DƏLLAL

is. [ ər. ]
1. Alverdə alanla satan arasında vasitəçilik edən şəxs.
Genə şəhr içrə gördü ol minval; Satır əvvəlki eşşəyi dəllal. S.Ə.Şirvani.
Dəllallar ilə hiylədə şeytan da bacarmaz! Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz! Ə.Vahid.

2. Hər hansı bir işi həll etmək üçün iki nəfər arasında vasitəçilik edən adam; araçı.
Əhməd orta məktəbi bitirdiyi gündən Məhərrəm əmi onun pulsuz dəllalı olmuşdu. A.Şaiq.

3. Aradüzəldən, vasitəçi.
O bilirdi ki, bu qadın dəllalları fəlakətə düşmüş qurbanlarını dərhal görür. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏLLAL araçı — vasitəçi
DƏLİTƏRƏ
DƏLLALBAŞI

Digər lüğətlərdə

дори́йский закра́ина колле́га плоско... пова́пить подвязно́й поотдохну́ть приволокну́ться пропонтировать ули́тковый хвале́бник зоо... клубни́чина сырова́то техници́стски усло́вно мичман -стичь knobble obliquity бромистый меняльный наколенник отпихивать шток