DƏQİQ
DƏQİQƏSƏNC
OBASTAN VİKİ
Dəqiqə
Dəqiqə — zaman ölçü vahidi. 1 dəqiqə = 60 saniyədir. == Həmçinin bax == Saat Saniyə == Ədəbiyyat == Henry Campbell Black, Black's Law Dictionary, 6th Edition, entry on Minute. West Publishing Company, St. Paul, Minnesota, 1991. Eric W. Weisstein.
Dövr dəqiqə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Dəqiqə evi
Dəqiqə evi və ya Dəqiqənin yanındakı ev (çex. Dům U Minuty) — Praqanın Köhnə Şəhər meydanı №2-də yerləşən tanınmış memarlıq abidəsi. Bina Köhnə Şəhər ratuşası və Qızıl buynuz evlərinin arasında yerləşir. Tikili Çexiya İntibah memarlıq üslubunun ən tipik nümunələrindəndir. Onun fundamenti XV əsrə aiddir və qotika üslubunda inşa olunmuşdu. XVI əsrdə isə Dəqiqə evi yenidənqurmaya məruz qalır. Həmin əsrdə də binanın dördüncü mərtəbəsinə ifadəli lünet karniz əlavə olunur. Karnizin həcmi elə də böyük olmadığından, evin ümumi quruluşu və ansamblı pozulmur. Əlbəttə ki, "Dəqiqə evi" haqqda ilk dəfə eşidən insanlar onun qeyri-adi adına diqqətlə nəzər yetirilər. Və evin adının tarixi həqiqətən də çox maraqlıdır.
9 dəqiqə
9 dəqiqə filmi rejissorlar Xamiz Muradov və Tofiq Məmmədov tərəfindən 1999-cu ildə çəkilmişdir. Film "Azərkinovideo" istehsalat birliyinin sifarişilə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film ağır həyat şəraitinə məruz qalan qaçqınlardan bəhs edir. Burada doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılıb. Film 2000-ci ildə film "Humay" Mükafatına, 2003-cü ildə isə "Ən yaxşı sənədli film" nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb. == Məzmun == Film uzun illər vaqonlarda yaşamağa məcbur olan Azərbaycan qaçqınlarının həyat və məişətinə həsr edilmişdir.Burada həyat davam edir. Xəstə qoca radionu qoşur və radioda gedən verilişlər fonunda qapı ağzından görünən qatar vaqonlarının şütüyərək keçməsilə müəlliflər tamaşaçıya zamanın ötüb keçməsini izah edir. Ana uşağını doydurur, ayağını itirmiş müharibə veteranı nisgilli halda protezini taxır, nənə ip əyirir, uşaqlı ana xalça toxuyur. Burada şad günlər də olur, bəd günlər də. Şad günləri müəlliflər xudmani toy səhnəsilə, bəd günləri isə xəstə qocanın ölümü ilə göstərirlər.
20 Dəqiqə (serial)
20 dəqiqə (türk. 20 Dakika) — Türkiyənin Star TV telekanalında yayımlanan teleserial. == Məzmun == Xoşbəxt ailə həyatı sürən cütlük üçün hər şey bir günün içində alt-üst olur. Bir gecə polis onların qapısını döyüb ailənin xanımı Mələk Halaskarı (Tuba Büyüküstün) törətmədiyi bir cinayətdə günahlandırır. Ailə başçısı Əli Halaskar (İlker Aksu) çarəsiz qalır. Onun həyat yoldaşının günahsız olduğunu sübut etməsi üçün 20 dəqiqə zamanı var. Tarix müəllimi olan Əli fəaliyyətə başlayır. == Surətlər == Melek Halaskar (Tuba Büyüküstün): Əlinin yeganə eşqi, iki uşaq anası və evin dirəyi. Əli daxil üç uşağa həm analıq həm atalıq edən, məsuliyyət sahibi, hər cür vəziyyəti idarə etməyi bacara bilən bir qadın. Yorulur amma həyatla döyüşməkdən imtina etmir.
