bağlı ilk hadisədir. Dukatların tapılması Venesiya ilə Gürcüstanın əlaqələri haqqında yazılı mənbələri təsdiqləyir.
Mtisdziri dəfinəsi
Mtisdziri dəfinəsi — Gürcüstanda arxeoloji abidə. 1962-ci ildə Kvareli bələdiyyəsinin Mtisdziri kəndinin mərkəzi hissəsində torpaq şumlanarkən aşkar edilmişdir. 1988-ci ildə elə həmin yerdə torpaq becərilməsi zamanı dəfinənin digər hissəsi tapılmışdır. Hal-hazırda xəzinədə 697 gümüş sikkə var: Sasani draxmaları, Əməvi və Abbasi xəlifələrinin adına zərb edilən sikkələr var. Ən qədim sikkələr Sasani dövrünə aiddir. Tarixçilər ehtimal edirlər ki, dəfinə IX əsrin birinci rübündə burada basdırılmışdır. Gürcüstan Milli Muzeyində saxlanılır.
Nüydü dəfinəsi
Nüydü dəfinəsi — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında tapılmış antik dövrə aid gümüş pullar dəfinəsi. 36 sikkədən ibarət dəfinə 11 №-li qadın qəbirində bükülü vəziyyətdə basdırılmış ölünün ayaq tərəfinə qoyulmuş kiçik küpədə (dopu) aşkar edilmişdir. Bir üzünda sxematik insan başı, əks tərəfində isə əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi—?) tutmuş adam təsviri həkk edilmiş sikkələrin yazısı yoxdur. Yerli alban (Qafqaz) pulları olan bu sikkələr Makedoniyalı İskəndərin pullarına bənzədilərək kəsilmişdir. Belə anonim sikkələr Azərbərbaycanın digər yerlərində (Xınıslı, Qəbələ və Yaloylutəpə) də aşkar edilmişdir.
Ozurgeti dəfinəsi
Ozurgeti dəfinəsi — Avropa gümüş sikkələri dəfinəsi. 414 ədəd sikkə var. Bu, 1953-cü ildə Gürcüstanın Ozurgeti şəhərində tapılmışdır. Dəfinə mis qaba qoyulmuşdur. Ozurgeti dəfinəsinin bir hissəsi (270 ədəd) Avstriya talerlərindən (51 ədəd), Venesiya dukatlarından (1 ədəd), Toskana talerosundan (11 ədəd) və İspaniya pesosundan (207 ədəd) ibarətdir. Gürcüstan ərazisində belə böyük taler sikkə xəzinəsinin tapılması sübut edir ki, Avropa gümüş sikkələri Gürcüstanın pul dövriyyəsində mühüm rol oynamışdır.Ozurgeti dəfinəsindən 270 sikkə Gürcüstan Simon Canaşia Muzeyində, 144 sikkə Ozurgeti Tarix Muzeyində saxlanılır.
Qurzuli dəfinəsi
Qurzuli dəfinəsi — Gürcüstanda gümüş sikkə dəfinəsi. Dəfninənin salamat qalmış hissəsində 469 ədəd sikkə var. 1926-cı ildə Qurzuli kəndində tapılmışdır. Sikkələrin əksəriyyəti Kappadokiyada zərb edilmiş draxma və didrakmalardır. Dəfinənin 168-ci ildə gizlədildiyi güman edilir.
Xınıslı dəfinəsi
Xınıslı dəfinəsi – Azərbaycanın Şamaxı rayonunun Dərə Xınıslı kəndinin yaxınlığında tapılan gümüş sikkə dolu xəzinə. Xəzinə 1958-ci ildə təpədə üzüm plantasiyalarının əkilməsi üçün aparılan təsərrüfat işləri zamanı Xınıslı yaşayış yerinin qalıqları ilə birlikdə tapılmışdır. Xəzinə Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılır. Bu tapıntı sayəsində 300-dən çox sikkə tədqiq edilmişdir. Xəzinədə yerli bənzətmə alban sikkələri (72 ədəd) ilə birlikdə, həmçinin Roma İmperiyasına (denari), Afinaya (5 tetradraxma), Frakiyaya (3 tetradraxma), Vifiniyaya (7 tetradraxma), Ponta (1 tetradraxma), Selevkilərə (76 tetradraxma) və Arşakilərə (161 draxma) aid pullar tapılmışdır. Ehtimal olunur ki, xəzinə təxminən e.ə. I əsrin üçüncü rübündə basdırılmışdır.Xəzinədə olan ən erkən pul Frakiyada Lisimahın (e.ə. 323–281 illər) adından zərb olunan tetradraxmadı, ən qədimi isə III Fraatın (e.ə. 70–58) arşaki draxmasıdır.Arxeoloji qazıntılarda sikkələrlə yanaşı gümüş bəzək əşyasının qırıntısı (5,52 qr), yastı gümüş lövhəsi (58,74 qr), gümüş külçə (29,96 qr) də tapılmışdır. Belə böyük sayda alban sikkələri ilk dəfə Xınıslı dəfinəsində tapılmışdır.
