DƏMİROV

Təmrəyi, təmirətgə kimi formalarda qeydə alınıb. Dəmir sözü ilə bağlıdır. Dəmirlayu (dəmir kimi) şəklində olub, sonra dəmirov formasına düşüb. M.Kaş­ğa­ridə şeir var: Tekre alıb ekrelim (dairə alıb, -vurub, -dairələnək), / Attın tüşüb yükrelim (atdan düşüb yüyürək), / Aslanlayu kükrelim...  Aslanlayu “aslan kimi” deməkdir. Dəmirlayu da “dəmir kimi” deməkdir. Dəmirov yanmış dəmirin üzün­dəki qabıqlara oxşayır. Adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DƏMİRQIR
DƏN
OBASTAN VİKİ
Həsən Dəmirov
Həsən Turan oğlu Dəmirov (1 dekabr 1994; Cəlilabad rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Dəmirov 1994-cü il dekabrın 1-də Cəlilabad rayonunun Muğan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Həsən Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Dəmirov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Dəmirov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu — xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. == Həyatı == Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Siyahim Dəmirov
Siyahim Əlizamin oğlu Dəmirov (13 sentyabr 1990; Beyləqan rayonu, Azərbaycan SSR — 29 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1997-2008-ci illərdə R. Nəsirov adına Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Siyahim Dəmirov 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik giziri olan Siyahim Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyahim Dəmirov oktyabrın 29-da Şuşa istiqamətində şəhid olub.Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyahim Dəmirov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyahim Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi."Şücaətə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Siyahim Dəmirov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Siyahim Dəmirov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Siyahim Dəmirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Teyyub Dəmirov
Teyyub Hacı Məmməd oğlu Dəmirov (25 aprel 1908, Bakı – 9 avqust 1970, Bakı) — Azərbaycan qarmonçusu. == Həyat və yaradıcılığı == Teyyub Dəmirov 25 aprel 1908-ci ildə Bakıda anadan olub. O, Kor Əhədin tələbəsi və davamçısı olmuş, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblı 1941-ci ildə yenidən bərpa olunanda orada qarmon ifa etmişdir.Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutur. Bundan əlavə o, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olmuşdur. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı o, bir sıra rənglər və dəramədlər də bəstələmiş, Azərbaycan qarmonunun inkişafında mühüm rol oynamışdır.Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda vəfat etmişdir. Onun ifasında səsləndirilən "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.
Vüsal Dəmirov
Vüsal Aydın oğlu Dəmirov (10 sentyabr 1993; İsmayıllı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu,BTR sürücüsü, MAHHXQ İkinci Qarabağ müharibəsi şəhidi. Tovuz döyüşləri, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüşdür. == Həyatı == Vüsal Dəmirov 1993-cü il sentyabrın 10-da İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Vüsal Dəmirov 2014 cu ildə hərbi xidmətə başlayıb. Aprel döyüşündə , Tovuz döyüşündə fəal iştirak etmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Dəmirov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İbadulla Dəmirov
İbadulla Dəmirov (tam adı: İbadulla Ağabala oğlu Dəmirov ; d. 21.08.1959, İmişli Otuziki kəndi, - ö. 25.06.1992, Qazançı, Zəngilan rayonu) — "Hərbi xidmətlərə görə" medalı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbadulla Dəmirov 1959-cu il 21 avqustda İmişli rayonu Otuziki kəndində dünyaya gəlmişdir. 1965-ci ildə Biləsuvar rayonu Səmədabad kənd orta məktəbinə daxil olmuş,daha sonra isə ailəsi ilə birlikdə Biləsuvar rayonuna köçmüşdür və Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. 1975-ci ildə Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. İbadulla Dəmirov 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. 1983-cü ildə Leninqrad şəhərində Ali hərbi məktəbə daxil olmuş,məktəbi qurtardıqdan sonra İbadulla təyinatla Alma-Ata şəhərində yerləşən hərbi hissəyə göndərilmişdir. 1990-cı ilin yanvar ayından Azərbaycan Respublikası Daxili Qoşunlar Komandanlığının sərəncamı ilə N saylı hərbi hissəsinin birinci batalyonunda komandir müavini vəzifəsində çalışmışdir. === Ailəsi === Dəmirova Kamilə Umudəli qızı - həyat yoldaşı Dəmirov Natiq İbadulla oğlu - övladı == Döyüşlərdə iştirakı == İbadulla Dəmirov 1992-ci ilin aprel ayından Ağdam rayonunun Papravənd kəndində gedən döyüşlərdə iştirak etmişdir.
Ədalət Dəmirov
Ədalət Nüsrət oğlu Dəmirov (9 noyabr 2001; Aşağı Qaraməryəm, Göyçay, Azərbaycan — 2 noyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ədalət Dəmirov 9 noyabr 2001-ci ildə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşüb. Ağcabədidə xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ədalət Dəmirov Füzuli, Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. Cəfərov Vüsal oktyabrın 22-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi sonradan müəyyən olunub. Göyçayda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ədalət Dəmirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Dəmirovlu pir məbədi
Dəmirovlu pir məbədi — Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi. == Haqqında == Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Tədqiqatçılar məbədi XI əsrə aid edirlər. Məbəd binası yerli daşlardan hündür dağlıq ərazidə inşa edilmişdir. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olmuşdur. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edillib. == İstinadlar == == Xarici keçidlər == ""Qarabağ – mədəniyyətimizin beşiyi"". 525.az. İstifadə tarixi: 25 may 2021. "Mədəniyyətimizin beşiyi".
астробио́лог вы́трусить дья́коница прехоло́дный профу́каться распла́чиваться унижа́ть филиа́льный антипрото́н наду́вочный обма́нка о́сыпь слезнико́вый эпический ad lib astragal innholder Latinist paradigm potpie tachograph vocalic кровинка проезжий семья