dəllal
dəlmək
OBASTAN VİKİ
Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Dəllək Murad – XVIII əsr aşıqlarından biri.
Dəllək Murad
Dəllək Murad (XVII əsr və ya XVIII əsr – XVIII əsr) – XVIII əsr aşıqlarından biri. == Həyatı == Dəllək Murad XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsihətlərə rast gəlmək olar. == Yaradıcılığı == == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri: I. Bakı: 1983, səh.147–151. Azərbaycan Ədəbiyyatı İnciləri/Bayatı, Qoşma, Təcnis. Bakı: 1988, səh.265. Telli saz ustadları. Bakı: 1964, səh.20–23.
Yaxa Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Çöl Dəllək
Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 365 nəfərdir (2009).
Dəlləkli
Azərbaycanda Dəlləkli (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəlləkli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Dəlləkli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Dəlləkli (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Dəlləkli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Ermənistanda Dəlləkli (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonra isə keçmiş Qafan rayonu ərazisində kənd. Dəlləkli (Kotayk) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Dəlləkli (Kotayk)
Dəlləkli — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim mərzili tayfasının bir qolunu təşkil edən dəlləkli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 374 nəfər, 1904-cü ildə 396 nəfər, 1914-cü ildə 445 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 33 nəfər, 1931-ci ildə 40 nəfər azərbaycanlı yaşamışdır.
Dəlləkli (Masallı)
Dəlləkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 160 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqələrini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.
Dəlləkli (Quba)
Dəlləkli (əvvəlki adı: Petropavlovka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Quba rayonunun Petropavlovka kəndi Dəlləkli kəndi adlandırılmışdır. == Toponimikası == Quba rayonunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Çarizmin köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalarından XIX əsrin birinci yarısında köçürülmüş rus ailələri burada məskunlaşdıqdan sonra kəndə Petropavlovka adı verilmişdi. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1002 nəfər əhali yaşayır.
Dəlləkli (Tovuz)
Dəlləkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd dəlləkli nəslinə mənsub ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Keçmişdə mərzili və ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Dəlləkli (Yardımlı)
Dəlləkli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Dəlləkli (Zəngilan)
Dəlləkli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılıb, etnotoponimdir. Keçmişdə Mərzili və Ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. Kənd təxminən 60-70 evdən ibarət olub. Araz çayının sahilinin üst tərəfində yerləşir. Aşağı tərəfdən Bakı-Mincivan-Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolu keçir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Bartaz kənd dairəsinin Dəlləkli kəndində 29 ev və 162 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan şiə idilər.
Dəlləklər
Dəlləklər — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəlləklər Yevlax rayonunun Qaramanlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmiş adı Vəlibəyli olmuşdur. Rayonun İsmayılabad kəndində Dəlləklilər məhəlləsi, Qaraoğlan kəndində isə Dəlləkli oymağı coğrafi adlarının olması güman etməyə əsas verir ki, kənddə həmin oymaqdan və ya məhəllədən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaşayış məntəqəsi bu adı almışdır. Etnotoponimdir..
Dəlləkoba
Dəlləkoba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Qızılavar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dəlləkoba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Dəlləkli (Zəngəzur)
Dəlləkli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Tsav kəndindən 2 km qərbdə yerləşirdi. == Etimologiyası == Kəndin adı Dəlləkli nəsil adı əsasında yaranmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 118, 1905-ci ildə 336, 1914-cü ildə 276 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Digər lüğətlərdə