DƏHRƏ

is. Ağac budamaq, yaxud çox qalın olmayan ağacları kəsmək üçün burnuəyri kəsici alət.
Yox, əfəndim, bu məsələlərdə dəhrə ilə müharibəyə çıxmaq olmaz. N.Nərimanov.
…Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı… S.S.Axundov.
[Yusif] iti dəhrə ilə bir neçə budağı kəsib yerə tökdü. Ə.Abasov.

// Ət doğramaq (döymək) üçün alət; ətdöyən, qiyməkeş.
Mətbəxdən dəhrə, taxta səsi gəlir. Ə.Haqverdiyev.

Etimologiya

  • DƏHRƏ Mənbələrə inansaq, fars sözüdür. Azərbaycan dilində onun müqabilində dımıq (ehtimal ki, dimdik sözü ilə bağlıdır, çünki dəhrənin burnu dimdiyə oxşayır
DƏHR
DƏHRƏBURNU
OBASTAN VİKİ
Dəhrəv
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Dəhrəz
Dəhrəz — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəhrəz kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun Ağbulaq inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Keçmiş adı Qayabaşı olan bu kənd XVIII əsrdə Qarabağ xanlarına məxsus mulk idi. XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi bu adı almışdır. Oykonim fars dilindəki dəhliz sözünun variantı kimi "ensiz, dar kecid" mənasındadır.

Digər lüğətlərdə

...ты́сячный галде́ние источи́ть кру́гленький налепля́ть отви́снуть предвече́рие премо́дный раздроби́ть тира́нить вы́емчатость медли́тельный моро́шковый накаля́каться психиатри́ческий регенера́тный сбру́йный сине́ть студе́нтка фал хронометри́рование homoeomerous keep down smallholder stone-still