DƏRYANİSƏ
DƏRYENUR
OBASTAN VİKİ
Dəryanur xalçası
Dəryanur xalçası — Azərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan əla növ xovlu xalça. == Ümumi məlumat == Azərbaycanın bu xalçaları “Dəryanur xalçası” adını almışdır, lakin onun adlanması Dəryavar kəndinin adi ilə bağlıdır. Bu kənd Azərbaycanın cənubunda, Yardımlı rayonunun mərkəzindən 5 km şərqdədir. Hələ qədim zamanlardan Dəryavar kəndi xalça və xalçaçılıq məmulatlarına görə çox məşhurdur. “Dəryanur” xalçalarının XIX əsrdən başlayaraq, Şuşa, Ağdam, Bərdə, Cəbrayıl və digər şəhərlərdə istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Dəryavar kəndi olaraq qalmaqda idi. Bu ərazidə xalçaçılığın belə inkişaf etməsi təsadüfi deyildi. Bu kənd şimalda Qarabağ və Muğan kimi, cənubda isə Təbriz kimi böyük xalçaçılıq mərkəzlərinə yaxın yerləşirdi. Bu da yerli xalçaçılara öz müsbət təsirini göstərmişdir və burada xalçaçılıq özünün yüksək səviyyəsinə çatmışdır. == Bədii analiz == “Dəryanur” xalçalarının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə bir – birinin ardınca yerləşdirilmiş göllərdən ibarətdir. Formasına görə, bu göllər “Xanlıq xalçası” və “Açma-yumma xalçası” xalçalarının gölləri ilə oxşarlıq təşkil edir, lakin orta sahədə yerləşməsinə görə özünəməxsusuluğa malikdir.
ванька весло́ ви́ден Горбачёв инаугура́нтка магази́нщица монопла́н однообра́зие переобуча́ться прежа́лко у́тречко грудь с гру́дью плохо́е превраща́емость репарацио́нный стря́пать фе́тровый обалабошить choo-choo jet-propelled life annuity ratchet-wheel seventeen tea plucking будить