DƏHRƏ

Mənbələrə inansaq, fars sözüdür. Azərbaycan dilində onun müqabilində dımıq (ehtimal ki, dimdik sözü ilə bağlıdır, çünki dəhrənin burnu dimdiyə oxşayır), burnuəyri sözləri işlədilib. Sonra dəhrə onları sıxışdıraraq sıradan çıxarıb. Farsca mənası “əyri” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DƏHNƏ
DƏXL
OBASTAN VİKİ
Dəhrəv
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Dəhrəz
Dəhrəz — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəhrəz kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun Ağbulaq inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Keçmiş adı Qayabaşı olan bu kənd XVIII əsrdə Qarabağ xanlarına məxsus mulk idi. XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi bu adı almışdır. Oykonim fars dilindəki dəhliz sözünun variantı kimi "ensiz, dar kecid" mənasındadır.

Digər lüğətlərdə

афиши́рование бибабо́ выпры́гивать калева́ть нитрола́ковый свилева́тость существо́ фи́тинги царе́вна горя́чность самоупра́вный ука́лывать домой ремесло algal beauty parlour finished fractionalize immaculate unobliging венец запахнуть злопыхательство пасс рекомендовать