DƏSTƏBƏYİM
DƏSTƏXANIM
OBASTAN VİKİ
Dəstəgül
Dəstəgül, Dostagir — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Dostagir kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Dostagir kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. == Haqqında == Dəstəgül kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dəstahir kimi rəsmiləşdirilmişdi. Yerli əhali kəndin adını Tahir adlı şəxslə bağlayır. Tədqiqatçıların bir qismi toponimi XIX əsrdə qeydə alınmış qaraçorlu tayfa birliyinə daxil olan dəstagir tirəsinin adı ilə, digər qismi isə alban hökmdarı Vaçaqanın (V əsr) qızı Dəstəgülün adı ilə əlaqələndirir və guya kəndin vaxtilə bu şahzadənin yay iqamətgahı olduğunu söyləyirlər. Əslində, oykonim dəstə (su arxı) və hır (axar) komponentlərindən ibarət olub, "axar su kənarında kənd" mənasını daşıyır. Kəndin Kürəkçayın qollarından birinin kənarında yerləşməsi və Çaylı adlanan inzibati ərazi vahidliyinin tərkibində olması da bu fikri təsdiqləyir.
Dəstəgül Zamanlı
Dəstəgül Zamanlı — azərbaycanlı şairə, jurnalist, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Dəstəgül Şəmiyeva Əzməmməd qızı Zamanlı 1960-cı iyun ayının 15-də Şamaxı rayonunun Zarat kəndində anadan olmuşdur. Şamaxı şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Bakı Tibb Texnikumuna qəbul olmuşdu. Texnikumu bitirəndən sonra 1992-2001-ci illərə kimi Azərbaycan Milli Ordusunda gizir rütbəsində xidmət etmişdi. 2007-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Baş Klinik Hospitalında tibb bacısı vəzifəsində işləmişdir. Çalışdığı dövrlərdə o, özünü vətənpərvər şəxs kimi sübut etmiş və həkim kimi fədakarlıqla hərbçilərimizin keşiyində durmuşdur.Eyni zamanda uşaq yaşlarında onda ədəbiyyata, şeirə həvəs formalaşmışdır. O, daima insanların ürəyindən keçən duyğuları, hissləri qələmə almağa, təsvir eləməyə, oxuculara çatdırmağa çalışmışdır. Eyni zamanda Dəstəgül Zamanlı “Vətən uğrunda” qəzetinin müxbiri idi. Hər zaman o, Qarabağ əlillərinin sosial vəziyyəti ilə çox maraqlanır və kimin bir problemi vardısa rayon rəhbərliyi ilə onu həll edirdi. Çoxlu Qarabaq əlilləri ilə bağlı portret yazıları yazmışdır.
меха́ника обкола́чивать под си́лу са́ксы тёша хайли́ть червячи́ще а́лчно всполза́ть исче́рпывающий коро́тенький наряди́ться по преиму́ществу пригово́р разго́нка се́ялочный субаренда́тор дрогнуть bicameral braiding free-associate radioprotection two-a-day малость недалёко