20 dəqiqə (teleserial, 2013)

90 dəqiqə (film, 2012)
90 dəqiqə (norv. 90 minutter) — rejissor Eva Sorhauqun 2012-ci ildə ekranlaşdırdığı bədii film. Film Toronto Kino festivalında nümayiş etdirildikdən sonra dünya şöhrəti qazanmışdı. Filmin premyerası 21 sentyabr 2012-ci ildə baş tutmuşdu. Özünün ikinci tammetrajlı filmində, Eva Sorhauq cəsarətlə və kompromissizcəsinə "hər şeydən artıq doymuş" cəmiyyətin təhlükəli, qəzəbli, şiddətli və zorakı tərəfini göstərir. 90 dəqiqə — sadəcə olaraq "artıq gec olacaq" bir anın müşahidəsidir. Daha doğrusu isə 3 insanın həyatının son 90 dəqiqəsi haqqda. Sorhauq Mixail Haneke tərəfindən icad edilmiş metodlar üzrə spekulyasiya edir, buna baxmayaraq o açıqca göstərilən zorakılıqdan da imtina etmir; ümumilikdə Skandinav filmlərində belə qəddar səhnələri təsəvvür etmək çətindir. Kinotənqidçilər filmdə Alan Klarkla olan paralelləri həvəslə qeyd edirlər. == Filmin xülasəsi == Bu filmdə müxtəlif nəsillərdən bəhs edən 3 hekayə vardır: Birinci hekayə: Artıq qocalmış biznesmen Yohan çox güman ki, artıq müflis olub.
9 dəqiqə (film, 1999)
9 dəqiqə filmi rejissorlar Xamiz Muradov və Tofiq Məmmədov tərəfindən 1999-cu ildə çəkilmişdir. Film "Azərkinovideo" istehsalat birliyinin sifarişilə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film ağır həyat şəraitinə məruz qalan qaçqınlardan bəhs edir. Burada doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılıb. Film 2000-ci ildə film "Humay" Mükafatına, 2003-cü ildə isə "Ən yaxşı sənədli film" nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb. == Məzmun == Film uzun illər vaqonlarda yaşamağa məcbur olan Azərbaycan qaçqınlarının həyat və məişətinə həsr edilmişdir.Burada həyat davam edir. Xəstə qoca radionu qoşur və radioda gedən verilişlər fonunda qapı ağzından görünən qatar vaqonlarının şütüyərək keçməsilə müəlliflər tamaşaçıya zamanın ötüb keçməsini izah edir. Ana uşağını doydurur, ayağını itirmiş müharibə veteranı nisgilli halda protezini taxır, nənə ip əyirir, uşaqlı ana xalça toxuyur. Burada şad günlər də olur, bəd günlər də. Şad günləri müəlliflər xudmani toy səhnəsilə, bəd günləri isə xəstə qocanın ölümü ilə göstərirlər.
Beş dəqiqə (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
10 dəqiqə poeziya (film, 1965)
10 dəqiqə poeziya — qısametrajlı sənədli televiziya filmi. Rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Film Bakı televiziya studiyasında istehsal edilmişdir. Film Azərbaycan şairi Nəbi Xəzrinin məhəbbət haqqında poeziyasından nümunələri lirik səpgidə tamaşaçılara təqdim edir. == Məzmun == Film Azərbaycan şairi Nəbi Xəzrinin məhəbbət haqqında poeziyasından nümunələri lirik səpgidə tamaşaçılara təqdim edir.
Bakı haqqında 10 dəqiqə (film, 1966)
Bakı haqqında 10 dəqiqə qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1966-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent müasir Bakı, onun görməli yerləri, tarixi memarlıq abidələri ilə bizi tanış edir. == Məzmun == Kinolent müasir Bakı, onun görməli yerləri, tarixi memarlıq abidələri ilə bizi tanış edir.
