DƏMROV
DƏN
OBASTAN VİKİ
Böyük Dəmyə
Böyük Dəmyə — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğal zamanı kənd 14 şəhid verib.
Dəmyə əkinçiliyi
Dəmyə əkinçiliyi - süni suvarmaya ehtiyac olmadan reallaşdırılan əkinçilik növüdür. Belə torpaqlar suvarma zonasına daxil edilsə də, burada kənd təsərrüfatı bitkiləri süni suvarma olmadan becərilir. Belə torpaqlar daha çox qayaaltı düzənliklərə və vahələrin kənarlarına xasdır. Azərbaycanda dəmyə əkinçiliyində əsasən yaz fəslində torpağın özünə çəkdiyi nəmişlikdən istifadə olunur. Bu əkinçiliyin sayəsində quraqlığa davamlı taxıl, yem və bostan bitkiləri yetişdirilir. Orta Asiyada su çatışmazlığına görə dəmyə əkin sahələri XX əsrin ortalarına qədər buranın kənd təsərrüfatında çox mühüm rol oynayırdı və belə torpaqların məhsulsuzluğu aclığa səbəb ola bilərdi. Dəmyə əkinində çörəyin bolluluğu torpağın rütubət miqdarından və yaz yağışlarından aslıdır, bu isə o deməkdir ki, məhsulluğu daha çox dağaltı ( dəniz səviyyəsi üzərində təxminən 4000 futa qədər) zolağında yerləşən dəmyə sahələri verir. Nəmişliyin miqdarından aslı olaraq dəmyə sahələrinin ərazisi dəyişir. Bu əkinçiliyin böyük iqtisadi əhəmiyyəti vardır, çünki suvarılma üçün münasib olmayan sahələri istifadə etməyə imkan verir. Əsasən Əfqanıstanda, İranda, Çində, Hindistanda, Pakistanda, Sudanda, Türkiyədə, Orta Asiya ölkələrində, Qazaxıstanın cənubunda və Cənubi Qafqazda qayaaltı düzənliklərdə və vahələrin kənarlarında yayılıb.
Kiçik Dəmyə
Kiçik Dəmyə — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == Kiçik Dəmyə kəndinin əsası 1970-ci ildə qoyulmuşdur. Həmin ərazi əvvəllər xalq tərəfindən Dəmyə adlandırılıb. Sonra Dəmyə kəndinin əsası qoyulub. 1970-ci ildə isə kənd Böyük və Kiçik Dəmyəyə bölünüb. Burada əsasən Xankəndi Avtovağzalının təqaüdə çıxmış işçilərinə həyət evləri verilib. Kənd Xankəndi şəhərinin tabeçiliyində olub. == Coğrafiyası və iqlimi == Kiçik Dəmyə kəndi Böyük Dəmyə kəndi və Xocalı rayonu ilə həmsərhəddir. == Əhalisi == Hazırda kəndin əhalisinin sayı 860 nəfərdir.
Dəmyə Pambıq (1953)
Dəmyə pambıq (film, 1953)
Dəmyələr nekropolu
Dəmyələr nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Tivi-Ağdərə torpaq yolunun alt tərəfində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Nekropol yaxınlıqdakı yaşayış yerindən dərin dərə ilə ayrılmışdır. Nekropol dağın yamacında yerləşdiyindən təbii aşınma nəticəsində qəbirlərin torpaq örtüyü və yan daşları dağılmışdır. Buradakı qəbirlər daş qutu tiplidir. Onların bəzilərinin üst daşları saxlanmasa da, ətrafa dağılmış iri sal daşlar qəbirlərin bu tip daşlarla örtüldüyünü göstərir.Aparılmış tədqiqatlar zamanı nekropolda dörd qəbir abidəsi öyrənilmiş, bu abidələrdən insan skeletinə aid qalıqlar və zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Dəfnlər kollektivdir. Aşkar olunan arxeoloji materiallar keramika məmulatı və bəzək əşyalarından ibarətdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri Tunc dövründən Dəmir dövrünə keçidi izləməyə imkan verir. Bu baxımdan bimetallik fibula və dəmir məftildən hazırlan mış, əqiq muncuqlar keçirilmiş boyunbağı, aqat muncuqlar keçirilmiş, üzəri gəzli tunc üzüklər xüsusilə diqqəti cəlb edir. Qəbir avadanlığı arasında şüşə muncuqların olması da bu dövrün yeniliklərindəndir.

Digər lüğətlərdə

пустодо́м развя́зный размётистость станмио́ль темпера́ментно шахтовладе́лец гидрофи́зика деформи́руемость необжи́то помраче́ние прики́нуть старшо́й тало́н тюльпа́новый чернома́зый лайбы canoe-pair crossover junkie kilted photogenic tenderly дыхательный оборона паутина