dərəcə
dərgi
OBASTAN VİKİ
Dərgah (Salmas)
Dərgah (fars. درگه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (36 ailə).
Abbas Dərgahov
Abbas Molla Rəhim oğlu Dərgahov (1878, Şuşa) — Azərbaycan aktyoru. == Həyatı == Abbas Dərgahov 1878-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı.Sonra şəhər məktəbində oxumuşdu. Ağdam şəhərində yaşayırdı. O, teatr həvəskarı idi. Olduqca dindar, mömün bir ailədən çıxmasına baxmayaraq səhnəyə çıxmış bir rollarda oynamışdı. 1910-cu il noyabr ayının 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə "Ev tərbiyəsinin bir şəkli" və "Dursunəli və Ballıbadı" əsəri tamaşaya qoyulmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Dərgahovlar, "Soy" еlmi-kütləvi dərgi, 2010, № 12, səh.7–9.
Aşıq Həsən Dərgahquliyev
Aşıq Həsən Dərgahquliyev (tam adı: Həsən Şəmistan oğlu Dərgahquliyev) — Azərbaycanın ifaçı və yaradıcı aşığı. == Həyatı == Aşıq Həsən Dərgahquliyev 1926-cı ildə Qazaxın Kəmərli kəndində anadan olmuşdur. Ustadı aşıq Kor Əhməd olmuşdur.Atası Şəmistan Dərgahquliyev də aşıq sənəti ilə məşğul olmuşdur. Aşıq Həsən 1991-ci ildə vəfat etmişdir.
Dərgahan
Dərgahan — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Mərkəzi bəxşində sahilyanı şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,996 nəfər və 1,738 ailədən ibarət idi.
Dərgahlı
Vaqif Dərgahlı — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi. Dərgahlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Dərgahlı-i Bərzənd (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Dərgahlı-i Bərzənd (Germi)
Dərgahlı-i Bərzənd (fars. درگاهلوي برزند‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (9 ailə).
Dərgahlı (Germi)
Dərgahlı (fars. درگاهلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 292 nəfər yaşayır (53 ailə).
Dərgahqulu (Maku)
Dərgahqulu (fars. درگاه قلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (9 ailə).
Dərgahqulu bəy Məfruzlu-Otuziki
Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu Məfruzlu-Otuziki (1799-?) — XIX əsr Qarabağ bəyi, tayfa başçısı. == Həyatı == Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu 1799-cu ildə Qarabağın Otuziki mahalının Məfruzlu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mеhdiqulu xana sədaqətlə xidmət еtmişdi. Xan da ona öz obalarında xеyli torpaq sahəsi vеrmişdi. 1851-ci ilə bağlı rus qaynağında Qarabağda yaşayan mülkədarlar siyahısında Dərgahqulu bəyin də adı çəkilir. == Ailəsi == Dərgahqulu bəyin Məhəmmədəli bəy, Mirzalı bəy, Habil bəy, Baxış bəy, Qanbay bəy, Tеymur bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Dərgahqulu ağa Məfruzlu-Otuzikinin törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2010, №6, səh.20-26.
Haqqın dərgahı (film, 1991)
== Məzmun == Kinolent Qobustandakı daş yaddaşımızla başlanır. Sonrakı kadrlarda atəşgahlar göstərilir, ulularımızın əvvəllər atəşpərətlik əqidəsinə tapındıqları vurğulanır. Daha sonralar xalqımızın islama inamından söhbət açılır. Və gözəl memarlıq abidələri olan islam məscidlərindən danışılır. Filmdə İçəri şəhərin Sınıqqala məscidi, Bakıdakı Təzəpir məsscidi, Əmircandakı Muxtarov məscidi, Balakən və Ağdamdakı məscidlər, onların fəaliyyəti haqqında bəhs olunur. Kinolentdə deyilir ki, inqilabdan əvvəl məscidlərimiz maarifçiliyin inkişafında təsirli rol oynamışdır. == Film haqqında == Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hatəm Əsgərov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Mətni oxuyan: Rasim Balayev == Sponsor == Azərbaycan Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Mahmud Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. == Həyatı == Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Məhəmməd Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. == Həyatı == Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Vaqif Dərgahlı
Vaqif Rafiq oğlu Dərgahlı (1969, Bakı) — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi (2013-2021). Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. == Həyatı == Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi jurnalistika fakültəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir. Müxtəlif vaxtlarda Müdafiə Nazirliyinin mətbuat xidmətində, Hərbi Elmi Mərkəzində, İnformasiya İdarəsində, Müdafiə Nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib. 31 dekabr 2013-cü il tarixində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinə təyin olunub. 1 sentyabr 2021-ci il tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Yəhya Əfəndi Dərgahı
Yəhya Əfəndi Dərgahı İstanbulda Yəhya Əfəndi tərəfindən qurulmuş bir xanəgahdır. Beşiktaş, Yıldız məhəlləsi, Yəhya Əfəndi çıxmazında yerləşir. Dərgahın fəvvarəsinin kitabəsinə əsasən, qurulduğu tarixin 1538-ci il olduğu təxmin edilir. 1925-ci ildə xanəgahlar bağlandıqdan sonra məscid kimi fəaliyyət göstərməyə başladı. Xanəgah, məscid, tövhidxana, mədrəsə, hamam, qəbiristanlıq və müxtəlif evlərdən ibarət kompleks xarakterindədir. Zamanla bura müxtəlif yerlər əlavə edilib. == Məzarlıq == Yəhya Əfəndinin vəfatından sonra dərgahın ətrafında bir çox insanların cənazəsi dəfn edilmiş və zamanla böyük bir qəbiristanlığa çevrilmişdir. Qəbiristanlıq buranın böyük bir hissəsini tutur. 19-cu əsrin ikinci yarısında bir çox təriqət mənsublarının, dövlət xadimlərinin, üləma və sülalə mənsublarının dəfn olunduğu bu ərazi Osmanlı yüksək təbəqəsinin qəbiristanlığına, daha sonra isə sultanın ailə qəbiristanlığına çevrilmişdir. Bura da Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Naziri Behbud Xan Cavanşirin məzarıda yer alır.

Digər lüğətlərdə

бочкова́тость глумли́во мастерова́ть обнови́тельный ремо́нтник ста́вить чоха́ эякуля́т вса́сывание дегустацио́нный крохобо́р профессиона́льно-техни́ческий спецвы́пуск триумфа́льно astrometry filter tip grit hardcover patency буксировка отчётливый свезти сличать трестировать фильдеперсовый