Bakı haqqında 10 dəqiqə (film, 1970)
Bakı haqqında 10 dəqiqə qısametrajlı sənədli filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1970-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinooçerkdə şəhərimizin görməli yerləri, qədim və müasir Bakının möhtəşəmliyi və gözəlliyi, Bakılıların həyatı haqqında publisistik formada söhbət açılır. == Məzmun == Kinooçerkdə şəhərimizin görməli yerləri, qədim və müasir Bakının möhtəşəmliyi və gözəlliyi, Bakılıların həyatı haqqında publisistik formada söhbət açılır.Film "SSRİ-yə 10 dəqiqə səyahət" silsiləsinə daxil edilmişdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Oqtay Mirqasımov Rejissor: Oqtay Mirqasımov Operator: Rafiq Qəmbərov Bəstəkar: Rafiq Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010)
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada qısametrajlı sənədli televiziya filmi müəllif İlham Tumas tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Gəncə Şəhər Psixiatriya Xəstəxanasının sakinlərinin həyat tərzi, gündəlik fəaliyyətləri haqqında bəhs edir. Film Azad Azərbaycan televiziyasında istehsal edilmişdir. == Məzmun == Film Gəncə Şəhər Psixiatriya Xəstəxanasının sakinlərinin həyat tərzi, gündəlik fəaliyyətləri haqqında bəhs edir. Burada yaşayan xəstələrin müxtəlif incəsənət sahələrinə olan maraqları işıqlandırılır. == Film haqqında == Filmdə psixoterapevt M.E.Burnonun elmi nəzəriyyəsinə aid tibbi eksperimentlərdən, artterapiya metodlarından yararlanılıb.
Beş dəqiqəlik konsert (film, 1941)
Beş dəqiqəlik konsert qısametrajlı sənədli film-konserti rejissor Vladimir Yeremeyev tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == Məzmun == Xüsusi buraxılışdır. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Bir dəqiqəlik sükut
Bir dəqiqəlik sükut və ya sükut anı — qısamüddətli düşüncə, zikr, dua, meditasiya və səssizlik anı. Bayrağın yarıyadək endirilməsi kimi, bir dəqiqəlik sükut da əsasən hörmət əlaməti olaraq, xüsusilə də yaxın zamanlarda vəfat edən şəxslərin matəmini saxlamaq və ya faciəvi tarixi hadisəni yad etmək məqsədilə edilir. == Mənşə == Kvakerlər 300 ildən çoxdur ki, yığıncaqlarında bir dəqiqəlik sükut da daxil olmaqla, səssiz dua edirlər. Sükutda inanclara dair heç bir bəyanat və ya fərziyyələr olmadığına və dilin şərh edilməsini tələb etmədiklərinə görə müxtəlif dini və mədəni kökləri olan şəxslər bir araya gəldikdə, hər hansı bir ibadət və ya mərasimlə müqayisədə daha asan, rahat qəbul edilir və istifadə olunur. Pensilvaniyada müstəmləkə dövründə Kvakerlər və digər amerikalılar hər hansı hadisə zamanı bir araya gələr və səssizcə ibadət edərdilər, lakin hər iki qrup da bunun ənənəvi inanc sistemini dəyişdirdiyini düşünürdü. Zaman keçdikcə, qeyri-məzhəb və mübahisəsiz ictimai mərasimlərə münasibətdə Kvaker tərzinin səmərəli olması bir çox cəmiyyətlərdə, eləcə də ingilisdilli dövlətlərdə, demək olar ki, bu davranışın universal istifadə edilməsinə gətirib çıxardı. Həmçinin müxtəlif qrupların iştirakının gözlənildiyi, lakin eyni inancları bölüşmək məcburiyyətində olmayan bir çox qurumlarda da belədir; məsələn, hökumət, məktəblər, kommersiya şirkətləri və ordu kimi. Bir dəqiqə anma mərasimləri üçün ümumi zaman müddətidir. Təşkilatçılar fərqli zaman müddəti də seçə bilərlər. Bu da adətən yad edilən mərasimlə bu və ya digər dərəcədə bağlı olur.
