Dərmək feili ilə qohumdur. Litva dilində mex sözü “kisə” deməkdir və rus dilinə də keçib. Qədim hind dilində də mex sözü olub və “qoyun” (baran) mənasında işlədilib. Fars dilində həmin söz mes şəklində olub, qoyun anlamını verib. Bizdə dəridən kisə kimi çox istifadə edilib: tuluq, eymə, dağarcıq və s. düzəldiblər. M.Kaşğaridə “dəri”nin sinonimi kimi quya sözü də verilib. Dərmək sözü “toplamaq” deməkdir. Dər (topla) feilindən də dəri ismi yaranıb: “içinə şey yığılan” deməkdir. Quyqa sözü də qoymaq sözü ilə bağlıdır: “içinə şey qoyulan” anlamını verir. Biz dəri yerinə,kürk işlətmişik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)