Yurdçu dəfinəsi
Yurdçu dəfinəsi — Kəngərli rayonunun Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Dəfinədən aşkarlanmış numizmatika məmulatından 328 ədədi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tədqiq edilmişdir. Dəfinədən aşkarlanmış sikkələrdən ən qədimi Bizans imperatoru I Yuanın (969-976) adına kəsilmiş dirhəmdir. Yurdçu dəfinəsi içərisində Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın adına kəsilmiş dirhəmlər də vardır. Dəfinənin əksər sikkələri Azərbaycan Atabəylər dövləti hökmdarlarının adından kəsilmişdir.
Ziviyə dəfinəsi
Ziviyə — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. Ziviyə abidələri daha çox buradan tapılan dəfinə ilə məşhurlaşmışdır. Dəfinə, Saqqız yaxınlığında Ziviyə kəndinin sakinləri tərəfindən aşkarlanmışdır. R.Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü saka sözündən törəmişdir. Ziviyə kəndinin adı II Sarqonun və Aşşurbanipalın kitabələrində Zibia-İzzibia-Uzbia kimi qeyd edilmişdir. R.Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə Zibia, görünür əhalinin yaşadığı yer – yaşayış yeri yox, daha mühüm yaşayış yerinə gedən yolu kəsən və ancaq qoşun yerləşdirilən adi istehkam məntəqəsi olmuşdur. Ziviyə dəfinəsi əşyaları e.ə. IX-VII əsrlərə aid edilir. Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviyə dəfinəsinin skif üslublu qızıl əşyalarını B.B.Piotrovski e.ə. VII əsrin sonlarına aid edir.
Çaykənd dəfinəsi
Çaykənd dəfinəsi - Azərbaycan Respublikası Göygöl rayonunun Çaykənd kəndində tapılmış (1935) gümüş sikkə dəfinəsi. Dəfinə (ümumi çəkisi 4830 q) 2297 sikkədən ibarətdir. Sikkələr Osmanlı sultanları II Mehmet və II Bəyazid (1 sikkə), Ağqoyunlu Rüstəm və Məhəmməd (2), Şirvanşah Fərrux Yasar və II Şeyx İbrahim (1930 sikkə), habelə Səfəvi I İsmayılın (354 sikkə) hakimiyyəti dövründə kəsilmişdir. Çaykənd dəfinəsinin XVI əsrin I rübündə basdırıldığı ehtimal olunur. Çaykənd dəfinəsi XV əsrin sonları - XVI əsrin əvvəllərində azərbaycan tarixinin bəzi problemlərini, pul dövriyyəsi maliyyə və çəki sistemini öyrənmək üçün qiymətli mənbədir. Dəfinə Milli azərbaycan Tarixi Muzeyində saxlanılır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh. 467.
Çometi dəfinəsi
Çometi dəfinəsi — Gürcüstanda e.ə. V–IV əsrlərə aid dəfinə. 1928-ci ildə Çometi kəndi yaxınlığında gil qabda tapıılmşdır. Kolxida tayfalarına aiddir. Dəfinə 380 Kolxida tribolası və qırıq gümüş bilərziklərdən ibarət idi. Dəfinə Gürcüstanın Milli Muzeyində saxlanılır.

Значение слова в других словарях

автопогру́зчик гру́зно му́тно нагну́ть пересели́ть подгоня́ла чи́стое эфе́нди де́нежно доигра́ть преднаме́ренность силла́бо-тони́ческий цирко́ний куколь цимизина alkanet Eastern time nipped Nisei outdoorsy turfgrass unladderable Vichyite общественно-политический полбеды