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı - 1 Fevral 1997-də Vəkil Ergin Cinmən və Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi liderliyində başladılan vətəndaş itaətsizlik hərəkatıdır. Susurluq Qəzası ilə birlikdə kimi dövlət təşkilatlarının və qanuni vəzifəli kəslərin qeyri-qanuni qruplarla və axtarışda olan adlarla əməkdaşlıq etdiyinin ortaya çıxması üzərinə Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi, mafiya ilə əlaqəsi olan millət vəkilləri mühakimə önünə çıxana qədər bütün yurddaşları hər axşam saat 21:00-da evlərindəki işıqları bir dəqiqəliyinə bağlamağa çağırdı. Hərəkət kimi media quruluşlarının da dəstəyiylə zaman zaman özbaşına təşkilatlanan kütlə nümayişlərinə çevrildi. Xüsusilə varoşlarda məşəl yoldaşlığında gedişlər edildi. Ədalət Naziri Şövkət Qazanın hərəkətlə əlaqədar olaraq "şam söndü oynayırlar" şəklindəki şərhi, cəmiyyətin geniş seqmentlərindən və siyasətçilərdən böyük bir reaksiya gördü. 15 Fevral 1997-də hərəkətə Türkiyə daxilində təxminən 30 milyon adam qatıldı. Hərəkati hazırlayan platformanın mətbuat məlumatı belə idi: Biz Türkiyə cümhuriyyəti yurddaşları, illərdir səssiz əksəriyyət, olaraq təyin olunuruq. Kimiləri də, bu səssizliyimizi, olan bitən hər şeyi təsdiqlədiyimiz şəkildə şərh edir. Bir tərəfdə danışmağa dəyər heç bir haqlı sözü olmadığı halda danışanlar, kənar yanda danışacaq çox şeyi olduğu halda susdurulan bir cəmiyyət! Cəmiyyət olaraq, həyatda bizə təqdim edilən səssiz əksəriyyət rolunu bu dəfə rədd edirik...
Dövriyyə dəqiqədə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Dəqiqədə 128 ürək döyüntüsü (film, 2015)
Dəqiqədə 128 Ürək Döyüntüsü Riçard Silvermenin hekayəsi əsasında Maks Josef və Meqan Oppenheymer tərəfindən yazılmış musiqili dram filmidir. Filmin ulduzları Zak Efron, Emili Ratajkovski və Ves Bentli ilə filmdə gənc DJ-in musiqi dünyasına düşmək üçün qarşılaşdığı maneələr və musiqi prodüserinin təsiri ilə onu uğura aparan yola istiqamətlənməsi əks olunur. == Məzmun == Koul Karter (Zak Efron), elektronik musiqi səhnəsində çabalayan 23 yaşlı DJ, məşhur səs produseri olmaq arzusundadır. Bir qədər yaşlı və təcrübəli DJ, Ceyms (Ves Bentli), onun müəlliminə çevriləndə, Koul Ceymsin sevgilisi Sofi (Emili Ratajkovski) ilə tanış olur. Koulun Sofi ilə ünsiyyətinin çiçəkləsi onun müəllimi ilə əlaqələrinin qırılmasına səbəb olur. Koul gələcəyini müəyyənləşdirəcək çətin seçim qarşısında qalır.

Digər lüğətlərdə

безнадзо́рный меси́льщик на́чатое ногтеви́дный приволочи́ть регулиро́вщица самоуспоко́енность шестисот... ...га́мия дождеви́к индивидуализи́роваться нозоло́гия плюралисти́чный Alan alehouse antsy Chunnel cognize combinational narcissi propionic acid toupee веерообразный подотчётность фонологический